Sizin Reklam Burada

İstehlakçı təfəkkürü, istehsalçı vicdanı

İstehlakçı təfəkkürü, istehsalçı  vicdanıBu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti məni qane etmir. Çünki piştaxtalar zərərli qidalarla doludur. Öncə Azərbaycanın əmtəə bazarında istehlakçı, istehsalçı sistemində keyfiyyət faktoruna, mövcud çatışmazlıqlara nəzər salaq. Ərzağın təhlükəsizliyi məsələsi, yetişdirilən məhsulların keyfiyyəti, istehlakçı təfəkkürünün necə formalaşması, bu sahədə qanunların icra mexanizmlərinin tapılması və digər məqamlar vətəndaş olaraq hər birimizi düşündürməlidir.

Çünki vətəndaş mövqeyinin olmaması və yaxud zəif olması bir çox bəlalara yol açır. Görünür, keyfiyyətsiz məhsul yetişdirən, istehsal edən sahibkarda, millətin övladına düzgün təhsil verməyən müəllimdə, bütün bunlara nəzarət etməyə borclu olan və nəzarət etməyən səlahiyyətli şəxslərdə vətəndaşlıq mövqeyi acınacaqlı vəziyyətdədir. İstehsalda və məhsulların satışında real vəziyyətə nəzər saldıqda mövcud qanunların tələblərinə əməl edildiyinin şahidi olmuruq.

Bu gün istifadəyə yararsız malların satışından potensial istehlakçı olaraq hər birimiz ziyan çəkirik. Yerli sahibkarlar, aqrar sahədə çalışan fermerlər bəzən şikayət edib bildirirlər ki, fəaliyyətimizə mane olurlar, məhsulumuzu birbaşa bazarlara çıxarmaqda çətinlik çəkirik, inhisarçılıq var. Bu iradlarla razılaşmaq olar. Ancaq burada qeyri peşəkarlıq və istehsalçının öz işinə vicdanla yanaşması problemi, bu işə necə nəzarət etmək mexanizmlərinin tapılması məsələsi və digər narahatedici məqamlar var. Heç şübhəsiz ki, problemin xeyli hissəsi buradan qaynaqlanır.
Vətəndaşlıq mövqeyi olmayan və qanunlara hörməti etməyən şəxslər düşünmürlər ki, özləri keyfiyyətsiz məhsuldan istifadə etməsə də, onların yaxınları, qohumları, lap elə millətinin digər övlaları belə məhsulları bilərəkdən və yaxud bilməyərəkdən alıb qidalanacaq. Bütün bunların nəticəsi isə göz qabağındadır.
Digər bir vacib məqam var. Buna nəzarət etməyə borclu olan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bütün bunlara görə qəbul edilməzdir.

Problemləri qisməndə olsa aradan qaldırmaq üçün bəzi addımların atılmasına ehtiyac var. Burada istehsalçıların, istehlakçıların maariflənməsi, dövlətin qanunverici aktlarının dəqiq hazırlanması və icrası, müstəqil məhkəmə sisteminin təkmilləşməsi, həmçinin vətəndaş cəmiyyəti institutlarının geniş fəaliyyət göstərməsi zəruridir.

Qida Təhlükəsizliyi Agentliyinin yanında Vətəndaş Cəmiyyətinin nümayəndələrindən ibarət İctimai Şura yaradalıb. Təəssüf ki, həmin Şuranın ciddi mövqeyinə, hesabatlarına rast gəlinmir. Deməli, İctimai Şuralar yaradılarkən QHT-nin ixtisaslaşmasına, həmin İctimai Şuralarda təmsil olunacaq şəxslərin aydın və cəsarətli mövqeyi, dürüst sözü zəruridir.
Bu gün sahibkar da, ona şərait yarandan şəxslər də dərk etməlidir ki, keyfiyyətsiz, rəqabətə davamsız məhsulla insan sağlamlığına böyük ziyan vururlar. İstehlakçını ucuz, xarab malla aldatmaq yox, onu keyfiyyətli məhsulla heyrətləndirmək lazımdır.

İdxal, ixracla məşğul olan milli sahibkarlıq subyektlərində biznes maraqlarının olması təbii haldır. Ancaq bu biznes maraqları vətəndaşlıq mövqeyini, dövlətçilik təfəkkürünü üstələməməlidir. Ən əsası insan faktoruna, əhalinin sağlamlıq məsələsinə heç kəs biganə yanaşmamalıdır.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər