Uşaqların sevdiyi “super qəhrəmanlar” əsl qəhrəmanların övladları ilə görüşdü - Fotolar“Fire Land Production” hər zaman vətənpərvərlik mövzularına xüsusi önəm verib, 44 günlük müharibə dövründən sonra isə şəhid yaxınlarını diqqətdə saxlayıb, onlara xüsusi qayğı ilə yanaşıb.

Son 2 il “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20-ə yaxın tədbir keçirilib, 1000-ə yaxın şəhid əmanətini bu silsilədən olan tədbirlərə dəvət edilib.

Bütün tədbirlər şəhid yaxınlarının, ictimai, siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, DreamLand Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi kimi önəmli məkanlarda təşkil olunub. Bütün tədbrilər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən şəhid yaxınlarının təhlükəsizliyinə diqqət edilib, onlara ehtiram göstərilib. Bu səfər isə şəhid əmanətlərinin 1 gününün maraqlı, əyləncəli keçməsi, istirahətlərinin təmin olunması üçün “Hyatt Regency” hoteli onları “Yayın son günü”nü qeyd etməyə dəvət etdi. “Fire Land Production” və “Hyatt Regency” hotelinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün bu gün unudulmaz oldu.

Qeyd edək ki, avqustun 31—ində baş tutan tədbirə 150-ə yaxın şəhid övladı, 50-yə yaxın şəhid xanımının dəvət olunub. “Fire Land Production” tərəfindən musiqili proqram, tanınmış səhnə ulduzlarının dəvət olunması, uşaqların əyləncəsi üçün animatorların iştirakı təmin olunub. Günün birinci yarısında şəhid övladları hotelin hovuzunda üzərək əsl yay həyəcanını yaşadıblar. Sonra onlar üçün təşkil olunmuş süfrəyə əyləşiblər. Tanınmış aparıcı, gənclərin sevimlisi Elvin Mərdanov və onun xanım həmkarı Mədinə Abdullayeva şəhid övladlarının yaddaqalan və unudulmaz bir gün keçirmələri üçün tədbirin idarə edilməsini öz öhdələrinə götürüblər.

Uşaqların əyləncəsinə “Mister White” adı ilə tanınmış şoumen Oleq Silkov da qoşulub.

Tədbirə animator kimi dəvət olunmuş super qəhrəman “Hörümçək adam”ın şəhid övladlarına “Əsl qəhrəmanlar sizin atalarınızdır” deməsi isə şəhid yaxınları arasında kövrək anlara səbəb olub.

Musiqili qonaqlardan Murad Arif, Hiss, Günay İbrahimli, Çinarə Məlikzadə, Turanə Səfərli şəhid əmanətləri qarşısında şövq ilə çıxış ediblər. Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov qəhrəman övladlarına həyatın bütün sahələrində dəstəyini ifadə edib. Dünya və Avropa çempionu Rəsul Çunayev şəhid övladlarının yanından bir an olsa belə ayrılmayıb. Tanınmış aparıcı Hacı Nuran da hər zamankı kimi şəhid yaxınlarına diqqətini əsirgəməyib.

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri, Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov çıxışında fikirlərini bu cür ifadə edib:

“Super qəhrəmanları əsl qəhrəmanların övladları ilə tanış etməyin vaxtı idi. Yayın sonu bunun üçün yaxşı fürsət oldu. Uşaqlar həm əyləndirlər, həm də bizim onların qəhrəman atalarına nə qədər minnnətdar olduğumuzu bir daha hiss etmiş oldular. Hər zaman dediyim kimi, nə qədər çalışsaq da şəhidlərimizin haqqı ödənməz, biz onlara həmişə borclu qalacağıq. Hər zaman bu cür layihələrə dəstək olan və daim şəhid ailələrinin yanında olan Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk. Şəhid əmanətlərinin və yaxınlarının ən böyük dəstəkçiləri məhz Heydər Əliyev Fondunun rəhbərliyidir. Məhz buna görə şəhid Telman Kəlbiyevin övladı Səid balamız öz ad günündə şəhid övladlarına hədiyyələr edən vitse prezident Mehriban xanım Əliyevaya balaca ürəyindən keçən sözləri, təbrikləri çatdırmaq istədi. Və şəhid övladlarının alqışlarını ona hədiyyə etmək sitədiyini bildirdi. Uşaqlar həqiqəti daha yaxşı hiss edib, daha ədalətli ifadə edə bilirlər. Şəhid övladları həm də polis əmilərinin onlara olan münasibətlərindən qürur duyurlar. Daxili İşlər Nazirliyinin əməkdaşları onları hər gördükləri yerdə hərbi salamla salamlayırlar. Şəhid əmanətləri “Yayın son günü”ndə onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını sevinc hissləri ilə biruzə veriblər. Əminik ki, “Hyatt Regensy”nin açıq hava tədbirləri üçün nəzərdə tutulmuş məkanında hovuz əyləncəsi, animatorlarla yarışlar, ulduzlarla bir səhnədə rəqs etmələri uşaqlıq xatirəsi kimi onların hafizəsində qalacaq”.
Milli Musiqi Günü ilə əlaqədar “Arşın mal alan” tamaşasının məşqlərinə başlanılıbMingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən 18 sentyabr “Milli Musiqi Günü” ilə əlaqədar “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb.

Tamaşa müasir teatr elementləri ilə zəngindir. Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın qurluşçu rejissoru Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev,Rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbinin müəllimi İradə Xəlilova və layihə rəhbəri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır.

Tamaşa 17 sentyabrda nümayiş olunacaq.
Qeyd edək ki, "Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verildi
"Rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat sentaybr ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsinə başlayıb. Layihə 3 ay ərzində nəzərdə tutulub. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi layihələrindən biridir”- bu fikirləri mətbuata BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, layihənin əsas istiqaməti həm koronavirusla, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə istiqaməti olacaq:” Əsas fəaliyyətimiz əhalinin sağlamlığının qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkili olacaq. Xüsusən gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsi. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışacağıq ki, gələcək nəslimizi narkotikdən qoruyaq. Digər əsas istiqamətlərdən biri də, hələ də insanlar üçün ciddi təhlküə olan covid-19 infeksiasından insanlarımızı qorumaq olacaq. Bilirsiniz ki, bu gün artıq Aəzrbaycanda gündəlik koronavirusa yoluxma halı 500-600 nəfərə çatır. Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Layihəmizin əsas istiqamətləri bunlar olacaq”.

QHT sədrinin dediklərinə görə, 3 ay ərzində 6 tədbirin keçirilməsi də nəzərdə tutulub:”Artıq Agentliklə təşkilatımız müqavilə də imzalamışıq. 3 ay ərzində 150 nəfərlik, hər ay 2 tədbir keçirtməklə, ümumillikdə 6 tədbir nəzərədə tumuşuq. Keçirdiyimiz tədbirləri paralel olaraq ölkənin ən nufuzlu saytlarında, agentliklərində, qəzetlərində yayacağıq. Həmçinin də bizim təşkilatın sosial şəbəkədə geniş fəaliyyət istiqaməti var. Facebookda “Niyaməddin Orduxanlı” adlı səhifəmin on minlərlə izləyicisi var. Səhifəmizdə də layihənin icrası ilə bağlı məlumatlar yayacağıq.”

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi kiçik qrant müsabiqəsinin istiqamətlərini cəmiyyətimiz üçün son dərəcə əhəmiyyət kəsb edən istiqamətləri götürüb:” Agentlik bir sıra istiqamətlər üzrə yüzlərlə QHT-ni qalib elan etdi. Götürülən istiqamətlər olduqca önəmli sahələr idi. Layə dövründə on minlərlə insan prosesə cəlb olunacaq. Ən azında minlrlə insan əmək haqqı alacaq. Dövlət və milli maraqların qorunması istiqamətindən tumuş, Qarabağda minaların təmizlənməsi, beynəxalq platformalarda Azərbaycanın müdafiə olunmasına qədər işlər görüləcək. Fürsətdən istifadə edib, Agentliyinin bütün rəhbər şəxslərinə- hörmətli Azay Quliyevə, onun müavini Vüsal Quliyvə, İcraçı Direktor hörmətli Aygün Əliyevaya və Agentliyin Müşahidə Şurasının hörmətli üzvlərinə təşəkkürümüzü bildiririk. Son zamanlar Agentliyin çox yüksək səviyyəli fəaliyyətini görürük. Geniş miqyaslı fəaliyyət istiqamətini həyata keçirdirlər. Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin Vətəndaş Cəmiyyəti İnstitutuna xüsusi diqqətini müşahidə edirik. İntensiv görüşlərin keçirilməsi, yüzlərlə QHT rəhbərinin Qarabağa səfəri, fərdi qaydada nüfuzlu hüquq müdafiəçiləri ilə görüş və digər məqamları qeyd edə bilərəm. Bu gün faktiki Prezident Adminstasiyası ilə QHT-lərin yüksək səviyyəli birgə əməkdaşlığının şahidi oluruq. "
“QHT-media əməkdaşlığı daha da genişlənməlidir”AXC TV-nin “Azad meydan” verilişində QHT-media əməkdaşlığı müzakirə olunub.Sualları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin (BNM) sədri Elçin Mirzəbəyli cavablandırıb.

Qeyd edək ki, Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM) sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayır.
2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin həyata keçirilməsidir.
UEFA “Qarabağ”a 10 milyondan çox ödəniş etdiUEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

Avrasiya.net xəbər verir ki, UEFA-nın ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) nəzərdə tutulub.
İlham Əliyev Zəngəzur dəhlizindən danışdı2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.

"Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək.

Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır. Diqqətiniz üçün bir daha təşəkkür edirəm. Məni bu mühüm tədbirdə iştirak üçün dəvət etdiyinizə görə sizə minnətdaram", - Prezident vurğulayıb.
NATO Türkiyə ilə güclüdür - ƏrdoğanYunanıstanın mövqeyi Ankara ilə NATO arasında əlaqələri zəiflətməyə qadir deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yunanıstanın narahatlığı və ya hər hansı mövqeyi Ankara ilə Alyansın münasibətlərini zəiflədə bilməz. Yunanıstana gəlincə, onun NATO daxilində hər hansı qiyməti yoxdur. Türkiyə varsa, NATO güclüdür, Türkiyə yoxdursa, NATO güclü deyil”, - Ərdoğan bildirib.
Ermənistanla sülhə nail olmaq... - PrezidentErmənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.

"Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi", - dövlət başçısı vurğulayıb.
CASCFEN yeni layihənin icrasına başladıAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarınin inkişaf etdirilməsi” adlı layihənin icrasına başlayıb. Bu barədə sözügedən İctimai Birlikdən məlumat verilib.

Qeyd edilib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. QHT-lərın fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir. Öz növbəsində qrant layihələri əsasında QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyət sərgiləyirlər. Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki bu layihələrin icrasının, ümumilikdə QHT-lərin fəaliyyətinin KİV-də lazımlı şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun da əsas səbəbi QHT-lərin böyük əksəriyyətinin KİV-lə, o cümlədən sosial meda ilə işlərini düzgün qurmamaları ilə bağlıdır. Odur ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

Məlumatda vurğulanıb ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır. Yəni layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyyələrin verilməsi təşkil edir. Bu zaman qardaş Türkiyənin təcrübəsinin də araşdırılması, o cümlədən Azərbaycandakı ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmalarının əsasında hazırlanmış məqalələrin saytlarda dərci nəzərdə tutulub.

“Layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, layihənin gedişi barədə KİV-lərdə və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzədə tutulub. Bir sözlə, layihənin məqsədi QHT təmsilçilərinin media ilə iş barədə bilik və bacarıqlarının artırılmasına, media ilə QHT-lər arasında əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdir”, - deyə məlumatda qeyd edilir.
Xalqa həsr olunmuş ömürMüasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sesiyasında deputatların istəyi və böyük təkidi ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarivi qərarlar, ümumlikdə, Azərbaycanın müstəqilliyinə və suverinliyinə hesablanmışdı. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb.

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub.

Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beyvəlxalq nüfuzu artdı.
Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Dahi Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir . Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız tam əmindir ki, Umummilli Liderimiz Heydər Əliyevin irəli sürdüyü ideyalar əsasında Azərbaycan Respublikası güclü, qüdrətli və daim çiçəklənən bir məmləkətə çevriləcəkdir.

Rafiq İsayev
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini