Azərbaycanda vəzifəli şəxs qəzada öldü - FotoYeni Azərbaycan Partiyasının Salyan rayon təkşilatının sədr müavini dünyasını dəyişib.

Avrasiya.net Manset.az-a istinadən məlumatına görə, partiyanın sədr müavini Fazil Məhərrəmov Sabirabad rayonu ərazisində avtoqəza nəticəsində ölüb.

Qəzada yaralıların da olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var.

Əlavə məlumat veriləcək.
"QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın yekun tədbiri keçirilibMingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” nın yekun tədbiri keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.

Yekun tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 3 gün ərzində davam edən təlimlər qeyri-hökumət təşkilatlarının layihələrinin hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılmasına və beynəlxalq donorlarla əməkdaşlıq imkanlarının genişləndirməsinə tövhə verəcək. Agentlik bu mövzuda təlimlərin gələcəkdə də davamlı olmasını təmin edəcək.

Daha sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” uğurla yekunlaşıb. A.Əliyeva proqramı uğurla bitirən bütün iştirakçıları təbrik edib və bu mövzuda hazırlanan təlimlərin gələcəkdə regionların ehtiyaclarını nəzərə alınmaqla davam edəcəyini bildirib.

Sonra çıxış edən təlimçilər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov 3 gün ərzində aparılan təlimlərin proqramı haqqında və iştirakçıların bu prosesdə iştirakı ilə bağlı fikirlərini bölüşüblər.

Eyni zamanda təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, 3 günlük proqram çərçivəsində əldə etdikləri biliklər və təcrübə onların gələcək işlərinə böyük təkan verəcək.

Çıxışlardan sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
"İmam Mehdi" insanları belə aldadırmış...Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

O, zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. A.Babayev ona bildirib ki, lazım gələcəyi vaxtda zühur edəcək. A.Aslanov verilən vədlərə inanaraq "Hyundai Santafe" markalı avtomobil də daxil olmaqla ona 585 min 300 min manat məbləğində ziyan dəyib.

Digər zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün A.Babayevə ümumilikdə 543 min manat pul verib.

İş üzrə zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün A.Babayevə 134 min manat pul təqdim edib.

Ümumilkdə zərərçəkmişlərə 2 milyon 500 min manat ziyan dəyib.

A.Babayev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınır.
“Meymunçiçəyini bizə sırımağa çalışdılar” - Lukaşenko“Bizə meymunçiçəyini sırımağa çalışdılar, amma insanlar buna reaksiya vermədi. Nəticədə koronavirusa qayıtdılar”.

Avrasiya.net xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Unutmayın, COVID başlayanda çoxları məni başa düşmürdü, kimsə koronopsixoz haqqında danışanda mənə nifrət edirdi. Sonra bunun niyə baş verdiyini, niyə belə olduğunu izah etməyə çalışdım. Dedim ki, bu, dünyanın yenidən bölüşdürülməyinin başlanğıcıdır.

Pandemiya bütün bu yaraları daha da şiddətləndirir. Belə vəziyyət həmişə qarşıdurmalara, müharibələrə səbəb olur”, - deyə Lukaşenko söyləyib.
İsrail yeni lazer sistemi yaradırİsrail “Magen Or” ("İşıq qalxanı") adlı lazer sisteminin hazırlanması və alınması üçün 500 milyon şekel (150 milyon dollar) ayırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İsrailin Silahların Satınalma Komitəsi məlumat yayıb.

Sistem İsrailin Dəmir Qübbə raketdən müdafiə sistemlərini yaradan “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən qurulacaq.

Məlumata görə, vəsaitin ayrılması ABŞ Prezidenti Co Baydenin İsrailə səfərindən sonra baş verib. ABŞ-ın bu lazer sistemini alacağı gözlənilir.
İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilibŞabran rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin və Rayon Polis şöbəsinin əməkdaşları, Şabran rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İlkin Ağayev bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Bildirilmişdir ki, sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.


Erməni politoloq: “Biz dövlətçilik mədəniyyəti olmayan millətik”Fransa erməni təşkilatları əlaqələndirmə şurasının sədri (CCAF), “Daşnaksütun” Erməni İnqilab Federasiyası bürosunun təmsilçisi Murad Papazyandan sonra “Daşnaksütun”un daha 2 təmsilçisinin – təsisatın Niderland ofisinin sədri Masis Abramyanın və gənclər təşkilatının üzvü Süne Abramyanın Ermənistana girişinə qadağa qoyulub. Sonuncu 2 şəxs “Zvartnots” hava limanının tranzit zonasında saxlanılıblar. Murad Papazyan son açıqlamasında Paşinyan hakimiyyətinə “müharibə” elan edib və bildirib ki, Fransa erməniləri “Ermənistanı mövcud rejimdən xilas etmək üçün mübarizə aparacaqlar”.

Qeyd edim ki, 44 günlük müharibədən sonra erməni faşizminin əsas dayaqları olan erməni kilsəsi və diasporunda parçalanmalar nəzərə çarpır və xüsusilə də Fransada bu proses daha ağrılı və ziddiyyətli keçir. Ənənəvi erməni diaspor təşkilatlarına yeni alternativlər yaranır və xüsusilə də 1991-ci ildən sonra Fransaya köçən ermənilər bu prosedə daha aktiv şəkildə iştirak edirlər.

Bu xüsusda, ziddiyyətlərin səbəbləri haqqında Fransada yaşayan erməni əsilli politoloq və şərqşünas Tiqran Yeqavyanın yanaşması diqqətimi daha çox cəlb etdiyi üçün onun Ermənistan mediasına müsahibəsinin bəzi məqamlarını dəyərli oxuculara təqdim etmək istəyirəm. Beləliklə, politoloq, şərqşünas Tiqran Yeqavyan deyir: “Ermənistanla erməni diasporu arasında qarşılıqlı etimad yoxdur. Müharibə göstərdi ki, Ermənistan və diaspor arasındakı uçurum həmişəkindən daha dərindir. Demək olar ki, etimad bağı tamamilə qırılıb. İşgüzar münasibətlərin qurulması üçün sağlam bünövrə yoxdur. İndiyədək Ermənistanla erməni diasporu arasındakı əlaqələr əsasən iki istiqaməti – turizm və humanitar yardım sahələrini əhatə edirdi. Bu sıraya məhdud investisiyaları da əlavə etmək olar. Təəssüf ki, bu, təkcə indiki hakimiyyətin problemi deyil və xeyli öncə, Ermənistanda müstəqillik hərəkatından və müstəqilliyin əldə edilməsindən sonra yaranıb. Xarici erməni təşkilatları müstəqil erməni dövlətinin yaranmasına hazır deyildilər və hesab edirdilər ki, Ermənistan bununla Rusiyanın (təhlükəsizlik –E.M.) zəmanətini itirərək “pantürkizm”in hədəfinə çevriləcək. Yəni əsas problem dövlətçilik ideyası ilə bağlı idi. Ümumiyyətlə isə, xaricdə yaşayan ermənilərin siyasi düşüncəsi yoxdur. Onların Ermənistan, millət, erməni məsələsi və dövlətə münasibətdə ideyaları həddindən artıq abstraktdır. Onlar dövlətə sahib olmağın nə demək olduğunu başa düşə bilmirlər. Müharibə sübuta yetirdi ki, biz dövlətçilik mədəniyyəti olmayan millətik. Biz “millət” və dövlət” anlayışlarını fərqləndirə bilmirik. Hazırki hökumətin diaspor işləri üzrə komissarlıq ofisi yaratsa da, maraqlara söykənən əlaqələr qurmağı bacarmadı. Diaspor üçün isə Ermənistan və “arsax” abstrakt anlayışlardır. Onlar üçün əsas mövzu “soyqırım”dır. Yəni diaspor erməniləri “tarixi yaddaşa” diqqət kəsiliblər və başa düşmürlər ki, onlar Ermıənistanda sistemin yenilənməsi üçün siyasi rol oynamalıdırlar.

Sual: Sizin də təmsil olunduğunuz Fransa erməni icmasını necə, Ermənistanın ictimai-siyasi həyatı maraqlandırır?

Tiqran Yeqavyan: Fransanın erməni icmasından danışarkən, mütləq nəzərə almaq lazımdır ki, onun formalaşması üç mərhələyə bölünür: “Soyqırım” yaşayan və 1920-ci illərdə Fransaya köçən ermənilər, 1970-ci illərdə Suriya, Livan və İrandan gələnlər və üçüncü, 1991-ci ildən sonra Fransanı daimi yaşayış yeri seçən ermənilər. Sonuncular icmanın ənənəvi strukturlarında özlərinə yer tapa bilməyiblər. Bu səbəbdən də sözügedən qrupların yanaşmaları bir-birindən fərqlənir. Bütövlükdə, Fransanı Ermənistandakı ictimai-siyasi məsələlər maraqlandırmır, oradakı siyasi həyatın çətinliklərindən anlayışı yoxdur və heç bu prosesi izləmir də... Bu planda, əsasən Ermənistandan köçən ermənilər belə məsələlərlə marqlanırlar. Amma onlar da, təəssüf ki, öz strukturlarını yaratmağa çətinlik çəkirlər. Klassik diaspor təmsilçiləri ilə Ermənistandan köçən ermənilər arasında milli identikliyə münasibətdə qarşıdurmalar da müşahidə olunur. “Soyqırım” və “erməni məsələsi”nə diqqət kəsilən klassik diaspordan fərqli olaraq, yeni gələnləri Ermənistanın daxili həyatı daha çox maraqlandırır. Biz indi erməni diasporunun strukturlarının yenilənməsi ilə bağlı problemlərlə qarşı-qarşıyayıq. Hansı ki, çoxdan köhnəlib... Biz “soyqırım”ın tanıdılması ilə bağlı çox böyük vaxt itkisinə yol vermişik. Erməniliyin Fransanın ictimai həyatında, Ermənistanda və diasporda hansı rolu oynadığını anlamaq üçün gündəlik mövzularımız çatışmır...

Sual: Diaspor Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı prosesə necə yanaşır? Bu dialoqda siz Ermənistan üçün hansı perspektivlər görürsünüz?

Tiqran Yeqavyan: Burada bir-birindən fərqləndirilməsi vacib olan iki məsələ var. Biz iki dövlət arasında münasibətlərin tənzimlənməsindən danışırıqsa, o zaman diaspor heç nə deyə bilməz. Diaspor dövlət deyil. Bu məsələ İrəvanla Ankaraya aiddir və bizim müdaxilə etmək haqqımız yoxdur. Yox, əgər biz barışıqdan danışırıqsa, o zaman əcdadları “soyqırım” yaşayan ermənilərin deməyə sözü var...

Təəssüf ki, mən bu dialoqda heç bir perspektiv görmürəm. Belə bir təəssürat yaranır ki, Ermənistan Türkiyənin təzyiqlərindən yayınmaq və Azərbaycandan gələ biləcək təhlükəni neytrallaşdırmaq üçün vaxt qazanmağa çalışır. Bu məsələdə strateji baxış yoxdur və Ermənistan hakimiyyəti yalnız böhran idarəçiliyi ilə məşğul olur. Biz tarixin dərslərindən pis nəticə çıxarırıq və unuduruq ki, Türkiyə yalnız gücün dilində danışır. Əgər onun (Türkiyənin – E.M.) üstünlüyü varsa, ondan mütləq istifadə edəcək. Ərdoğan üçün diplomatiya ticarətdir və bu məsələdə Ermənistanın verə biləcəyi çox az şey var. Digər tərəfdən, Türkiyə və Ermənistan diplomatiyası bir-birindən kökündən fərqlənir. Türkiyənin diplomatiya məktəbi dünyada ən yaxşılarından biridir. Ermənistanda isə dövlətin və dövlətçiliyin nə olduğunu indi-indi başa düşməyə başlayıblar. Ona görə də bu məsələyə ehtiyatla və emosiyasız yanaşmalıyıq...

Xatırladım ki, yuxarıdakılar Fransadakı klassik erməni diasporunun təmsilçisi, politoloq, şərqşünas Tiqran Yeqavyanın fikirləridir və yalnız bizim üçün əhəmiyyət kəsb edən hissələrinin təqdimatına ehtiyac duydum. Erməni diasporunun ayrı-ayrı qrupları və diasporla Ermənistan arasında yaranmış ziddiyyətlər həm Azərbaycan, həm də Türkiyə üçün geniş imkanlar yaradır. İndi bu imkanlardan istifadə etməsək, bir müddət sonra biz də Tiqran Yeqavyan kimi gileylənmək məcburiyyətində qalacağıq.

Elçin Mirzəbəyli
Daha 65 nəfərin diplomu TANINMADIİyul ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə hesabat açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Avrasiya.net-ə bildirilib ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib. Əlavə olaraq qeyd edilib ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
Rusiya müharibəni Avropaya köçürməyə çalışırRusiya üçün Balkan münaqişəsindən istifadə edib Avropanın mərkəzində müharibə alovlandırmaq əla fürsətdir.

Bunu Balkan üzrə ekspert Mariya Geletey deyib.

“Bu, Rusiya üçün əla fürsətdir. Çünki Rusiya Balkanda bütün kiçik iğtişaşlardan istifadə edirdi. Buna Makedoniyada bir neçə ay əvvəl baş vermiş vəziyyəti, Kosovanın istismarını göstərmək olar. Qərb və Ukrayna mətbuatından fərqli olaraq, rus mediasında Balkan münaqişəsi ilə bağlı çağırışlar var. Orada sanki başqa cəbhə xəttində müharibə başlayır”.

Onun sözlərinə görə, Serbiya ilə Kosova arasında vəziyyət hərbi münaqişəyə çevrilə bilər:

“Ona görə də Kosova tərəfi Qərb tərəfdaşları ilə məsləhətləşmələrdən sonra güzəştə gedib. Daha ciddi toqquşmalar olarsa, NATO Missiyası vəziyyətə müdaxilə edəcək. Rusiya da bu vəziyyətdən istifadə edərək Avropanın mərkəzində müharibə alovlandıra bilər. O zaman avropalılar üçün eyni zamanda Ukrayna və Balkanları dəstəkləmək çətin olacaq”.