Sizin Reklam Burada

Ölmüş nənənin aqibəti

Ölmüş nənənin aqibətiBəzi əsərlər var ki, onların dahiliyini və qeyri-adiliyini şüphə altına almadan, oxucuları sərt şəkildə iki cəbhəyə cəbhəyə bölünürlər. Ya sevirlər, ya da qəbul edə bilmirlər. Bu əsəblərdən biri də, sevənləri sırasında olduğum M.A.Bulqakovun “Master və Marqarita” əsəridir. Həmin əsərdə xüsusi bir fikir, hələ də bütün postsovet ölkələrində aktualdı. Voland, illər sonra Moskvaya qayıdır və səhnədən insanlara baxır, onların necə dəyişdiklərini bilmək istəyir. Göstərişin sonunda “İnsanlar elə həminki insanlardı. Pulu sevirlər, lakin bu həmişə belə idi...İnsanlıq, nədən hazırlanmasından asılı olmayaraq, həmişə pulu sevir. Sadəlövdülər...adi insanlardı...əvvəlkilər kimi...tək mənzil məsələsi onları korlayıb” fikrini bildirir.

İllər keçməsinə baxmayaraq, bizi korlayan əlamətlərdən biri hələ də mənzil məsələsi olaraq qalır. Son illərdə yeni ailələrin mənzil ilə təmin olunması istiqamətində bir çox işlər görülmüşdür. Məsələn Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli 86N-li sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarı ilə “pilot layihə”lərin inşasına başlatmışdı. Layihə və düşüncə lazimınca icra edildikdə, böyük nəticələr əldə etməyə kömək ola bilərdi, amma burada insan faktoru, daha çox qazanmaq arzusu, inşanı aparan hüquqi şəxslərin işinə qeyri-peşəkarçasına münasibəti istənilən nəticəni verməmiş və həmin qərar 2019-cu ilin dekabr ayında ləğv olunmuşdur.

Sonra isə hamımıza məlum MİDA ortaya çıxdı və mənzil əldə etmək hüququnu yalnız xüsusi şərtlər əsasında, xüsusi insanlara verməyə başladı. Elə bu səbəbdən də, MİDA-da mənzil sahiblərinin 2 və daha çox ev əldə etmək imkanları yarandı. Mənzilə ehtiyac olan gənc ailələr isə yenə də bütün bu hadisələrə kənardan izləməklə kifayətləndi.

Anlaşılandır ki, biz öncəki nəsildən qat-qat daha az qazanırıq və bu qazanc, bilik və bacarıqlarımız nisbətində bizə nə minimum tələblərimizi ödəməyə nə də maksimum barədə arzu qurmağa kifayət etmir.
Ümumiyyətlə 25 illik ipoteka anlayışının işlək olduğuna inanmaq mümkün deyil. Ən azından anlamaq lazımdır ki, azad iqtisadiyyat dövründə və işəgötürənlərin tək dövlət deyil, həmdə özəl hüquqi şəxslər olduğundan əmək müqaviləsinin xitam verilməsi riskləri bundan otuz il əvvəlki dövrdən qat-qat daha çoxdur. Nəzərə almaq lazımdır ki, istənilən şirkət iqtisadiyyat çarxının bir qolu kimi, çarxın yavaşlaması ilə yavaşlayır, tezləşməsi ilə də inkişaf edir. Bu səbəbdən işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verə, ştatları ixtisar edə bilər. Belə halda iyirmi beş il ərzində işsiz qalmama riskinin yüksək olduğunu da anlamaq lazımdı. Digər tərəfdən də, ipoteka şərtlərinin və aylıq ödənişlərin məbləğlərini nəzərə alsaq, təbii ki göstərilən dövrdə hər ay aylıq əmək haqqının 50%-dan çox məbləği banka, iyirmi beş il ərzində ödəmək heç də məqsədəuyğun deyil. Təbii ki, beynəlxalq təcrübəyə əsaslanmalı və ipoteka üzrə aylıq ödənişin, əmək haqqının 40%-dan çox olmamalıdır.

Bunun üstünə sosial həyatımızı, toy sevdamızı və hər hadisəni böyük tədbir ilə qeyd etmək arzumuzu da gəlsək, borc okeanında batan gəmidən xilas olma ümidimizin ümumiyyətlə olmamasını anlayırıq. Mənzil məsələsinin ictimayətimizin ən böyük problemi olmasını hətta dövlət belə anlayır, belə ki, istənilən ictimai şəxsin, müvafiq uğurdan sonra mənzil ilə, dövlət tərəfindən təmin olması bunun açıq göstəricisidir. Təbii ki, dövlətimiz də, bunun həlli istiqamətində bir sıra işlər görməkdədir. Misal olaraq, artıq ipoteka faizlərinin müəllimlər üçün müəyyən qədər azaldılması buna bir nümunədir. Lakin qeyd etdiyim kimi, mənim kimi, proqmatik və hər işdə növbəti on addımını, risklərini düşünən insanlar üçün, kredit anlayışı ümumiyyətlə qəbuledilməzdi. Alınan əməkhaqqılar isə mənzil əldə etmək üçün, təbii ki, yetərli deyil.

Bəs nədi bu çıxılmaz dalanda, yaranmış kərpiç divardan tullanma yolları? Açığı ağlıma gələn ilk addımlardan biri, dövlət-özəl əməkdaşlıq çərçivəsində, MTK və digər tikinti şirkətlərinə kvotaların qoyulması təşəbbüsünün olmasını istərdim. Məsələn dövlət, tikilən yeni binalardan müəyyən sayda evlərin alınmasını, onların istifadə hüququnu yeni və aztəminatlı ailələrə verilməsi istiqamətində proqram tərtib edə bilər. İstifadə hüququndan yararlanan ailələr aylıq nominal məbləğ ödəyə və həmin istifadə hüququnun verilməsi müddəti (20 ilədək ola bilər) bitdikdə, mənzil sahibi ola biləllər. Bunu bir ekspert kimi deyil sadə bir vətəndaş kimi bildirirəm. Təbii ki, mütəxəssislər buna daha fərdi, daha praktik çarə tapa biləllər.

Əks halda ailə qurmaq istəyən bir tanışımın çox incə düşünülmüş siyasəti yadıma düşür. O bildirirdi ki, nənəsi həyatdan köçdükdə, ona məxsus evə sahib çıxacaq və ailə qurmağı o zaman planlaşdıracaq. Mən isə cavab olaraq nə deyəcəyimi bilmədiyim üçün “Allah nənənə can sağlığı versin!” deyərək onu təsəlli etməyə çalışdım.

Elşən Məmmədli
gənc yazıçı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər