Üç qardaş minaya düşdü: ölü və yaralılar varAğcabədi sakinləri minaya düşüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər. Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu çıxaraq zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılan, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla mərhum Ş.Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən edilib.

"Vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", - mətbuat xidmətindən bildirilib.
Beyləqanda maşın kanala aşdı - 3 nəfər öldüBeyləqan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Şahsevən kəndi ərazisində “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşıb.

Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü Akşin Cəfərov isə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.
Ağsaqqallar bu gün Prezident İlham Əliyevin  ətrafında  daha sıx birləşiblərBu gün Siyəzəndə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfransda Vətən müharibəsində həlak olmuş şəhidlərin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ağsaqqalların Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirib. Qeyd edilib ki, Siyəzəndə də ağsaqqallar rayonuun mədəni-ictimai həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər.

Konfrans iştirakçlarına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını çatdıran Şuranın sədr müavini Tahir Süleymanov öz çıxışında bildirib ki, ona doğma olan Siyəzən rayonunda ağsaqqallarla görüşdüyü üçün çox şaddır. Qeyd edilib ki, bütün ölkə ağsaqqalları kimi, Siyəzən rayonunun ağsaqqalları da daim dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi, yeniyetmə və gənclərimizin ulu öndər Heydər Əliyev ideyalarına sədaqət və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması kimi nəcib bir vəzifəni həyata keçirirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm “Dəmir yumruq” əməliyyatından, şanlı Ordumuzun şücaətindən danışan Tahir Süleymanov vurğulayıb ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi zamanı dövlət başçısının ətrafında birləşərək böyük Zəfərin qazanılmasında iştirak etdilər və bu birlik, bu həmrəylik hal-hazırda da davam edir. Ağsaqqallar bu gün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşiblər. Sonra ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən söz açan natiq qeyd edib ki, hal-hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva da bu nəcib ənənəni davam etdirərək ağsaqqallara böyük qayğı və diqqət göstərirlər. Daha sonra Tahir Süleymanov vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin başçılığı ilə təşkilatda böyük canlanma yaşanır, Şura daha məhsuldar və səmərəli fəaliyyət göstərir, dövlətimizin və cəmiyyətimizin inkişafına öz layiqli töhfəsini verir.

Sonra tədbirdə təşkilati məsələlər müzakirəyə çıxarılıb. Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Qəzənfər Nəcəfov yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digər natiqlər Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.
Şəmkirin icra başçısı Bakıya gətirildiDövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
İran öz COVID vaksininin kütləvi istehsalına başlayıbİranda yerli istehsal olan koronavirusa qarşı "COVIRAN Bərəkət” adlı peyvəndin kütləvi istehsalına start verilib.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, vaksinin sınaqları hələ üçüncü mərhələdə olsa da, onun könüllülərə vurulmasına başlanılıb.

Koronavirus üzrə İran Elmi Şurasının rəhbəri Məhəmməd Moxbirin sözlərinə görə, sentyabradək 30 milyon dozadan çox "COVIRAN” peyvəndinin istehsalı planlaşdırılır.

Qeyd olunur ki, İranda yerli peyvəndin ilk sınağı hələ ötən ilin dekabrın 29-da baş tutub.

Azərbaycanda 57 yaşlı kişi azyaşlı oğlanı zorladı – VİDEOYA ÇƏKDİLƏR (ŞOK TƏFƏRRÜAT)Goranboy rayonunun Aşağı Ağcakənd kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1964-cü il təvəllüdlü Eldost Əkbərovun (ad və soyadlar şərtidir) qonşuluqda yaşayan azyaşlıya qarşı seksual xarakterli zorakılıq əməlləri törətməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 2020-ci ilin avqust ayında üstü açılmış hadisələrlə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, E.Əkbərovun seksual xarakterli zorakılıq hərəkətləri etiyi 2010-cu il təvəllüdlü Tural Məmmədov (ad və soyadlar şərtidir) əqli qüsurlu olub.

İyrənc əməlin törədilməsi

Hadisəyə gəlincə, azyaşlının əqli qüsurundan və saflığından istifadə edən 57 yaşlı şəxs onunla mehriban münasibətlər qurmağa başlayıb. O, Turalı tez tez öz həyətlərinə dəvət edib və yığdığı meyvələrdən verib. Həmçinin yanında oynamasını, heyvanlara su verməyə kömək etməsini deyib. Bu müddət ərzində Eldost Əkbərov Turala qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Dəfələrlə uşağın tək və köməksiz olmasından istifadə edərək, öz evində, evin həyətində və həyətdəki dovşan damında ona müxtəlif vədlər verməklə qeyri-təbii yolla cinsi əlaqədə olub. Nəticədə uşağın bədənində yara yaranıb və bir neçə dəfə paltarına qan ləkəsi düşüb. Azyaşlıya pul verəcəyini, ona telefon alacağını deyən 1964-cü il təvəllüdlü şəxs Turaldan bacılarını və anasını da onun yanına gətirməsini, birgə oynamalarını istəyib.

Hadisənin üstünün açılması

Əqli qüsurlu olan azyaşlı qonşuluqda yaşayan Eldostun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə bir neçə dəfə evdə deməsinə baxmayaraq, ona inanan olmayıb. Turalın əqli qüsurlu olmasını düşünən ailə üzvləri, eləcə də analığı onun sözlərinə əhəmiyyət verməyib. Nəhayət hadisədən bir neçə gün əvvəl böyük qardaşı Turalın dediklərini dəqiqləşdirmək və sübut eldə etmək qərarına gəlib. Bu məqsədlə o, bibisi qızının həyat yoldaşı Rauf Nəzərovla danışıb və kiçik qardaşının Eldost tərəfindən zorlanmasını telefonla çəkməsini xahiş edib. Avqust ayında günorta saatlarında E.Əkbərov növbəti dəfə azyaşlını evlərindən çağırıb və qardaşı onun yemək yediyini deyib. Daha sonra uşaq həyətə düşəndən sonra E.Əkbərov Turalı həyətinə aparıb. Bu zaman R.Nəzərov həyətdəki ot tayasına yaxınlaşıb və yaşlı kişinin azyaşlıya qarşı etdiklərini telefonla lentə alıb.

Dərhal hadisə ilə bağlı ərazi üzrə Xocalı rayon Prokurorluğuna məlumat verilib. E.Əkbərov həbs edilib və barəsində cinayət işi açılıb.

Özünü belə müdafiə etdi

İbtidai istintaqın təqdim etdiyi materiallar məhkəmədə araşdırılaraq tam təsdiqlənib. Lakin E.Əkbərov ittihamı rədd edib. O bildirib ki, azyaşlı qonşusu onun çəkib atdığı siqaretin kötüyünü götürüb çəkmək istədiyinə görə onu qıdıqlayıb və yerə yıxaraq kötüyü əlindən almağa çalışıb. Təqdim edilmiş sübutlar, tibbi ekspertiza nəticələri, çəkilmiş video və digər sübutlar onun günahının tam sübuta yetirilməsində əsas götürülüb.

12 illik həbs cəzası

Gəncə Ağır Cinayətlər Məhkəməsi Eldost Əkbərovun 12 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.
Zərifin şok səs yazısı yayıldı: Süleymani nələr edirmiş? - Videoİran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb.

Səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Belə ki, Zərif Süleymanini Rusiya ilə əməkdaşlığa gedərək, İranın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsini sürətləndirməkdə və bununla nüvə razılaşmasını pozmağa çalışmaqda ittiham edib:

“Süleymani az qala hər müzakirədə kompromisə getməyimi istəyirdi. Az qala hərbi meydanının uğuru üçün bazarlıq edirdim”.

Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib.

O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib. O, məhz buna görə Süleymaninin 2015-ci ildə Rusiyaya İranın nailiyyətlərimizi məhv etmək üçün getdiyini qeyd edib.

Bununla bərabər, Zərif səs yazısında Süleymanini həm də tərifləyib. O, ABŞ-ın Süleymanini öldürməklə İrana ciddi zərbə vurduğunu bildirib.

XİN rəhbəri Süleymaninin öldürülməsinin bir neçə şəhərin dağıdılmasından daha çox ziyan verdiyini söyləyib.

Zərifin səs yazısında Ukrayna təyyarəsinin vurulması məsələsi də yer alıb. Belə ki, Zərif SEPAH-ın təyyarəni vurduğunu dərhal bildiyini, amma hökumətin bunu 3 gün sonra etiraf etdiyini deyib.

XİN rəhbəri təyyarənin vurulmasından sonra iki ali rütbəli generalın Təhlükəsizlik Şurasının iclasında olduğunu, komandirlərin ondan tvit yazmağı və təyyarəyə hücumun həqiqət olmadığını qeyd etməyi tələb etdiklərini bildirib:

“Allah şahidim olsun ki, onlar mənə Allahı inkar edirəmmiş kimi reaksiya verdilər”.

Zərifin bütün bu ifadələri İranın eks-prezidenti Məhəmməd Xatəminin yaxın adamı sayılan iranlı iqtisadçı Səid Leylaza müsahibə zamanı dediyi bəlli olub. Müsahibə 2020-ci ilin martında götürülüb.

“Nyu York Tayms” müsahibənin İran administrasiyasının fəaliyyətinin sənədləşdirilməsi üçün götürüldüyünü və layihənin bir hissəsi olduğunu, eləcə də onun mediada yayımlanmaq üçün nəzərdə tutulmadığını yazıb. Bununla belə səs yazısı sonra Londonda rejim əleyhdarı sayılan “İran İnternəşnl” televiziyasının əlinə keçib. Ardınca televiziyanın jurnalistləri bunu “Nyu York Tayms” qəzeti ilə paylaşıblar.

İran Xarici İşlər Nazirliyi isə Zəriflə Leylazın danışıq faktını təsdiq edib. Bununla belə İran XİN-in nümayəndəsi Səid Xətibzadə səs yazısında faktların təhrif edildiyini və Zərifin Süleymaniyə böyük ehtiram duyduğunu vurğulayıb.


Axar.az
Fazil Məmmədov həbs olunur? - TəfərrüatSabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb.

Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.

Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.

Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.

Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok) Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olmuşdur. Qafar Qurbanov Azərbaycana gəlmədiyincə Səbinə Şükürova ilə bağlı da suallar yarandı. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.

"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.

Qafar Qurbanovun ətrafında təhlükəli dairənin getdikcə daralması isə sabiq vergilər naziri Fazil Məmmədov üçün heç də xoş perspektiv vəd etmir. Belə ki, Qafar Qurbanov Fazil Məmmədovun ən etibarlı adamı olmaqla, onun "sirr boxçası” kimi tanınıb. Qafar Qurbanovun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.

Qafar Qurbanov eyni zamanda "Atabank" Müşahidə Şurasının üzvü olub. Onun hələ nazirin köməkçisi olduğu zamanlardan tez-tez Londona səfərləri baş verirdi.

Dünən Qafar Qurbanova aid olan 90 AA 041 nömrəli "Rənc Rover" Fazil Məmmədovun evi və ofisinin olduğu Yeni Həyat Kompeksində görünməsi Qafar Qurbanovun istintaq üçün Azərbaycana gətirildiyi versiyasını gücləndirir.

Bu gün isə Fazil Məmmədovun digər yaxın adamı və qohumu, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi Fazil Məmmədovla bağlı halqanın daraldığını göstərir.
Kriminal hesablaşma: azərbaycanlı öldürüldü - VideoUkraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Samid Lətif oğlu Məcidov həmyerlisi 1990-cı il təvəllüdlü Rasət Hafiz oğlu Hüseynov tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb.

Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Seymur Cavanşir oğlu Vəliyev ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.

İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi onun həmin bölgə üzrə kriminal qruplaşmanın rəhbərlərindən olduğunu bildirir. Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır.

Azərbaycanın Kiyevdəki səfirliyindən bildirilib ki, son vaxtlar demək olar hər gün Ukraynanın müxtəlif bölgələrindən bu və ya digər formada azərbaycanlıların kriminal – dələduzluq, oğurluq, ölkədə qanunsuz yaşama və sair əməllər ilə bağlı məlumat daxil olur.

Ukraynada azərbaycanlılar arasında kriminal hadisələrin belə çoxalaraq yerli ictimaiyyətdə müzakirələrə səbəb olması Ukraynada fəal azərbaycanlıları, diplomatik missiyanı, ümumiyyətlə diasporu ciddi narahat edir. Bunun son illər, xüsusilə də 2020-ci ildə Azərbaycanın qalib olduğu Vətən müharibəsi ərəfəsində bir çox ölkələrdə olduğu kimi Ukraynada da diplomatiyanın və diasporun nail olduğu uğurlara, bu ölkədə Azərbaycanla bağlı böyük rəğbətə kölgə salma ehtimalından narahatlıq ifadə olunur. Səfirlik, diaspor təşkilatlarının rəhbərləri, xüsusilə Ukrayna Azərbaycanlıları Radası bu kimi halların qarşısının alınması üçün təbliğat-təşviqat işini gücləndirir, xüsusilə də azərbaycanlı gənclərlə profilaktik söhbətləri artırır.

Xatırladaq ki, Ukraynanın ictimai-siyasi, elm, təhsil, inzibati, tibb, biznes və digər sahələrində bir sıra tanınmış azərbaycanlılar müxtəlif uğurlara imza atıblar.