BMT Rusiya ilə bağlı qətnamə qəbul edəcəkBu gün BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan qətnamə ilə bağlı səsvermə keçirəcək.

 BMT-nin mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.

Layihəsinin həmtəqdimatçıları arasında olan Türkiyə mətnə ​​töhfə verən əsas qrup ölkələrdən biri olub.

Qətnamədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskvanın bütün hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.
Vətəndaşımız Ukraynada paltarından ocaq qaladı, yandı - FotoUkraynada yaşayan vətəndaşımız Subay İbrahimov 2 gün öncə yanıq xəsarətləri alaraq Krakov şəhərindəki SKY Hostelə yerləşdirilib.

Bu barədə Axar.az-a verilən məlumata görə, vətəndaşımız sərhəd məntəqəsində sıra gözləyərkən insanlar soyuqdan donmasın deyə öz paltarlarından ocaq qalayıb və insanları ətrafına yığaraq isinmələrinə kömək edib.

Gözlənilmədən ətrafdakı şəxslərdən biri yanan ocağa bilinməyən maddə atıb və alov bir göz qırpımında şiddətlənərək Subay İbrahimovun üz, alın, qulaq, eləcə də bədəninin digər nahiyələrini yandırıb.

O, çətinliklə sərhədi aşaraq özünü Krakova çatdırıb. Hazırda S.İbrahimovun maddi və mənəvi dəstəyə ehtiyacı var.

Vətəndaşımızı Ukraynada ziyarət etmək istəyən həmvətənlərimiz SKY Hosteldə 2 nömrəli otağa yaxınlaşa bilərlər.

Ünvan: Szpitalna 38, 31-024 Krakov

S.İbrahimovun əlaqə nömrəsi: +994 55 238 83
2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldıAzərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılıb.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəaliyyət göstərən “SRS Group” və "D.Fruits Kəndli Təsərrüfatı" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.

Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.
Rusların yüzlərlə texnikası məhv edildi: “İsgəndər”, “Buk”...İki sutka ərzində Sum vilayətində Rusiyanın tanklar, “Qrad”lar, PDM-lər, eləcə də “Buk” və “İsgəndər”lər daxil olmaqla yüzlərlə texnikası məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat yayıb.

“Bayraqdar”ların zərbələri nəticəsində qələbəmiz belədir: fevralın 28-dən martın 1-nə keçən gecə rusların texnika karvanının qarşısını kəsib məhv etmişik. Borovenki kəndində 60 tank, 2 “Buk” və 10-a yaxın özüyeriyən artilleriya qurğusu, Lebedində 20-yə yaxın özüyeriyən artilleriya, 20 PDM, 15 “Qrad” məhv edilib.

Axtırsk rayonunun Şevçenko qəsəbəsi yaxınlığında rusların yol boyu dayanan 100-ə yaxın texnikası, Dovjik və Çupaxivka kəndləri arasında daha 100-ə yaxın tankı və zirehli transportyoru məhv edilib.

Martın 1-də Axtırsk rayonunda tərkibində 80 zirehli texnika olan karvanın qarşısı kəsildi. Karvanda 4 ədəd “İsgəndər” raketi də var idi. Həmin günün axşamı Romensk rayonunda 80 texnika məhv edildi ki, onun da yarısı “Qrad” idi”, - Jivitski bildirib.
Eldar Mahmudov ölüb?Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat etməsi xəbəri həqiqət deyil.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, mediada E.Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi haqda məlumat yayılıb.

Facebook
Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədirAzərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Onun sözlərinə görə, xari¬ci siyasətimizdə qonşu dövlətlərlə münasibətlərin inkişafı xüsusi yer tutur: Bu məqamda Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrini də xüsusi vurğulamaq yerinə düşər.

Azərbaycan–Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir: İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ermənistanın işğalçı siyasəti davam etdirdiyi üçün Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul etməsi, bu zaman aparılan müzakirələr bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın tək olmadığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan–Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regi¬onda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə qardaş ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada nüfuzu daha da artmaqdadır.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi bu il də davam edir“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir. Azərbaycan dilini tələbələrə birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

AZƏRTAC xəbər verir ki, universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 300-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.

Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıbFevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ay üzrə 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Rusiyanın ən böyük bankı Avropa bazarından çəkildiABŞ-ın sanksiyalar siyahısındakı Rusiyanın ən böyük bankı "Sberbank" Avropa bazarından çəkildiyini açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Mövcud şəraitdə “Sberbank” Avropa bazarından çəkilmək qərarına gəlib. Qrupun törəmə bankları qeyri-normal pul axını və işçilərin və filialların təhlükəsizliyinə qarşı təhdidlə üzləşib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya Mərkəzi Bankının göstərişi ilə “Sberbank”ın Avropadakı törəmə banklarına likvidlik verilməyəcək.