Kürdə batan yeniyetmənin meyiti tapıldıKür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xaçmazda meşə yanğınına helikopter və təyyarə cəlb edilibXaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Avrasiya.net xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.
Biznesmenin oğlu faciəli şəkildə öldü - FOTONeftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün S.Əsədlinin doğum günü imiş.
Arı sancan gənc dəfn zamanı ayılıb? – TəfərrüatBəzi xəbər saytlarında və sosial şəbəkələrdə arı sancması nəticəsində həyatını itirən Şəmkir rayon sakini İlqar Qəhrəmanovun dəfn zamanı oyanması ilə bağlı xəbərlər gündəmdədir.

Avrasiya.net xəbər verir ki, Publika.az-ın əməkdaşı yayılan xəbərlərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün mərhumun evində olub.

Mərhumun dayısı Ələmdar İbarhimovun sözlərinə görə, İlqar ailəsi ilə birlikdə nişanlı olduğu Ağstafa rayonun Aşağı Göycəli kəndinə qurbanlıq aparıb:

“Bu zaman onu arı vurub. Bütün baş verənlər isə gözlərimiz önündə yaşanıb. Mərhum dedi ki, qolumu elə bil arı sancdı. Ayağa durdu, qatıq-filan çəkdilər. Ayağa duranda başı hərləndi. “Dimedrol” var idi maşında, tez onu gətirib vurduq. Bir az keçməmiş yenə başı hərləndi və yerə yıxıldı. Burda bizə nə baş verdiyini demədilər. Onu xəstəxanaya aparanda həkim dedi ki, ola bilsin keçinib. Xəstəxanaya girəndə yoxladılar”.

Mərhumun cənazəsi gecə saatlarında Ağstafa rayonundan Şəmkirə - yaşadığı evinə gətirilib. Dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb. Sabahkı gün İlqar Qəhrəmanovu dəfn etmək istəyərkən mərasimə qatılan qadınlardan biri cənazənin içərisinə qoyulan güzgünün buxar və ya su olduğunu bildirib və İlqar Qəhrəmanovun yaşadığını deyib. İ.Qəhrəmanovun yaxınları onun meyitini Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan birinə gətiriblər. Lakin...

“Biri deyib ki, güzgünün üzü su olub, guya, buxarlı olub. Guya, nəfəsi güzgünün üzünü isladıb. Nə bilirsən su olub, ya buxar olub. Dedilər Mərkəzi Klinikaya çatdırmaq lazımdır. Anası tam əmin olmaq üçün getdik Mərkəzi Klinikaya. Orada dedilər ki, bu gənc 15 saat öncə rəhmətə gedib”. - Ə. İbrahimov bildirib.

Qeyd edək ki, İlqar Qəhrəmanov evin tək övladı idi. Onun yaxın müddətdə toyu olacaqdı. Faktla bağlı araşdırmalar davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

"Liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib", - məlumatda vurğulanıb.

Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.
Ermənistanın Dərəçiçək mahalının (indiki Kotayk vilayəti) Saxkadzor yaşayış məntəqəsində atışma baş verib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, nəticədə 48 yaşlı Vardan Arakelyan (“Sri Vardan” ləqəbli avtoritet) qətlə yetirilib.

Bildirilir ki, ötən gün 21:20 radələrində polisə bir nəfərin çoxsaylı güllə yarasından ölməsi barədə məlumat daxil olub.

Arakeylayn VAZ markalı maşında öldürülüb
Ukraynada daha bir yaşayış məntəqəsi azad edildiUkrayna hərbçiləri Xerson vilayətinin İvanovka kəndini ruslardan azad edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hazırda yaşayış məntəqəsinə Ukrayna ordusu nəzarət edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin azad edilməsini əsas hədəf kimi müəyyənləşdirib.
TƏBİB-dən əhaliyə çağırış: Maskadan istifadə edinİyulun 11-i Ümumdünya Əhali Günüdür. Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10173178 nəfər olub. Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.

Avrasiya.net xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb:

“Azərbaycanda isə bu rəqəm 9 719-dur. Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq:

- Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun

- Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın

- Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın;

- Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin

- Qapalı məkanları tez-tez havalandırın

- Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin

- İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin".
Rusiya Donetskdə yaşayış binasını vurdu: ölənlər varRusiya qüvvələrinin Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“İyulun 11-i saat 08:45-ə olan məlumata görə, beşmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində 18 nəfər həlak olub, 6 nəfər isə dağıntılar altından çıxarılıb. Dağıntılar altında olan iki nəfərlə səsli əlaqə yaradılıb. Hazırda xilasetmə və axtarış prosesi davam edir”, - məlumatda deyilir
ABŞ-ın Kaliforniya ştatının Dauni şəhərində atışma olub.

“Report” ABC7 telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Bildirilib ki, atışma gecə əyləncəsində baş verib. Atışmaya nəyin səbəb olduğu bəlli deyil.

Məlumata görə, olayı törədən şəxsin kimliyi məlum olmasa da, onun ölənlərdən biri olduğu istisna edilmir.