DİN Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı açıqlama yayıbDaxili İşlər Nazirliyi (DİN) Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosunun sorğusuna əsasən bildirib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib.

Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb.

Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Fransanın diplomatı XİN-ə çağırıldı1 dekabr 2022-ci il tarixində Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.

Bu barədə Avrasiya.net-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.

Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.

Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.

Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.

Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.
“Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərinin rolu” adlı tədbir keçirilib“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərinin rolu” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 30 noyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində tədbir keçirildi.

İctimai Birliyin sədri Rauf Zeyni çıxış edərək tədbiri açıq elan etdi. Çıxışında gənclərin daha uğurlu bir şəxs kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynadığını vurğuladı.

O, “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirib ki, dövlətin uğurlu inkişafında Vətəndaş Cəmiyyətinin inkişafından asılıdır. Daha sonra, layihənin eksperti, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək keçmişə nəzərən indiki dövrdə gənclərin uğur qazanmaları üçün hər bir şəraitin mövcudluğundan və bundan səmərəli şəkildə bəhrələnmək lazım olduğunu bildirdi.

Son olaraq, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova tədbir iştirakçılarını salamlayaraq gənclərin uğurlu karyerasında könüllülüyün əhəmiyyətdən danışıb. O qeyd edib ki, gənclər üçün fürsətlər, imkanlar çoxdur, bundan düzgün şəkildə yararlanaraq daha bilikli, təcrübəli, uğurlu gənclik və sağlam düşüncəli cəmiyyət formalaşa bilər.

Sonda, Rauf Zeyni başda Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayev olmaqla, bütün kollektivinə öz təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.

Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirilib“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 29 noyabr 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində tədbir keçirildi.

Universitetin dekanı Sahib Fərzəliyev çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra, İctimai Birliyin sədri Rauf Zeyni çıxış edərək gənclərin daha uğurlu bir vətəndaş kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynamasından bəhs etdi.

Gənclər arasında maarifləndirici işlərin həyata keçirilməsi gələcəkdə həmin gənclərin ölkəni daha uğurla təmsil etmələrinə təkan yaradır.

Bunun üçün isə, Vətəndaş Cəmiyyətləri aktiv rol oynayırlar. Lakin, tək öhdəlik Qeyri-Hökumət Təşkilatlarının deyil, gənclərin də üzərinə düşür.

Bunun üçün gənclər müxtəlif yerli və beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətlərində daha yaxından iştirak etməli, fəallıq göstərməlidirlər. Daha sonra, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək birliyin fəaliyyəti, gələcək hədəfləri haqqında məlumat verdi. Daha sonra, birlikdə üzv olan könüllülərin 1 2 ay ərzində təcrübə qazanaraq daha böyük uğurlara imza atmalarından bəhs etdi.

Bununla da, vətəndaş cəmiyyətlərinin gənclərin həm maarifləndirilməsinə, həm də uğur qazanmalarına töhfə verdiyini açıqladı.
Bakıda 16 yaşlı oğlan ÖLDÜRÜLDÜNoyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.
Təşkilat "Nidanın gücü, gücün nidası!" adlı yazı müsabiqəsini davam etdirir"Uşaqların Gələcəyi Naminə" təşkilatı, Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsini davam etdirir.

Bu barədə QHT.az-a təşkilatın sədri Könül Quliyeva bildirib.  

Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 01 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il, saat 18:00-dək təqdim olunmalıdır.

Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə [email protected] elektron ünvanına göndərməlidir. Yazının həcmi  minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompyuterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir.  Müsabiqənin  yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur.

Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur. Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcəkdir. Hər hansı bir sual yaranarsa (050) 969 38 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Buzovnada bir ailənin 3 üzvünü öldürən kürəkən imiş - RƏSMİPolis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan Avrasiya.net-ə verilən birgə məlumatda bildirilib.

Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
“Toppuş bacı“ "Rufo Gəncinski"nin ona pul göndərməsindən danışdı: "Özü mənimlə şəxsən..."Bir neçə gün öncə Kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyevaya müalicəsi üçün 10 min dollar pul göndərməsi ilə bağlı məlumat yayılmışdı.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Tünzalə Ağayeva hələ ki, qeyd olunan vəsaitin ona çatdırılmadığını bildirib:

“Onu qeyd edim ki, Ülfət Tağıyevlə şəxsi tanışlığımız yoxdur. Özü mənimlə şəxsən danışmayıb. Düzdür, mənə xəbər göndərib. Amma hələ ki, kassaya oturum olmayıb. Əgər pul köçürülsə mən hamıya xəbər verəcəm. 12 dərman üçün ümumilikdə 35 min 200 manat lazımdır. 14 min manat yığmışıq, amma qalan məbləği tamamlamamışıq.Müalicəm isə davam edir”.
"Sonda Azərbaycanın şərtlərini, təkliflərini qəbul etməli olacaqlar"Əvvəllər dekabrın 1-i bizim təqvimimizdə hansısa önəmli bir hadisəni yaddaşlarımıza həkk edən günlərdən sayılmırdı. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanmağımız bölgədəki geosiyasi realllıqlları dəyişdiyi kimi bizim tarix şüurumuzu, qan yaddaşımızı da yaxşı mənada silkələdi və ən yeni tariximizin qızıl səhifələrindən birinə çevrildi. Bəli, bu gün Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən iki il ötür.

Biz düz 28 il məğlubiyyətin ağır yükü altında əzilən bir toplum kimi hər il Qarabağın və Şərqi Zəngəzurun tərkibinə daxil olan rayonlarımızın, o cümlədən Laçının da işğal gününü dərin kədər hissilə qeyd edirdik. Bu, çox pis ənənəyə çevrilmişdi. Lakin Azərbaycan Ordusu Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi.

Bununla da həm BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun "dondurmağa" çalışdığı, yerinə yetirmək istəmədiyi missiyanı həyata keçirdi, həm də tarixi ədalətin bərpa edilməsinə nail oldu. Nəticədə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarıldı. Özü də bir güllə belə atılmadan, bir nəfər də şəhid vermədən geri aldıq Laçını.

Beləliklə, Ordumuz və Ali Baş Komandanımız işğal günlərinin ildönümlərinin qeyd olunması "ənənə"sini pozdu və Qələbə günlərinin, işğala son qoyulması günlərinin qeyd olunması ənənəsinin başlanğıcını qoydu. Laçın rayonunun 2020-ci ilin dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılması da tariximizin qürur doğuran günlərindən biri kimi yaddaşlara yazıldı.

Laçın əhəmiyyətli geostrateji mövqeyə malik olduğu üçün, bu rayonun işğaldan azad edilməsi bölgədə dəngələri dəyişdi. Dünya birliyi ermənilərin maraq və mənafelərinə xidmət edən mənfur "status-kvo"nu darmadağın etməyimizlə, işğala son qoymağımızla və öz ərazi bütövlüyümüzü bərpa etməyimizlə barışmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycan bölgədə şərtləri diktə edən tərəf kimi qəbul edilir.

Biz Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını, yeni təhlükəsizlik və əməkdaşlıq formatının təşkil edilməsini təklif edirik. Fransa və İran kimi düşmən ölkələr tərəfindən qızışdırılan Ermənistan dövləti, Rusiya tərəfindən silahlandırılan və rus sülhməramlıları tərəfindən himayə edilən erməni separatçıları bu gün hər nə qədər revanşizmə can atsalar da, lakin sonda Azərbaycanın şərtlərini, təkliflərini qəbul etməli olacaqlar.

İranın Ermənistanı aşkar surətdə himayə etməsi, Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə ard-arda qətnamələr qəbul etməsi, Rusiyanın ikibaşlı oyunları onsuz da heç nəyi dəyişməyəcək. Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Zəfərin nəticələrini möhkəmləndirməyə davam edəcək. Biz Qələbəmizi qorumağı bacarırıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Siyəzəndə ”Şuşa, əzəli torpağımız!” adlı sərgi təşkil edilib30 noyabr 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Şuşa ili ilə bağlı ”Şuşa, əzəli torpağımız!” adlı Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə sərgi keçirmişdir.

Sərgidə Vətən müharibəsi qaziləri, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimova, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, Siyəzən rayon İcra Hakimiyyətinin məsul İşçisi Günel Ağayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba şöbəsinin Siyəzən üzrə nümayəndəsi Gündüz Səmədli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun metodisti Şəhla Hüseynova, GİKM-in Siyəzən nümayəndəliyinin direktoru Rəqsanə İbrahimova, Siyəzən rayonunun fəal gənci Sübhan Məmmədov , Siyəzən rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavidan Hüseynov, Siyəzən rayon 2 saylı tam orta məktəbin direktor müavini Fəridə Ağayeva, idarə müəssisələrdən, məktəblilər iştirak edirdilər.

Sərgidə çıxış edənlər bildirdilər ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” - müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi. Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir.

Sərgidə uşaqlar 44 günlük Vətən müharibəsini, öz təxəyyüllərinin bəhrəsini rəngli fırçaları ilə kətan üzərinə köçürüblər.

Tədbirdə Siyəzən rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin rəhbəri Ayşən Əhmədovanın, mədəni təşkilatçı Aysel Rzayevanın dərnək üzvlərinin, Siyəzən rayon 3 saylı tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olundu. Tədbiri Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Ümud” rəqs kollektivinin çıxışı daha da rövnəqləndirdi. Sərgidə nümayiş olunan əl işlərindən qazilərə hədiyyə olundu. Sərgi maraqla qarşılandı.