Sizin Reklam Burada

Siyəzəndə daha bir maarifləndirici onlayn tədbir keçirilib

Siyəzəndə daha bir maarifləndirici onlayn tədbir keçirilibAvqustun 14-də Siyəzən Rayon Gənclər və İdman İdarəsi və YAP Siyəzən rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar!” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1. yarımbəndinin (Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) icrasının təmin edilməsi, gənclərin COVİD-19 infeksiyası barədə məlumatlandırılması və onlar arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyan tədbirdə Rayon Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və 30-dan çox fəal gənc iştirak edib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, YAP Siyəzən rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Kərimov, Rayon Mərkəzi Poliklinikasının şöbə müdiri Töhfə Əzimova, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və şəhər 2 saylı tam orta məktəbin müəllimi Zərbalı Yusifov çıxış edərək COVİD-19 infeksiyasının törətdiyi təhlükə, yoluxma yolları, profilaktikası, Siyəzən rayonunda mövcud vəziyyət, gənclərin, ümumən vətəndaşların indiki şəraitdə üzərinə düşən vəzifələr və s. barədə ətraflı danışıblar. Qeyd olunub ki, dövlətimiz ilk gündən etibarən koronavirus epidemiyasının mümkün təsirləri barədə təhlükələrə ciddi münasibət göstərməyə başladı. Dövlət tərəfindən Koronavirusla mübarizənin gücləndirilməsi ilə əlaqədar önləyici tədbirlər görüldü. Təsadüfi deyil ki, Azərbaycanın mübarizə təcrübəsi digər ölkələr tərəfindən də tətbiq olunur. Çıxış edənlər həmçinin vətəndaşların pandemiya dövrünün xüsusi qaydalarına ciddi riayət etməklə xəstəliyə qalib gəlməyin mümkün olacağını vurğulayaraq gəncləri pandemiya ilə mübarizə tədbirlərində fəal iştirak etməyə çağırıblar.

#COVİD19 #məsafəsaxla #maskadanistifadəet #sağlamqal #bizbirlikdəgüclüyük #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər