Sizin Reklam Burada

"Baydenin fikrinin heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur"

"Baydenin fikrinin heç bir tarixi, hüquqi və siyasi əsası  yoxdur"“ABŞ Prezidenti Cozef Baydenin “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri “soyqırımı” adlandırmasının heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur".

Bunu mediaya açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

QHT sədri bildirib ki, hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir: "Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “erməni soyqırımı”ın tanınması barədə qərar qəbul etməyib".

QHT sədri bildirib ki, ABŞ və dünyanın özünü demokratik adlandıran digər dövlətlər son 30 ildə Ermənistan silahlı qüvvələri tərəfindən 30 mindən çox dinc sakinin, o cümlədən Xocalıda 613 günahsız insanın soyqırımı edilməsini bu günədək susqunluqla qarşılayır: "Noyabr 2020, region dövlətləri razılaşmalarına əsasən, 30 illik münaqişədən sonra bölgədə sülh və əməkdaşlıq meyllərinin artdığı zamanda, ABŞ Prezidentinin bəyanatı, ölkələr və xalqlar arasında qütbləşməyə səbəb olacaqdır. ABŞ belə məntiqsiz və ermənilərə xoş olan addımlar atmaqla türk dünyasına heç bir zərbə vura bilməyəcək. Bayden tarixi bir səhv etmiş olub".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər