Aprel döyüşlərinin iştirakçısı ərinə görə intihara cəhd etdiGəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib.

Avrasiya.net xəbər verir ki, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb.

O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib.

İntihar cəhdinin qarşısı alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Report-a bildirilib ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Ölmüş nənənin aqibətiBəzi əsərlər var ki, onların dahiliyini və qeyri-adiliyini şüphə altına almadan, oxucuları sərt şəkildə iki cəbhəyə cəbhəyə bölünürlər. Ya sevirlər, ya da qəbul edə bilmirlər. Bu əsəblərdən biri də, sevənləri sırasında olduğum M.A.Bulqakovun “Master və Marqarita” əsəridir. Həmin əsərdə xüsusi bir fikir, hələ də bütün postsovet ölkələrində aktualdı. Voland, illər sonra Moskvaya qayıdır və səhnədən insanlara baxır, onların necə dəyişdiklərini bilmək istəyir. Göstərişin sonunda “İnsanlar elə həminki insanlardı. Pulu sevirlər, lakin bu həmişə belə idi...İnsanlıq, nədən hazırlanmasından asılı olmayaraq, həmişə pulu sevir. Sadəlövdülər...adi insanlardı...əvvəlkilər kimi...tək mənzil məsələsi onları korlayıb” fikrini bildirir.

İllər keçməsinə baxmayaraq, bizi korlayan əlamətlərdən biri hələ də mənzil məsələsi olaraq qalır. Son illərdə yeni ailələrin mənzil ilə təmin olunması istiqamətində bir çox işlər görülmüşdür. Məsələn Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli 86N-li sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarı ilə “pilot layihə”lərin inşasına başlatmışdı. Layihə və düşüncə lazimınca icra edildikdə, böyük nəticələr əldə etməyə kömək ola bilərdi, amma burada insan faktoru, daha çox qazanmaq arzusu, inşanı aparan hüquqi şəxslərin işinə qeyri-peşəkarçasına münasibəti istənilən nəticəni verməmiş və həmin qərar 2019-cu ilin dekabr ayında ləğv olunmuşdur.

Sonra isə hamımıza məlum MİDA ortaya çıxdı və mənzil əldə etmək hüququnu yalnız xüsusi şərtlər əsasında, xüsusi insanlara verməyə başladı. Elə bu səbəbdən də, MİDA-da mənzil sahiblərinin 2 və daha çox ev əldə etmək imkanları yarandı. Mənzilə ehtiyac olan gənc ailələr isə yenə də bütün bu hadisələrə kənardan izləməklə kifayətləndi.

Anlaşılandır ki, biz öncəki nəsildən qat-qat daha az qazanırıq və bu qazanc, bilik və bacarıqlarımız nisbətində bizə nə minimum tələblərimizi ödəməyə nə də maksimum barədə arzu qurmağa kifayət etmir.
Ümumiyyətlə 25 illik ipoteka anlayışının işlək olduğuna inanmaq mümkün deyil. Ən azından anlamaq lazımdır ki, azad iqtisadiyyat dövründə və işəgötürənlərin tək dövlət deyil, həmdə özəl hüquqi şəxslər olduğundan əmək müqaviləsinin xitam verilməsi riskləri bundan otuz il əvvəlki dövrdən qat-qat daha çoxdur. Nəzərə almaq lazımdır ki, istənilən şirkət iqtisadiyyat çarxının bir qolu kimi, çarxın yavaşlaması ilə yavaşlayır, tezləşməsi ilə də inkişaf edir. Bu səbəbdən işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verə, ştatları ixtisar edə bilər. Belə halda iyirmi beş il ərzində işsiz qalmama riskinin yüksək olduğunu da anlamaq lazımdı. Digər tərəfdən də, ipoteka şərtlərinin və aylıq ödənişlərin məbləğlərini nəzərə alsaq, təbii ki göstərilən dövrdə hər ay aylıq əmək haqqının 50%-dan çox məbləği banka, iyirmi beş il ərzində ödəmək heç də məqsədəuyğun deyil. Təbii ki, beynəlxalq təcrübəyə əsaslanmalı və ipoteka üzrə aylıq ödənişin, əmək haqqının 40%-dan çox olmamalıdır.

Bunun üstünə sosial həyatımızı, toy sevdamızı və hər hadisəni böyük tədbir ilə qeyd etmək arzumuzu da gəlsək, borc okeanında batan gəmidən xilas olma ümidimizin ümumiyyətlə olmamasını anlayırıq. Mənzil məsələsinin ictimayətimizin ən böyük problemi olmasını hətta dövlət belə anlayır, belə ki, istənilən ictimai şəxsin, müvafiq uğurdan sonra mənzil ilə, dövlət tərəfindən təmin olması bunun açıq göstəricisidir. Təbii ki, dövlətimiz də, bunun həlli istiqamətində bir sıra işlər görməkdədir. Misal olaraq, artıq ipoteka faizlərinin müəllimlər üçün müəyyən qədər azaldılması buna bir nümunədir. Lakin qeyd etdiyim kimi, mənim kimi, proqmatik və hər işdə növbəti on addımını, risklərini düşünən insanlar üçün, kredit anlayışı ümumiyyətlə qəbuledilməzdi. Alınan əməkhaqqılar isə mənzil əldə etmək üçün, təbii ki, yetərli deyil.

Bəs nədi bu çıxılmaz dalanda, yaranmış kərpiç divardan tullanma yolları? Açığı ağlıma gələn ilk addımlardan biri, dövlət-özəl əməkdaşlıq çərçivəsində, MTK və digər tikinti şirkətlərinə kvotaların qoyulması təşəbbüsünün olmasını istərdim. Məsələn dövlət, tikilən yeni binalardan müəyyən sayda evlərin alınmasını, onların istifadə hüququnu yeni və aztəminatlı ailələrə verilməsi istiqamətində proqram tərtib edə bilər. İstifadə hüququndan yararlanan ailələr aylıq nominal məbləğ ödəyə və həmin istifadə hüququnun verilməsi müddəti (20 ilədək ola bilər) bitdikdə, mənzil sahibi ola biləllər. Bunu bir ekspert kimi deyil sadə bir vətəndaş kimi bildirirəm. Təbii ki, mütəxəssislər buna daha fərdi, daha praktik çarə tapa biləllər.

Əks halda ailə qurmaq istəyən bir tanışımın çox incə düşünülmüş siyasəti yadıma düşür. O bildirirdi ki, nənəsi həyatdan köçdükdə, ona məxsus evə sahib çıxacaq və ailə qurmağı o zaman planlaşdıracaq. Mən isə cavab olaraq nə deyəcəyimi bilmədiyim üçün “Allah nənənə can sağlığı versin!” deyərək onu təsəlli etməyə çalışdım.

Elşən Məmmədli
gənc yazıçı
Azərbaycanlı kikboksçu şortlarını sataraq, Ukrayna ordusuna yardım edibAzərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadənin 2017-ci ildə Polşanın Vrotslav şəhərindəki X Ümumdünya Oyunlarında geyindiyi şortlar hərracda satılıb.

"Report"un məlumatına görə, şortları kikboksinq üzrə Ukrayna millisinin üzvü, idman ustası Aleksey Sergeyeviç 3 min qrivnaya (təxminən 140 AZN) alıb.

Bu gün isə Sənanzadə bu il gümüş medal qazandığı, ABŞ-ın Birmingem şəhərindəki XI Ümumdünya Oyunlarında təşkilatçıların təqdim etdiyi formanı hərraca çıxarıb. Həmin formanın arxa tərəfində "I stand with Ukraine" ("Mən Ukraynanın yanındayam") sözü yazılıb. İdmançı şortlar kimi, formaya da yenə 500 qrivna (23 manat) ilkin qiymət qoyub. Hərrac avqustun 3-dək davam edəcək.

Rusiya daha bir ölkədə NATO ilə savaşa girirRusiya Serbiyaya kömək edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Kosova ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya münaqişəyə girmədən Serbiyaya yardım edəcək”, - Cabarov bildirib.

Qeyd edək ki, Kosovanın şimalında sabitliyə təhlükə yaranacağı təqdirdə NATO müdaxilə edəcəyini açıqlayıb.
"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"1 Avqust - Azərbaycan dili və əlifbası Günü münasibəti ilə bütün soydaşlarımızı, dünyanın müxtəlif guşələrindəki bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm. Uşaqdan tutmuş böyüklərimizə, ağsaqqal və ağbirçəklərimizə qədər - bizim hər birimiz bu dilin daşıyıcıları və keşikçiləriyik. Biz ana dilimizi, ana dilimiz isə bizi yaşadır. Ona görə də ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir, bizi qoruyan sipərimizdir.

Bizim varlığımız ana dilimizdən asılı olduğu qədər, ana dilinin də varlığı bizim onu nə dərəcədə qorumağımızdan, dilimizə qayğı ilə yanaşmağımızdan asılıdır. Biz həm şifahi nitqimizdə, həm də yazılı mətnlərimizdə ana dilinin təmizliyinin qayğısına qalmalı, dilimizin gözəlliklərini hər kəsə nümayiş etdirməyi bacarmalıyıq. Dilimizin saflığını qorumaq, onu inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Xalqımız öz folkloru ilə, ədəbi yaradıcılığı ilə ana dilimizi qədim zamanlardan bu günümüzə qədər yaşadıb, bugünkü nəsillərə çox gözəl bir miras qoyub. Sevindirici haldır ki, Azərbaycan dili indi sadəcə toplumun gündəlik ünsiyyət vasitəsi yox, həmçinin müstəqil dövlətimizin rəsmi dilidir. Əvvəllər ədib və şairlərimiz, aşıqlarımız, dastançılarımız tərəfindən ayaqda tutulan, yaşadılan ana dilimiz indi də dövlətimiz tərəfindən qorunur.

Belə ki, artıq uzun illərdir ki, avqustun 1-i Azərbaycan dili və əlifbası Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Elə həmin Fərmanın əsasında da ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin avqustunda bütövlükdə təmin edilib. Bu addım müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində olduqca mühüm hadisədir.

Ancaq milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının və zənginliyinin qorunması təkcə dövlətdən asılı deyil. Hər birimiz ana dilimizin qorunması və inkişafı naminə, dilimizin övladlarımıza və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi naminə səylə çalışmalıyıq. Çünki ana dilimiz milli birliyimizi, həmrəyliyimizi qoruyan başlıca ünsiyyət vasitəsidir.

Biz elə etməliyik ki, harda yaşamağımızdan asılı olmayaraq övladlarımız ana dilimizi sevsinlər, gənclərimiz bu dildə bizdən daha yaxşı danışsınlar. Dilimizin Türk dünyasının ən fəal, aparıcı dillərindən birinə çevrilməsi də əsas vəzifələrimizdən biri olmalıdır. Bir sözlə, dilimizin yayılma və istefadə arealının genişlənməsi üçün hər şeyi etməliyik. Bu bizim müqəddəs borcumuzdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycanda bir neçə vəzifəli şəxs saxlanıldıAzərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.
Səlim Müslümov koronavirusa YOLUXDUBakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Avrasiya.net-in məlumatına görə, prosesin təxirə salınmasına səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun koronavirus testinin pozitiv çıxması olub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq iş üzrə hazırlıq iclası avqustun təyin olunub.Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
İrəvan bu silahları alır: hədəfi nədir? - Hərbi ekspertErmənistan qarşısına silahlanma proqramı qoyub - yəni yenidən öz ordusunu silahlandırmağa hazırlaşır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbayvan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazədə yerli mediaya açıqlamasında deyib.

“İrəvan kosmosa sputnik buraxır. Bu sputnikin Ermənistan sərhədlərinə nəzarətdə kömək olacağı vurğulanır. Sonra isə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Hindistana yola düşür. Bu ölkə Ermənistana yeni nəsl dronlarını sata biləcəyini bildirir. Bu barədə Hindistan mediası yazıb.

Bəs görəsən İrəvan nə etməyə çalışır?

44 günlük müharibədəki taktikamızı yada salaq – görünür, ermənilər Azərbaycanın təcrübəsini tətbiq edirlər. Qarabağ uğrunda gedən döyüşlərdə bizim dronlar sputnikimizlə vəhdət halında çalışırdı. Bu taktika ermənilərin hərbi gücünü 44 günə yox etdi. Hazırda onlar yenidən ordu yaratmağa, silahlanmağa çalışır.

Biz anlamalıyıq ki, hətta sülh sazişi imzalanarsa, hətta dövlətlərimiz arasında sərhədlərin demarkasiyası baş versə belə, gələcəkdə Ermənistanın Azərbaycana qarşı işğal planlarına yenidən qayıtmayacağına zəmanət yoxdur.

Ermənistanda hərbi quruculuq cəhdlərini daim izləmək lazım gələcək və müvafiq olaraq, bu ölkənin silahlı qüvvələrində hər hansı istiqamət inkişaf etdikdə, biz hərəkətə keçməliyik”, - deyə o qeyd edib.
Britaniya Ukraynaya bir neçə gəmi verirLondonda bir neçə hərbi gəminin ölkəmizə təhvil verilməsinə qərar verilib.

Bunu Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

“Bu gəmilərlə bağlı artıq bizim hərbi təlimlərimiz keçirilir. Belə gəmilərdən bir neçə ədəd olacaq. Prioritetlərimiz dəyişdi. Bizə indi mina əleyhinə gəmilər lazımdır”, - diplomat bildirib.
Yevlaxda 38 yaşlı kişi itkin düşübYevlax rayonunda 38 yaşlı kişi itkin düşüb.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə iyulunun 29-da rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.