Sizin Reklam Burada

"Azərbaycan İtaliya əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir"

"Azərbaycan  İtaliya  əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir"Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Bunu qarşılıqdı səfərlər, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də təsdiqləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin, quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin sentyabrın 4-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri də bunun bariz nümunəsidir.

Bu fikirləri VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Avropa İttifaqının ən güclü üzv dövlətlərindən biri olaraq İtaliya həmişə Azərbaycana yaxınlığı ilə fərqlənib. İstər dövlət rəhbərləri, istər parlamentarilər səviyyəsində, istərsə də, iqtisadi münasibətlər məsələsində İtaliyanın ölkəmizə münasibəti fərqlidir. Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Prezident İlham Əliyev yüksək səviyyəli Azərbaycan-İtaliya münasibətlərindən geniş bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. Bura enerji, ticarət və humanitar sahələr aiddir. Bu əlaqələrin əsasını ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi təmaslar təşkil edir.

Prezident İlham Əliyev Forumda Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təzhizatçısı olduğunu vurğulayaraq ölkəmizin bu sahədə olan potensialına da diqqət çəkdi. Azərbaycan təkcə İtaliyanın deyil, ümumilikdə 10 ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Müasir dövrdə enerji təhlükəsiziliyi milli təhlükəsizliyin ayrılmaz bir parçası hesab edilir. Bu baxımdan Azərbaycan Avropa ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsində çox böyük əhəmiyyətə mailk olan dövlətdir.

Çernobbio Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın haqq işinə xüsusilə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 il Ermənistanın işğalı ilə üz-üzə qaldı və beynəlxalq təşkilatların qərarları, qətnamələri icra edilmədi. ATƏT-in Minsk qrupunun da heç bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı. Məhz, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz cəsarəti, real gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bir nümunə yaratdı.

Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsi bəndlərinin təqribən 80 faizinin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin imzalanması yalnız Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Çünki Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında əlaqələrin qurulmasında maraqlıdır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması da məhz, Azərbaycanın iştirakı ilə mümkündür.

K.Bayramov diqqətə çatdırıb ki, son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən, TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də, Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub.

Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də, mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır.

2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz, İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.

K.Bayramov əlavə edib ki, ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Bu dost dövlətlər hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyir. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.

Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də, işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər