Aİ daha dörd Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi təklif edibİrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən “Qazprombank”ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-Rusiya sanksiyalarını gücləndirməyi təklif edir.

“Report” “Europa Press” agentliyinə istinadən xəbər verir ki, İrlandiya, Estoniya, Litva, Latviya və Polşa SWIFT sistemindən çıxarılan təşkilatların siyahısını “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank”adək genişləndirməyi təklif ediblər.

Həmçinin bu beş ölkə Rusiya sığortaçılarının xidmət göstərməsinə qadağa qoymağı və propan və ya butan kimi məhsulların, yəni mayeləşdirilmiş neft qazından alınan məhsulların Aİ-yə idxalına veto qoymağı təklif edir.
Qazi Şuşada tapdığı samovarın sahibini axtarır - VideoŞuşada üzərində "qrup oğlanlarından hədiyyə, 1980-ci il” yazılan samovar tapılıb. Samovarın üzərində bir qadının adı qeyd olunub. Ancaq samovarın əsl sahibini tapmaq üçün həmin qadının adı bu xəbərdə qeyd olunmur.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, samovar Şuşada, viran olmuş evlərdən birindən götürülüb. Onu taparaq özü ilə Salyana gətirən isə Fikrət Camalovdur.

İkinci Qarabağ müharibəsi iştirakçısı olan Fikrət Camalov düşmənlə döyüşə-döyüşə Şuşaya kimi gedib çıxıb və bir müddət orada qalmalı olub. Elə samovarı da həmin vaxt dağılan evlərdən birindən tapıb.

İndi Fikrət mənəvi dəyəri ölçüsündən qat-qat böyük olan bu balaca samovarın əsl sahibini axtarır. O xanımı ki, adı samovarın üzərində həkk olunub.

Fikrət deyir ki, əgər xanımın özü yox, övladları və ya hər hansı bir qohumu samovarı götürmək istəsə, verməyəcək.

Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fikrət Camalovun əmisioğlu Famil Camalzadə elə həmin döyüşlərdə şəhadətə yüksəlib. Fikrət isə qalib könüllü kimi geri qayıdaraq Salyan rayonu, Xurşud kəndində qaldığı yerdən həyatına davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bayramov iranlı həmkarı ilə görüşdüNyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib. Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırıb.Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Lənkəranda məktəbli qız itkin düşdüLənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.