Sizin Reklam Burada

Sabah Azərbaycanda parlament seçkiləridir

Sabah Azərbaycanda parlament seçkiləridirMilli Məclisə 125 yer uğrunda 1314 namizəd mübarizə aparacaq; bu gün “sükut” günüdür
Sabah Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası fevralın 8-də səhər saat 8.00-da başa çatıb. Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalanda dayandırılmalıdır. 8 fevral "sükut" günüdür.

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfər deputatlığa namizədliyini geri götürüb, Mərkəzi Seçki Komissiyası isə 2 nəfərin deputatlığa namizədliyini ləğv edib. 7 fevrala olan məlumata görə, hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Seçkilərdə 20 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası) iştirak edir.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Seçki bülletenlərinin çapından sonrakı dövrdə namizədliyini geri götürən və namizədliyi ləğv edilən şəxslərin bülletendə adlarının üzərindən xətt çəkiləcək.

Seçkilərdə səsvermə 5573 seçki məntəqəsində aparılacaq. Səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.

Ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının (ATƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyaları, eyni zamanda Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və digər çoxlu sayda dövlətləri təmsil edən müşahidə missiyaları müşahidə edəcək.

Seçki Məcəlləsinə görə, yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. Səsvermə saat 8:00-da baqşlayacaq, 19:00-da isə bitəcək.

Parlament seçkilərində beynəlxalq və yerli təşkilatlar birlikdə “exit-poll” keçirəcəklər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “Arthur J. Finkelstein & Associates”-"AJF&Associates İnc." təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.

Seçki günü ölkə polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

DİN-dən musavat.com-a verilən məlumata görə, əmrə əsasən, Milli Məclisə növbədənkənar seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevral ayının 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar olaraq ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək.

Fevralın 9-da Təcili Tibbi Yardım da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. TƏBİB-dən APA-ya verilən xəbərə görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər