star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycan təbiətinin tezliklə bərpa edilməsi arzusu ilə...

Azərbaycan təbiətinin tezliklə bərpa edilməsi arzusu ilə...11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür.

Dünyada ekoloji tarazlığın qorunması son dərəcə mühüm aktuallıq kəsb edir. Qoruqlar və Milli Parklar ekologiyamızın ən zəruri tərkib hissəsidir. Bu gün Dünya Qoruqlar və Milli Parklar günüdür. Bu günün yaranma tarixinə nəzər salaq.

11 yanvar 1917-ci il tarixində dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən Dünya Qoruqlar və Milli Parklar günü kimi qeyd olunur.

Milli parklar- xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Qoruqlar-mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir, yaradılma məqsədi sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar eyni zamanda elmi əhəmiyyət daşıyır. Alimlərin bitki və heyvanlar üzərində müşahidə aparmasına, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarmasına şərait yaradır.
Ərazilərimizin 30 illik işğalı dönəmində erməni vandallarının misli görünməmiş vəhşiliklərinin şahidi olmuşuq. Azərbaycan təbiətinə, ətraf mühitinə, biomüxtəlifliyə vurulmuş zərər isə heyrətamiz dərəcədə böyükdür.

Təəssüflə qeyd etməliyik ki, işğal zamanı xüsusi mühafizə edilən qoruqlarda böyük həcmdə zərərə məruz qalmışıdr. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident 2021-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələyə də toxunaraq deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb.

Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar.

Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir. Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar.

Yəni, 1577 hektar dağıdılıb, talan edilib. Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi.

Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.

Cənab Prezidentin qoruqlar və yasaqlıqlar haqqında təfsilatlı və həyacan təbili çalan bu çıxışı bu sahə ilə məşğul olan dövlət qurumları qarşısında böyük vəzifələr müəyyən etməklə bu məsələdə həssas olmağa sövq etməlidir. Dünyanın ən zəngin flora və faunası malik olan Azərbaycan təbiətinin tezliklə bərpa edilməsi arzusu ilə Dünya Qoruqlar və Milli Parklar Gününüz mübarək olsun!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər