Rusiyanın 120 nəfərlik desant qrupu darmadağın edildiXarkov vilayətinin Volçansk rayonuna ruslar 3 helikopterlə desant-hücum qrupu atdılar. Ancaq onlar istəklərinə nail ola bilmədi.

Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O bildirib ki, 120 nəfərdən ibarət desant qrupu Xarkova doğru irəliləmək istəyib:

Ancaq bizim müdafiəçilər və Ukrayna ordusunun quru qoşunları desantların böyük hissəsini yerindəcə məhv etdi. Qalanlar isə Belqorod vilayəti ərazisindən Rusiyaya qaçdılar”.
İran və Əfqanıstan hərbçiləri arasında atışma – Ölənlər varƏfqanıstan və İran sərhədində iki ölkənin hərbçiləri arasında silahlı insident yaşanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma zamanı 4 iranlı sərhədçi ölüb.

Hadisə ötən gün Kenq rayonunda (Nimroz əyaləti) baş verib.

Məlumata görə, tərəflər arasında münaqişəyə sərhəd bölgəsində yerləşən Sıxsar kanalı ilə bağlı fikir ayrılığı səbəb olub.

Belə ki, martın 7-də əfqanlar ərazidə əkin işləri aparmağa cəhd ediblər, bunu İran sərhədçiləri görüb. Sonra onlar atəş açıb. Ardınca iranlı və əfqan hərbçiləri arasında atışma olub.

Tanınmış azərbaycanlı müğənni və modelyerdən Ukrayna qadınlarına təbrik - FotolarTanınmış müğənni Rövşən Civişov və İngiltərənin modelyeri, əslən azərbaycanlı olan Nora Hope Beynəlxalq Qadinlar Günü münasibətilə Ukrayna qadınlarına dəstək olaraq onları sosial şəbəkələrdə fərqli fornada təbrik ediblər.

Beləki modelyer Nora Hope 8 Mart münasibətilə Ukrayna bayrağında olan rəngləri öz yaratdığı geyimlərində əks etdirib.

Qeyd edık ki ş, Nora Hope Rövşən Civişov və bir çox tanınmış müğənnilər üçün əsrarəngiz geyimlər ərsəyə gətirib.



130 təyyarə, 200-dən çox gəmi hazırlıq vəziyyətindədir130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşun yüksək hazırlıq vəziyyətindədir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

“Məsuliyyətimiz münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir”, - Stoltenberq qeyd edib.
Çerniqov uğrunda şiddətli döyüşlər başladıUkraynanın Çerniqov şəhəri uğrunda şiddətli döyüşlər gedir. Şəhərdə yerləşən körpü partladılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, döyüşlər zamanı ağır artilleriyadan əlavə kiçik çaplı silahlardan da istifadə edilir.

Ukraynada yaşayan keçmiş məhkəmə sədri azərbaycanlı Sadiq Tağıyev bildirib ki, şəhərin müdafiəsində əhali və müdafiə qüvvələri iştirak edir.
"Şəhid vermiş qəhrəman anaların qarşısında baş əyirəm" - Millət vəkili Azərbaycan qadınlarını təbrik etdiMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

"Əziz ANALAR, BACILAR və dəyərli XANIMLAR !

Sizin hər birinizi "8 MART Beynəlxalq Qadınlar Günü" münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və sonsuz xoşbəxtlik arzu edirəm!

Bu tarixi gün dünyanın bir çox ölkəsində qadınlara hörmət və ehtiram əlaməti olaraq yüksək səviyyədə qeyd edilir. Bu bayram ilk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib, ancaq bu günün yaranma tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Tam əksinə, qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə ilə bağlıdır.

Bu gözəl bayramın yaranma səbəbi ilə tanış olaq. 1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir. Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir.

Azərbaycanda 8 mart - bayram kimi ilk dəfə 1917-ci ildən qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir. Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan qadınlarının müasir cəmiyyətimizin formalaşmasında xüsusi yeri və rolu var. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olaraq milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Eyni zamanda onlar hər sahədə yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti, mərdliyi ilə tarix boyu seçilmiş və xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar.

Hələ qan yaddaşımız olan "Dədə Qorqud" eposunda qəhrəman qadın obrazları Oğuz igidləri, ərlərlə yanaşı da vəsf edilmişdir.

Məsələn, Qantural evlənmək üçün özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan. Bəli, oğuz igidləri özlərinə tay ola biləcək, onlarla çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək xanım axtarırdılar. Dastandakı qadın obrazlarının əksəriyyəti qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar günündə ərləri ilə yanaşı döyüşlərdə iştirak edirlər…

Bəli, Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar xanımlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan cəmiyyəti tarixin bütün anlarında qadın haqlarına daima üstünlük vermişdir. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən məhz Azərbaycan dövləti olmuşdur. Hətta Avropa ölkələrinin bir çoxunda qadınların seçki hüquqları Azərbaycandan sonra verilmişdir.

Bu gün də ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri olan, beynəlxalq aləmdə dövlətimizin adını uca edən, milli-mənəvi dəyərlərimizi qoruyaraq dünyada təbliğ edən Mehriban xanım Əliyeva kimi, eyni zamanda vətən və dövlət üçün şəhidliyi gözə alan mərd övladlar yetişdirən qəhrəman analar müasir tariximizin səhifələrini zənginləşdirərək, milli kimliyimizin təsdiqində xüsusi rol oynayırlar.

Qadınların ürəyinin böyüklüyünə heyrətlənməmək mümkün deyil. Ən çətin və çıxılmaz anlarda belə ümid dolu olur, bəşəriyyətin sülhə nail olmasına öz töhvələrini verirlər.

Bu gün xüsusi olaraq vətənimiz, dövlətimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdıraraq Vətən müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid vermiş qəhrəman analarının qarşısında baş əyirəm.

İnanıram ki, Azərbaycan qadını hər zaman olduğu kimi böyük ürəyi və zəngin mənəviyyatlı ilə bundan sonrada müasir cəmiyyətimizin formalaşmasında xüsusi rola malik olcaqdır.

Dahi Huseyn Cavidin təbiri ilə desək:

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın və gülmək üçün hər zaman səbəbiniz olsun!

Dəyərli Xanımlar bir daha bayramınız mübarək!"
NATO-ya diz çöküb yalvarmayacağıq - ZelenskiNATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil.

Avrasiya.net xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “ABC Nyus” telekanalına müsahibəsində deyib.

“Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, - Vladimir Zelenski bildirib.
Ukrayna Rusiyanın itkilərini açıqladı: 12 min hərbçi məhv edilibUkraynada müharibənin 13-cü günüdür. Geridə qalan günlərdə baş vermiş toqquşmalar hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunub.

Avrasiya.net xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər yaydığı məlumata görə, 12 gün ərzində düşmən qüvvələri böyük döyüş itkiləri verib.

“Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 minə yaxın işğalçını məhv edib”,-deyə məlumatda vurğulanır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini aşağıdakı kimi komplektləşdirib:

Şəxsi heyət - təxminən 12 min nəfər,
tanklar - 303 ədəd,
zirehli döyüş maşınları - 1036 ədəd,
artilleriya sistemləri – 120 ədəd,
MLRS – 56 ədəd,
hava hücumundan müdafiə sistemləri – 27 ədəd,
təyyarə - 48 ədəd,
helikopterlər - 80 ədəd,
avtomobillər – 474 ədəd,
gəmilər və qayıqlar - 3 ədəd,
yanacaq və sürtkü materialları olan çənlər – 60 ədəd,
PUA-lar – 7 ədə.

Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırıb.
YAP milli birliyimizin bariz təcəssümüdürYAP-ın VII qurultayı partiyanın tarixində yeni mərhələnin başlanğıcıdır.

Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin bariz təcəssümüdür: Birmənalı olaraq demək lazımdır ki, 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının qurulması baxımından ölkəmiz üçün həlledici illər olmuşdur. 2003-cü ildə isə Azərbaycan xalqı yenə də Heydər Əliyev siyasətinə səs verərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etimad göstərmişdir. Bu gün də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeganə düzgün siyasətin nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyədə təzahür etməkdədir.

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsindən düz bir il ötür. Bu zaman kəsiyi partiyanın həyatında baş vermis əhəmiyyətli dəyişikliklər dövrü olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd etdiyi kimi “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır.”

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsi də bu deyilənlərin ən parlaq sübutudur.

Xalidşah Qədəşov
Siyəzən RTŞ-nin Metodkabinetin müdiri

Bakıda avtobusla yük avtomobili TOQQUŞUBÖtən gün saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb:

"Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb".

"Bəzi KİV-lərdə bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik, - deyə BNA rəsmisi bildirib.