Sizin Reklam Burada

Bələdiyyələrin büdcə gəlirlərində niyə əsaslı dönüş yaranmır?

Bələdiyyələrin büdcə gəlirlərində niyə əsaslı dönüş yaranmır?Ölkə bələdiyyələrinin ötən ildəki büdcə gəliri 45 milyon manat ətrafında olub.Təəssüf edirəm ki, son 16 ildə 2007-ci ildəki maliyyə rekordunu təkrarlamaq bələdiyyələrə hələ də müyəssər olmayıb. Ancaq bu ilki gedişat ondan xəbər verir ki, carı ildə bələdiyyələrin 50 milyon manatlıq səddi keçmək şansları olacaqdır. Bu şansın olacağını Prezident Adminstrasiyasının müvafiq sektorunun və Ədliyyə Nazirliyinin müvafiq qurumlarının bu sahə ilə bağlı atdığı addımlarda təsdiq edir. Keçək mətləbə.

Belə olan halda bələdiyyələrin büdcə gəlirlərinin artımında əsaslı dönüş niyə yaranmır?

Bununla bağlı bəzi müşahidələrimə söykənən təkiflərimi oxucularımla bölüşmək istərdim.

Ötən ilin sonunda, assosiasiyaların illik hesabat yığıncaqlarında da səsləndirildiyi kimi, yerli özünüidarətemə orqanlarının büdcə gəlirlərinin artımı üçün ilk növbədə bələdiyyənin mövcud vergi-uçot sistemini təkmilləşdirmək tələbi tövisyə olundu. Ötən illər ərzində müəyyən işlər görülüb, addımlar atılıb. Ancaq ciddi və əsaslı nəticə alınmasına bu kifayət etmir. Odur ki, vergi-uçot sisteminin qurulmasına hər bir bələdiyyə sədri çalışmalıdır. Büdcəmizi artırmaq istəyiriksə, əziyyətə qatlaşıb bu sistemi də tələb olunan səviyyədə qurmalıyıq. Ancaq müəyyən məqamlar var ki, həqiqətən prosesin həyata keçirilməsinə maneələr yaradır. Bu maneələrə əsasən kənd bələdiyyələrində daha çox rast gəlinir. Belə ki, bələdiyyə ərazisində olan əmlakın çıxarışının olmaması, üstəlik mənzilin təqaüdcülərin adına olması və qanunvericilik qaydasında güzəştin tətbiq edilməsi ərazidə olan yaşayış evlərinin demək olar ki böyük əksəriyyətinin əmlak vergisindən azad etmiş olur. Belə olan halda bələdiyyələr, xüsusəndə kəndlərdə formalaşan qurumlar çıxılmaz vəziyyətdə qalır. İllər öncə bir sıra maliyyə mənbələrinin dövlət büdcəsinə yönəldilməsi bələdiyyələrin büdcə gəlirlərinin azalmasına səbəb olub ki, bu da nəticə etibariylə bələdiyyələri borclanmaya aparır. Yaranmış vəziyyət isə bir çox hallarda bələdiyyələri vergi borcu olanlara qarşı müəyyən mənada sərt davranmağa məcbur edir.

Bundan əlavə minimum əməkhaqqının artırılması həm də bələdiyyə büdcələrində əməkhaqqına ayrılan vəsaitin həcmini artırmış olur. Nəticədə büdcə daxilolmalarının həcmi kifayət qədər olmadığından əməkhaqqıyla bağlı 50 faizlik baryer keçilir. Bu gün belə vəziyyətdə bələdiyyənin əsas vəzifəsi büdcə gəlirlərini artırmağa yönəldilır. Ancaq bu məqamda deyilənlərə əlavə olaraq digər nüanslar nəzərə alınsa məqsədəuyğun olardı.

Bələdiyyə vergilərinin tariflərini nəzərdən keçirmiş olsaq görərik ki, bu tariflər 20 il əvvəlki rəqəmlərdir. Başa düşüləndir. Ancaq gəlin etiraf edək ki, bu gün dayanacaq rüsümundan başlamış bütün tariflər, o cümlədən minimum əməkhaqqı dəfələrlə artırılıb. Bu gün necə ola bilər ki, şəhərin mərkəzindəki mənzilin əmsal dərəcəsi ətraf ərazilərdəkindən elə də fərqlənmir. Etiraf edək ki, Səbail rayonunda olan 100 kvadratmetrlik mənzilin qiymətiylə, Binəqədi və ya Qaradağda olan mənzilin qiymətləri arasında dəfələrlə fərq varsa, demək bu fərq əmsallarda da əks olunmalıdır. Üstəlik yerli vergilərin dərəcələrini inflyasiyaya uyğun artırılması məsələsi də müzakirəyə çıxarılmalıdır.

Gəlin unutmayaq ki, dövlət büdcəsindən RİH-lərə ayrılan maliyyə vəsaitinin bir çox hallarda hara və necə xərcləndiyi haqda bilgilərimiz olmasa da, bələdiyyələrin əldə etdiyi büdcə gəlirinin hər manatı məhz sakinlərin sosial-rihaf halının yaxşılaşdırılmasına xərclənir.

Onu da nəzərə alaq ki, əmlak vergisinin bələdiyyə büdcəsindəki həcmi son illər Prezident Adminstrasiyasının müvafiq sektorunun və Ədliyyə Nazirliyinin müvafiq qurumlarının səyi ilə 6 dəfəyədək artıb, yəni 6 faizdən 30 faizə çatıb.

Fikrimcə, qeyd edilən təkliflərin müzakirəyə çıxarılaraq qəbul edilməsi nəticə etibariylə bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə də dəstək vermiş olacaq.

Odur ki, bu gün bələdiyyələri düşdükləri vəziyyətdən çıxması, habelə onların müasir tələblərə cavab verən bir orqana cevrilməsi üçün hər birimiz vətəndaş-vergi ödəyicisi olaraq üzərimizə düşən məsuliyyət yükünü dərk edərək bu orqanlara dəstəyimizi əsirgəməməliyik.

Vüqar Tofiqli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər