Hərbçilərimiz qəzaya düşdü, yaralılar var - NazirlikAzərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17:40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Ceyhun Hüseyn oğlu Abdullayev və əsgər Süleyman Əli oğlu Həsənzadə yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

Nazarbayev Təhlükəsizlik Şurasının rəhbərliyindən KƏNARLAŞDIRILDI“Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Hazırda Təhlükəsizlik Şurasına mən nəzarət edirəm”.

Avrasiya.net xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.

Artıq şura bu gündən sərt addımlar atacaq.

Prezident qeyd edib ki, hadisələr belə davam etsə də, o, paytaxtda qalacaq
"Rusiya qoca qurddur və bundan istifadə etməyə çalışa bilər"Elman Vəliyev
Siyadi ekspert


Qazaxıstanda olan etiraz aksiyaları təngə gəlmiş kütlənin zəncirləri qırmasıdır. Bunu nə Qərblə, nə də Rusiya ilə əlaqələndirirəm. Qərblə əlaqələndirsək, onda gərək bir fakta diqqət etməliyik - Qərb Qazax xalqını təhrik edib qiymətlərin aşağı salınmasını niyə istəsin ki? Əgər Qərb bu işə əl atardısa, onda gərək bütöv Qazaxıstanı Rusiyanın rıçaqından xilas etməyi məqsəd qoymalı idi. Amma deyə bilmərik ki, burada Qərb faktoru yoxdur. "Mərkəzi Asiya dövlətlərinin əhalisi" Qərbə meyillidir. Bu da mühüm rol oynayan məqamlardandır.

Etirazlarda Rusiya amilinin rolu? Rusiya niyə hökumətin istefasın tələb edəcək aksiyaya təkan versin?! Həmçinin Prezident Tokayev Rusiyaya loyal(sadiq) şəxslərdəndir. Ancaq bir məqama da diqqət etmək lazımdır ki, Rusiya qoca qurddur və bundan istifadə etməyə çalışa bilər. Qazax xalqı Belarusun gününə düşmək istəməz. Bunun üçün istədiklərini alıb sakitləşməyi seçsələr daha alternativ variantdır.

Əgər hökumətə, hakimiyyətə sadiq kütlə dönüb mitinq edirsə, bunun başlıca səbəbini daxildə(bəzi məqamlar istisna) axtarmaq lazımdır. Prezident Tokayev özünü sığortalamaq üçün xalqın hökumətin istefası tələbini qəbul etdi. Əgər etməsə idi, xalq Prezidentin də istefasın tələb edə, etirazları daha da intensivləşdirə bilərdi.

P.S. Bir reallığı unutmayaq ki, təngə gəlmiş kütlə ovu əlindən alınmış aslana bənzər. Qisas almaq üçün gözləri pərdəli olar. Psixologiyada buna "kütlə şüursuzluğu deyilir". Bu proses kütlənin istədiyini verənə qədər davam edər..
Xanımını polis şöbəsində güllələyən serjant hadisənin necə baş verdiyini danışıbÖtən ilin sentyabrında işlədiyi 24-cü polis şöbəsinə ondan şikayətə gələn həyat yoldaşını öldürən serjant İsmayıl Məmmədovun hadisə ilə bağlı istintaq ifadəsi məlum olub.

Avrasiya.net Kriminalqafqaz-a istinadən xəbər verir ki, İ.Məmmədovla arvadı Xanım Məmmədova arasında yaranmış ilkin mübahisə geyim üstündə olub.

Polis əməkdaşı istintaqa verdiyi ifadəsində həyat yoldaşı Xanımla Bakı Dövlət Universitetində tanış olduqların, 2014-cü ildə ailə qurduqlarını və əvvəllər xoşbəxt ailə olduqlarını deyib:

“2015-ci ildə oğlumuz, 2017-ci ildə qızımız doğuldu. Oğlumun təhsil aldığı 220 saylı məktəb mənim xidməti ərazim olduğundan polis əməkdaşları məni və ailəmi tanıyırdı. Mən də oğlumun sinif yoldaşlarının valideyni olan qadınların hansının yüngül həyat tərzi keçirdiyini bilirdim. Buna görə Xanıma onlarla ünsiyyət saxlamağa icazə vermirdim.

Polislərin Xanımın ətrafında yüngül həyat tərzi keçirən valideynləri görmələrindən və onun barəsində pis fikir formalaşmasından ehtiyat edirdim. Buna görə də Xanım hər dəfə oğlumuzu dərsə aparıb-gətirəndə mənə zəng edərək məlumat verir, hansı paltarları geyindiyini deyirdi. Mən oğlumun sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış “Vatsap” qrupuna qoşulmağı da arvadıma qadağan etmişdim.

Qrupa öz nömrəmlə daxil olurdum, lakin oradakı valideynlər elə bilirdi ki, həmin nömrə Xanıma məxsusdur. Axşam işdən gələndə valideynlər arasındakı danışıqlar barədə arvadıma məlumat verirdim”.

Hadisədən təxminən bir həftə əvvəl İsmayıl Məmmədov Xanımın məktəbə gedən zaman əyninə idman dəsti geyindiyini öyrənir:

“Sentyabrın 29-da Xanım hər gün olduğu kimi zəng edərək uşağı məktəbdən götürüb evə gəlməsi barədə məlumat verdi. Bu zaman mən ondan nə geyindiyini soruşdum. O, mənə həmin idman dəstini geyindiyini dedi. Mən ona niyə dəstin üzərindən uzun kofta geyinmədiyini soruşduqda o “uzun koftanı idman dəstinin üzərindən geyinmək olmaz, geyinməmişəm-geyinməmişəm də burda nə var ki?” deyə cavab verdi. Mən Xanımın bu cavabından sonra əsəbiləşib telefonu söndürdüm.

Bundan bir neçə dəqiqə sonra valideynlərdən biri “Vatsap”da yazaraq kiminsə mobil nömrəsini istədi. Mən də Xanıma zəng edib “mən bilmirəm sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağı məktəbə aparıb-gətirirsən?” deyə irad bildirdim. O da mənə “belədirsə “Vatsap” qrupunu sil” deyə cavab verdi”.

İ.Məmmədov deyib ki, Xanımla barışmaq məqsədilə evə gəlsə də, aqressiv söhbət evdə də davam edib:

“Mən Xanıma dedim ki, o valideyn kiminsə nömrəsini axtarırsa, bunu ümumi qrupa yazmalıdır. Söhbət zamanı Xanımın sifətinə şillə vurdum. Bu zaman arvadım artıq hər şeydən bezdiyini, onu çox sıxdığımı, sərbəst buraxılmadığını dedi. Mən daha da əsəbiləşib onu döydüm.

Sonra telefonunu əlindən alaraq nömrəsini sındırdım. Xanımı döydükdən sonra işə qayıtdım. Bundan təxminən saat yarım sonra evə gələndə gördüm ki, Xanım uşaqları götürüb bibisigilə gedib. Barışmaqda kömək göstərmələri məqsədilə qayınanamla danışanda o, Xanımın məndən “102”yə şikayət etdiyini dedi. Buna inanmadım, qayınanamın məni qorxutmaq məqsədilə belə dediyini düşündüm. Xanımı evə gətirmədim ki, bir müddət bibisigildə qalıb sakitləşsin.

Sentyabrın 30-da səhər işə gedib növbətçi hissədən “Zəfər” modelli xidməti silahımı götürüb PPX avtomobili ilə xidmətə başladım. Xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Füzuli Qurbanov zəng edərək məni şöbəyə dəvət etdi. Bu zaman başa düşdüm ki, Xanım məndən həqiqətən də “102”yə şikayət edib. Qayınanama zəng edib Xanıma zəng etməsini, bölmədən çağırılacağı halda çağırışa getməməsini dedim. O mənə gec olduğunu, Xanımın artıq bibisi ilə bölməyə getdiklərini dedi”.

24-cü PŞ-yə gedən İsmayıl Məmmədov şöbə rəisi tərəfindən qəbul olunub:

“Mən Nizami rayonunda işlədiyimdən şəxsi heyətin hamısı məni tanıyırdı. Arvadımın şikayət etməsi, eləcə də şöbədə izahat verməyini utancverici bir hal kimi qəbul etmişdim. Təhqiqatçı Füzuli Qurbanovla birlikdə şöbə rəisi Seymur Qarayevin qəbulunda oldum. O mənə iradlarını bildirdi, bu hərəkətimə görə şöbə rəisindən üzr istədim.

Xanımdan üzr istəyərək barışıq əldə edəcəyimi və məsələnin böyüməyəcəyini düşünürdüm. Xanımla danışmaq istəyəndə mənə “artıq gecdir, get işinlə məşğul ol” dedi. Ondan bu cavabı gözləmirdim. Daha sonra Xanım Füzulinin iş otağına daxil oldu. Təxminən bir dəqiqə dəhlizdə dayandım. Artıq Xanımın bir daha uşaqlarla evə qayıtmayacağına əmin olmuşdum. Uşaqlarla görüşmək və yenidən ondan üzr istəmək məqsədilə otağa girdim.

Otağa daxil olan kimi övladlarımın hər ikisini öpüb Xanıma “Nəyə görə belə etdin?” dedim. Bu zaman Xanım heç nə eləmədiyini, hər şeyi mənim elədiyimi dedi. Əsəbiləşib xidməti tapançamı çıxartdım və ard-arda Xanıma doğru bir neçə dəfə atəş açdım. Atəşlərdən sonra o, yarım əyilmiş vəziyyətdə başı stolun üzərində qaldı.

Ani olaraq təhqiqatçı Füzuli Qurbanov silahı əlimdən alıb məni dəhlizə çıxardı. Konkret olaraq arvadıma neçə dəfə atəş açdığımı xatırlamıram. Törətdiyim əməldən peşmanam”.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Prezident pravoslav xristian icmasını təbrik etdiPrezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz, haqlı olaraq, dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"

Almatıda etirazçılar prezident iqamətgahını yandırıblarQazaxıstanın Almatı şəhərində etirazçılar dövlət başçısının köhnə iqamətgahına daxil olaraq onu yandırıblar.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Daha əvvəl şəhər İcra Hakimiyyətinin, prokurorluğun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Ölkənin Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.
Qazaxıstanda etirazçılardan 11 ŞƏRTQazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb.

Publika.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:

"Birinci tələb ərzaq qiymətlərinin aşağı salınmasıdır. İkincisi, etirazçılar yanacağın qiymətlərinin azaldılmasını istəyirlər. Üçüncü şərt pensiya yaşının 58-60-a qədər aşağı salınmasıdır. Dördüncü tələb mövcud hökumətin tam istefasıdır. Beşincisi, aksiya zamanı saxlanılanların azad edilməsidir. Altıncısı, əmək haqqının artırılmasıdır. Yeddinci tələb təkrar emalın ləğvidir. Səkkizinci şərt isə nəqliyyat vasitələri üçün ödənişli yolların ləğv edilməsidir. Etirazçılar 9-c şərt kimi minimum pensiyanın artırılmasını istəyirlər. Onuncu şərt uşaq müavinətlərinin artırılması ilə bağlıdır. Nəhayət, sonuncu, 11-ci şərt isə siyasi tələbləri çatdırmaq üçün Prezident Tokayevlə görüşməkdir".

Rasim Əhmədlinin Ukraynada da fırıldaqçılığı ÜZƏ ÇIXDITürkiyədə özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edərək, mükafat alan Rasim Əhmədlinin bu əməlini başqa ölkələrdə də törətdiyi məlum olub.

Modern.az-a daxil olan məlumata görə, R.Əhmədli bundan əvvəl Türkiyənin Bursa şəhərində də eyni fırıldağa əl atıb.

Daha əvvəl isə Ukraynada özünü II Qarabağ müharbəsinin iştirakçısı və qazi kimi təqdim edib. Bu addan istifadə edən dələduz yüksək pul mükafatları, bahalı hədiyyələr əldə edərək, ölkəni tərk edib.
Azərbaycanda 10-cu sinifdə oxuyan qız QAÇIRILDISamux rayonunda 15 yaşlı qız qaçırılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Gülnarə Əmiraslanova sosial şəbəkədə ictimailəşdirib.

“Qız 10-cu sinif şagirdidir. 15 yaşı var. Bayram günü nişan olub, sonra da qaçırılıb. Dərsə gəlməyib deyə məlumat bilmişik və bu işlə də məşğuluq. Aidiyyatı qurumlara məlumat verilib”,-deyə G.Əmiraslanova bildirib.

O, faktı erkən nikah kimi təqdim edib.

Siqaretlərin qiyməti nə qədər bahalaşdı?Bir neçə gündür siqaretlərin qiymətinin bahalaşdığı haqda məlumatlar yayılsa da, əksər marketlərdə tütün məmulatları köhnə qiymətlə satılırdı.

Axar.az xəbər verir ki, artıq bu gündən – marketlər yeni malları qəbul etdikdən sonra artım özünü göstərməyə başlayıb.

Hazırda marketlərdə markasından asılı olmayaraq, bütün siqaret növləri 10 qəpik baha qiymətə satılır.

Xatırladaq ki, bu ildən Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, siqaretlər üçün aksiz vergiləri artaraq 1000 ədəd üçün 35 manatdan 38,5 manata yüksəlib. Bu 3,5 manatlıq artımı “kompensasiya” etmək üçün siqaret firmaları satışı 10 qəpik artırmaqla, 1000 ədəd siqaretdə 100 manat əlavə qazanc əldə edirlər.