Salman Rüşdi bıçaqlandl - VideoHindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda hücuma məruz qalıb.

Kult.az xarici mediaya istinadən bildirir ki, Çautauqua İnstitutunda mühazirə oxumaq üçün səhnəyə çıxarkən yazıçıya naməlum şəxs hücum edib. Ruşdini döyən şəxsin əlində bıçaq da olub.

Nyu York Polis Departamentinin məlumatına görə, yazıçı boynundan bıçaqlanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb. Rüşdinin vəziyyəti haqqında əlavə məlumat yoxdur.

Xatırladaq ki, Rüşdinin 1989-cu ildə yazdığı "Şeytan ayələri" romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.
Monteneqro rus diplomatı ölkədən qovurMonteneqro hökuməti rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatın Monteneqro ərazisini tərk etməsi üçün 7 gün vaxt verilib və bu barədə Rusiyanın ölkədəki səfiri Vladislav Maslennikova rəsmi nota təqim edilib.
Qarabağdakı ermənilərə avqustun sonunadək vaxt verildiBiz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, - çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq”, - Azərbaycan Prezidenti vurğulayıb.
Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb“Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrasına başlanılıb.

“Report” xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Şuşanın virtual təbliği məqsədi ilə sayt yaradılacaq. Sayt bir neçə dildə fəaliyyət göstərəcək.

İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına, eləcə də Qala şəhərin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdiriləcək.

Bundan başqa, saytda vitual kitabxana, muzey, fotoqalereya, Şuşa haqqında çəkilmiş sənədli filmlər, videoçarxlar, böyük qayıdış ərəfəsində şuşalıların fikirləri və Şuşa rayonuna qayıdışdan sonra görəcəkləri işlər haqqında informasiyalar yayımlayacaq. Həmçinin layihə çərçivəsində Şuşa haqqında sənədli film də çəkiləcək.
Yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu gözləyirik - İlham Əliyevİkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

“Çünki müharibə başa çatandan dərhal mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”, - deyən dövlətimizin başçısı gələcəyə nikbinliklə baxdığını bildirib. Prezident İlham Əliyev bir daha xatırladıb: “Həmişə istədiyimizə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.
Xəzərdə iki nəfər batdıXəzər dənizində iki nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bu vəzifəli şəxslərə cinayət işi açıldıCəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəstəxanada vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifəli saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

"Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
İlham Əliyevdən taxıl açıqlaması: Problem yoxdurBildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident İlham Əliyev bildirib ki, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq.

“Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
FTX əməkdaşları müharibədən imtina edirlərRusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukraynada müharibəyə getməkdən kütləvi şəkildə imtina edirlər. Hətta maaşlarının 6-8 dəfə artırılmasına, əlavə güzəştlərə də razı deyillər.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Rusiya Xerson, Xarkov və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində yeni xüsusi xidmət bölmələri yaratmağa çalışır. Bütün səviyyələrdə hərbi əks-kəşfiyyat zabitlərinə ehtiyac var: köməkçilərdən tutmuş növbətçi komendanta, operativ və orta rəislərə qədər. Ukraynaya getmək istəyənlərin sayı çox azdır, ona görə də FTX öz işçilərinə təzyiq göstərməyə çalışır. Əgər bir şəxs işdən çıxarılma ərəfəsindədirsə və ya xidmətə tam uyğun gəlmədiyi barədə xəbərdarlıq edilirsə, o zaman ona müharibəyə getməyi təklif edirlər. Ancaq səylər demək olar ki, heç bir nəticə vermir. İnsanlar külli miqdarda pul təklifindən də imtina edirlər. Zəng edilən 200 nəfərdən yalnız 3-ü fikirləşəcəyini bildirib. Onlara ayda 450-600 min rubl maaş vəd edilir. Bu, müqavilə üzrə maaşdan 6-8 dəfə çoxdur", - məlumatda deyilib.
Sülhməramlılar qəza törətdi: 4 qadın öldüAzərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə Xankəndi-Əsgəran yolunda baş verib.

Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.

Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.