Sizin Reklam Burada

AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb

AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

Bu barədə "Report"a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir. Əlavə edək ki, hazırda daha 5 əməkdaşımız xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", məlumatda bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər