"Qarabağ"dan "Lex" üzərində möhtəşəm qələbə!Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Polşa "Lex"inin start heyətləri açıqlanıb.

Avrasiya.net-in Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda "Qarabağ" minimal hesabla uduzub - 0:1.

***

Bakı vaxtı ilə saat 20:00-da "Qarabağ" - "Lex" matçı start götürüb.

***

Elə ilk dəqiqədəcə "Lex" komandası hesabı açıb: 0 - 1

Qonaqlar 20-ci saniyədə topu "Qarabağ"ın qapısından keçiriblər.

***

14-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Kadi hesabı bərabərləşdirib. 1 - 1

***

42-ci dəqiqədə Filip Ozobiç “Qarabağ”ı hesabda irəli çıxarıb: 2 - 1

***

55-ci dəqiqədə "Qarabağ" 3-cü topu rəqibin qapısından keçirib: 3 - 1

***

Kadi 74-cü dəqiqədə "Qarabağ"a 4-cü qolu qazandırıb: 4 - 1

***

77-ci dəqiqədə "Qarabağ" hesabı 5 - 1-ə çatdırıb: 5 - 1

***

Beləliklə, matç "Qarabağ"ın "Lex" üzərində 5 -1 hesablı qələbəsi ilə başa çatır.

Rusiyanın daha 1 generalı və 5 zabiti məhv edilib - BratçukUkrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində hərbi bazaya zərbə endirməsi nəticəsində həlak və olan xəsarət alanlarla bağlı yeni məlumat açıqlanıb.

Avrasiya.net xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk məlumat açıqlayıb.

"Zərbə nəticəsində 150 rusiyalı hərbçi, o cümlədən bir general və beş zabit zərərsizləşdirilib".

Məlumata görə, Ukrayna ordusu bazaya “HIMARS” sistemləri ilə atəş açıb.
Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilibŞabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.

Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.
Sabirabadda qazinin dəfnində insident yaşanıb?Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.

Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb”.
İranda avtobus aşdı: 3 ölü, 16 yaralıİranın şimal-qərbindəki Zəncan əyalətində içərisində sərnişinlər olan avtobus aşıb.

Avrasiya.net xəbər verir ki, hadisə Zəncan-Təbriz yolunun 30-cu kilometrliyində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin versiyaya görə, hadisə sürücünün yorğunluğu və yuxulu olması səbəbindən baş verib.

Türkiyədə tur avtobusu aşdı: 19 yaralıQara dəniz səyahətindən qayıdan tur mikroavtobusu Tunceli-Ərzincan yolunun Ağlayan Qayalar ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Axar.az xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan 19 nəfər yaralanıb.

Hadisə yerinə xeyli sayda sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Ukrayna Rusiyanın silah-sursat anbarını vurduUkrayna ordusu işğal altında olan Xerson vilayətində Rusiyaya məxsus silah-sursat anbarını vurub.

Avrasiya.net xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç bu barədə sosial media hesabında paylaşım edib.

“Dünən ordumuz Rusiyanın Xerson vilayətində yerləşən 49-cu Ordu Komandanlığı, hava qüvvələri və hava hücumundan müdafiə anbarlarına raketlərlə hücum edib. İlkin məlumata görə, ümumilikdə 200 nəfər yaralanıb, 100-dən çox insan ölüb, onlardan yarısı ağır yaralanıb. Bəziləri sağ qalmayacaq. Yaralı və ölənlərdən bəziləri üçün təxliyə qrupları yaradılıb”, - deyə A.Arestoviç qeyd edib.
"Qarabağ" bu gün cavab görüşünə çıxırUEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

Avrasiya.net xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.
Rus əsgərləri arasında fərarilik artırRusiya Ukraynada vuruşan əsgərləri arasında yayılan fərarilik və itaətsizlikdən əziyyət çəkir. Müqavimət hərəkatı rusların işğal olunmuş ərazilər üzərində inzibati nəzarəti gücləndirməsinə mane olur. Ukrayna partizanları işğalçıları və onlarla əməkdaşlıq edənləri uğurla zərərsizləşdirir.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatında deyilir.

Analitiklər qeyd edirlər ki, Rusiyayönümlü “Telegram” kanallarında Rusiya Federasiyasının 49-cu Əlahiddə Ümumqoşun Ordusunun 205-ci motoatıcı briqadasının 300 hərbçisi haqqında məlumatın əks olunduğu reklam lövhəsinin şəkli dərc olunub. Qeyd olunub ki, bu hərbçilərin hamısı Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina ediblər.
Özünü yandıran qazi VƏFAT ETDİÖtən həftə Sabirabadda özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərovun vəfat etdiyi xəbəri yayılıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu bildirib.

39 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən Müharibəsi əlili idi.