Sizin Reklam Burada

Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsinin qurbanları anılıb

Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsinin qurbanları anılıbDövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Miqrasiya Xidmətinin, Xidmət yanında İctimai Şuranın və “İnjuria” hüquq platformasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı ermənilər tərəfindən dinc, günahsız əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.

V.Qəhrəmanov Ümummilli Lideri Heydər Əliyevin “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” fikirlərini xatırladaraq diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərarın qəbul edilməsi ilə Azərbaycana xalqına törədilmiş bu faciəyə hüquqi və siyasi qiymət verilib. Bildirib ki, ermənilər tarixən xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycana qarşı beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. Prezident İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” sitatına istinad edən məruzəçi soyqırımın tanıdılması istiqamətində aparılan işlərdən danışıb, bu istiqmətdə Heydər Əliyev Fondunun vitse-prezideti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start verilmiş “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası barədə iştirakçılara məlumat verib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri blokada şəraitində olan köməksiz Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçən erməni hərbi birləşmələrinin törətdikləri cinayətlərə toxunub, onların insanlığa zidd olan bu kimi əməllərini özündə əks etdirən foto və videoların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının əhəmiyyəti barədə danışıb, vətəndaş cəmiyyətinin institutlarının, xüsusilə də qeyri-hökumət təşkilatlarının və medianın həmin prosesdə rolu və vəzifələrinə nəzər salıb. Bildirilib ki, Azərbaycan dövləti tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və bu qanlı hadisənin beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü və sistemli iş artıq öz bəhrəsini verir. Bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasalar da, bu günə qədər dünyanın iyirmiyə yaxın dövləti və ABŞ-ın otuza yaxın ştatı Xocalı faciəsini məhz soyqırım kimi tanıyıb və bununla bağlı müvafiq qətnamə qəbul ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi, İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova, “İnjuria” hüquq jurnalının Redaksiya Şurasının üzvü Samirə Mustafayeva, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai birliyinin sədri Ramil İsgəndərli və digər iştirakçılar Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşa olunması və məsuliyyəti cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrə münasibət bildiriblər.

Xüsusilə vurğulanıb ki, Xocalının dinc sakinləri məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər, misli görünməyən əzab-əziyyətlərə, işgəncələrə məruz qalıblar. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş və xalqın yaddaşından heç bir zaman silinməyəcək iz buraxmış ağır hərbi cinayət kimi tarixə düşüb.

Tədbir iştirakçıları yekdilliklə qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altıdan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan və uzun illər işğal altında olan tarixi torpaqlarını azad etməklə şanlı Zəfər tarixini yazan Azərbaycan xalqı Xocalı faciəsini törətmiş erməni faşistlərinə layiqli cavab verib. Sevindirici haldır ki, bütün sahələrdə inkişaf edən və hərtərəfli güclənən Azərbaycan Respublikası bu gün də özünün haqq işi və tarixi ədalətin bərpası uğrunda öz mübarizəsini davam etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər