Bakıda binadakı partlayışda ölən şəxs polis imişBinəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Qeyd edilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
İranda SEPAH zabiti öldürüldüİranda SEPAH zabiti Möhsün Rzayi qətlə yetirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, o, İsfahan vilayətinin Semirom şəhərində naməlum şəxslər tərəfindən öldürülüb.
Xocavənddə iki erməni öldü, ikisi yaralandıÖtən gün gecə Xocavənddə, Çinarlı-Xankəndi yolunda qəza baş verib.

Axar.az xəbər verir ki, “Pajero” və “İnfiniti” markalı maşınların toqquşması nəticəsində “Pajero”nun 43 yaşlı sürücüsü N.A. və onun körpə oğlu ölüb.

Digər maşının sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin çox ağır, sərnişinin isə orta-ağır olduğu bildirilir.
İranda bir etirazçı “ikiqat edam”a məhkum edildiYeniyetmə etirazçı Mehdi Məhəmmədifərd Sari İnqilab Məhkəməsinin birinci şöbəsinin hökmünə əsasən "yer üzündə fəsad yaratma" və "müharib" ittihamı ilə “ikiqat edam” cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə "Hrana" xəbər agentliyi məlumat yayıb.

Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs edilən Məhəmmədifərd 5 nəfərin ölümünə səbəb olmaq, polis əməkdaşlarına hücum etmək, nəqliyyat köşkünü, bələdiyyə, valilik, bank və kredit təşkilatlarının binasını yandırmaqla dövlətin daşınmaz əmlakına bir neçə milyard tümən dəyərində ziyan vurmaqda günahlandırılır.
Moskvada azərbaycanlı iş adamı dünyasını dəyişdiMoskavada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

İş adamının dostlarının Axar.az-a verdiyi məlumata görə, S.Zeynalovun səhhətində bir müddətdir problem yaranıbmış. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı qəsəbəsində bu gün dəfn olunub.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Salman Abbas oğlu Zeynalov xeyriyyəçi idi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.

Allah rəhmət eləsin.
Ukraynada azərbaycanlı qızlar itkin düşdüUkraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşayan azərbaycanlı gənc qızlar 1 həftədir itkin düşüblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, şəhərin Rusiyanın işğalı altında olan sol sahil hissəsində yaşayan 22 yaşlı Mənsimova Ofeliya Qurban qızı və 20 yaşlı Məmmədova Amaliya Boran qızı ilə bir həftədir ki, əlaqə itib.

Yaxınlarının verdiyi məlumata görə, işğal zonasındakı Rusiya hərbçilərinin komendanturası onların axtarışında maraqlı deyil.
Türkiyədə tələbələri daşıyan avtobus aşdı: 6 nəfər öldüTürkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Yerli səlahiyyətlilər valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobusun Midyat-Ömərli magistral yolunda aşdığını bildirib. Qəzanın səbəbləri araşdırılır.

Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Bakıda dava zamanı 21 yaşlı gənc iki bıçaq zərbəsi alıbBakının Sabail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

Avrasiya.net-in məlumatına görə, 2002-ci il təvəllüdlü Bəşirov Elmar Mehman oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.
Rusiyanın müharibəni dayandırmaq fikri yoxdur - StoltenberqRusiyanın müharibəni dayandırmaq fikri yoxdur. Beləliklə, Qərb ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olmalıdır.

Bunu BBC-yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, hərbi dəstək Ukraynanın suveren dövlət kimi ayaqda qalmasını təmin edəcək.

Eyni zamanda Moskvanı müharibəni dayandırmaq üçün danışıqlar masası arxasına oturmağa məcbur edəcək.