Meşə yanğınlarının söndürülməsinə 1140 nəfərdən çox canlı qüvvə və 120 texnika cəlb olunubAzərbaycanın 5 rayonunda davam edən meşə yanğınlarının söndürülməsinə 1140 nəfərdən çox canlı qüvvə və 120 texnika cəlb olunub.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. Qeyd edək ki, yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir.

Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir.

Belə ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. Bundan əlavə yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edir.

Hazırda nəzarətə götürülən yanğın baş vermis ərazilərdə soyutma işləri aparılır. İsti və küləkli hava şəraitinə baxmayaraq, yanğın ocaqlarının tam söndürülməsi məqsədi ilə əməliyyatlar davam etdirilir.
Azərbaycan hərbçisi qətlə yetirildi, tutulan var - YeniləndiAzərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Elçin oğlu Mirzoevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

***

Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Elçin oğlu Mirzoevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhruz Sübhan oğlu Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Azərbaycanda bir gündə koronadan 7 nəfər vəfat etdiAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 807017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793747 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.

Ölkədə son sutka ərzində 3802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.
Hərbçimiz silahdan açılan atəş nəticəsində həlak olduAzərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Elçin oğlu Mirzoevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

"Dastana dönən şəhid" filminin təqdimatı olub18 avqust Sərhəd qoşunlarının yaranması münasibəti ilə Dövlət Sərhəd Xidmətinin giziri Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin xatirəsinə ithaf olunmuş Zahir Əsədovun ekranlaşdırdığı "Dastana dönən şəhid" filminin təqdimatı olub. Filmin ssenarı müəllifi Şöhrət Eyvazov, bəstəkarı Elcin Atayev,lahiyyə rəhbəri Günel Əliqızıdır.

Tədbir şəhidlərin və ulu öndərin ruhunu 1 dəqiqəlik sükutla yad edərək dövlət himninin səsləndirilməsi ilə başlayıb.Günel Əliqızı sayca şəhidlərə ithaf olunmuş 8 ci filmin təqdimatını kecirməyin qüruru ilə bərabər şəhidlərin ruhu qarşısında bir məsuliyyət kecirdiyini vurğulayev.

Tədbirdə Bərdə rayonunun axundu Hacı Ramazan,Leyla Məmmədova, Elcin Atayev, Şöhrət Eyvazov, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Şəhid Elməddin Hüseynzadə nin, Devran Naibovun anası, Səid Ədilovun bacısı cıxış edərək vətənpərvərliyin təbliği ücün bu cür filmlərin cəkilməsinin vacibliyini bildirib.

Xudayar Yusifzadənin anası filmin təşkilatcısı Günel Əliqızına bütün yaradıcı heyətə,şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğiya görə Ölkə başcısına və Mehriban xanəma təşəkkür edib.Günel Əliqızı bundan sonrada film cəkilişlərinin davam edəcəyini bildirib.
Şəhidlər ölməz,Vətən bölünməz.
Danimarkanın Kraliçası Azərbaycanın dostunu təltif etdiDanimarka parlamentinin sabiq millət vəkili, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Hüseyn Arac Danimarkanın ictimai-siyasi və sosial həyatında fəallığına görə Danimarka Krallığının “Şərəf” medalı ilə təltif edilib.

Bu barədə Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasətçinin dostu Elnur Elturk məlumat verib.

“Hüseyn Arac Danimarkanın Kraliçası Ülyahəzrət II Marqrete tərəfindən “Şərəf” medalı xidmət medalı ilə təltif edilib.

Hüseyn Arac Danimarkanın ilk türk əsilli millət vəkilidir. Hal-hazırda Arhus şəhər bələdiyyəsinin üzvüdür.
Hüseyn Arac bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarabağ işğalda olduğu müddətdə Azərbaycanı müdafiə edən açıqlamalar verib.

O, eyni zamanda Azərbaycanda yeni yaranan Türk Ağsaqqalları Birliyi idarə heyətinin üzvüdür. Birlik yarandığı gündən ilk mənəvi dəstəyini göstərib”.
E.Eltürk onu da bildirib ki, Sosial Demokrat Partiyasından millət vəkili olduğu müddətdə Danimarkanın, Türkiyənin Avropa Birliyinə üzv olması üçün dəstək verib və önəmli fəaliyyətlərə imza atıb.
Rüşdiyə hücum edən şəxs: Xomeyniyə hörmət edirəmİranın keçmiş ali dini rəhbəri Ruhullah Xomeyniyə hörmət edirəm.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu Salman Rüşdiyə hücumda ittiham olunan Hadi Matar deyib.

Matarın sözlərinə görə, "Şeytan ayələri" kitabının yalnız bir neçə səhifəsini oxuyub və Tvitterdə Salman Rüşdinin Çautauqua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara alıb.

O, Salman Rüşdini bəyənmədiyini, onun islam və müsəlmanların inanclarına hörmətsizlik etdiyini bildirib.

Matar Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Çautauqua İnstitutunda hücuma məruz qalıb. Rüşdiyə hücum edən 25 yaşlı Hadi Matar məhkəmədə barəsindəki ittihamları rədd edib və günahsız olduğunu deyib.
Paşinyan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradırErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

Bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.

Saytda yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

"Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

"Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

“Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik tutulubFövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Qalaaltı” yaxınlığındakı meşə yanğınları söndürüldüŞabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır.

Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. O deyib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant E.Mirzəyev baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.

Hazırda yanğınlarla mübarizə davam etdirilir.