Sizin Reklam Burada

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

“İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov xüsusilə bildirib ki, Azərbaycanda ekoloji miqrasiya ölkənin daxili miqrasiya mənzərəsinə müəyyən təsirlər edib. Vurğulanıb ki, daxili miqrantlar arasında təbii fəlakətlər və digər ekoloji səbəblərə görə yaşayış yerini tərk etmək məcburiyyətində qalan ekoloji miqrantları görmək olur. Bütövlükdə, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiya fenomeninin miqyasının genişlənməsi nəticələnir.

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirinin müxtəlif aspektləri barədə geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə danışıblar. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər.

Tədbirdə iştirak edən Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov, Rəhilə Mehdiyeva, Nailə İsmayılova və digərləri ekoloji miqrasiya sahəsi ilə bağlı miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların iqlim dəyişikliyi fonunda hüquq və azadlıqlarının təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Miqrasiya üzrə Qlobal Saziş və digər beynəlxalq sənədlərdə ekoloji miqrasiya ilə bağlı yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb.




İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər