Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndəribAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir.

Avrasiya.net xəbər verir ki,  qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb. Məktubda AQC-nin IVSC-yə göstərdiyi davamlı dəstəyə, beynəlxalq qiymətləndirmə standartlarının təşviqi və peşəkar qiymətləndirmə mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

IVSC sədri qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı qlobal miqyasda qiymətləndirmələrin keyfiyyətinin, ardıcıllığının və etibarlılığının artırılmasında mühüm rol oynayır. Bildirilib ki, AQC-nin beynəlxalq proseslərdə aktiv mövqeyi qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.

Məktubda IVSC ilə AQC arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə toxunulub. Birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşəbbüslərdə qarşılıqlı iştirak və peşəkar bilik mübadiləsinin genişləndirilməsi imkanlarının müzakirəyə açıq olduğu bildirilib. IVSC rəhbərliyi AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdakı dövrdə qurumlar arasında sıx və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq standartların tətbiqi, qiymətləndirici mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyətlər AQC-nin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin qiymətləndirmə sektorunun qlobal sistemə inteqrasiyasına mühüm töhfə verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər