Sizin Reklam Burada

Hər zaman əmrinə hazırıq, Ali Baş Komandan!!!

Hər zaman əmrinə hazırıq, Ali Baş Komandan!!!Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Cənubi Qafqazın ən güclü, modern və hazırlıqlı ordusu -Azərbaycan Ordusudur.

Hər bir ölkənin qüdrətini göstərən əsas amillərdən biri onun ordusudur.

Ordu dövlətin əsas, bəlkə də onurğa sütunudur. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır.

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Müsəlman Şərqində yaranmış ilk demokratik hökumətin milli ordusu 1918-ci il 26 iyunda yaranmış, 1920-ci ildə aprel işğalından sonra ləğv edilib. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda keçirilib.

Uzun illər sonra müstəqilliyini elan edən Azərbaycan hərbi sahədə də ciddi böhranlarla üzləşdi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyinin əldən getməsinin, ölkənin parçalanmasının qarşısı alındı. Ulu öndərin uzaqgörənliyi ilə müstəqil dövlət quruculuğu prosesinə start verildi. Məhz həmin vaxtdan Azərbaycanda uğurların əsası qoyuldu. 1993-cü ildən sonra Azərbaycan xalqının nail olduğu ən böyük uğurlardan biri Silahlı Qüvvələrin yaradılmasıdır. Bu mənada, Azərbaycan Ordusunun formalaşdırılması Heydər Əliyevin dövlət quruculuğunun şanlı səhifələrindən biridir.

Prezident Heydər Əliyevin 22 may, 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Hazırda MDB çərçivəsində Azərbaycan ən güclü ölkələrdən sayılır, bu uğur təsadüfi deyildir. Ulu öndərin qurduğu ordu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə böyük inkişaf yolu keçib, döyüş hazırlığını daha da artırıb.

Təbii ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bütün bu məsələləri daim diqqətdə diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Hətta prezidentimizin belə bir deyimi var ki, bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə "Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun, - artıq reallaşıb". Hazırda Silahlı Qüvvələrdə aparılan quruculuq işlərinin tərkib hissəsi olaraq onun texniki təchizatı, bir çox döyüş sursatı, avadanlıq növləri və digər lazımi vasitələrlə təmini məhz yerli istehsal hesabına ödənməkdədir.
Hər zaman əmrinə hazırıq, Ali Baş Komandan!!!
Bu gün öz inkişaf tempi ilə dünyanın modern ölkələrindən birinə çevrilməyi bacarmış Azərbaycan qarşısına qoyduğu hədəflərə uğurla çatır, bu sahədə bütün məsələləri uğurla həll edir. Artıq diplomatik cəbhədə Azərbaycan düşmən üzərində üstünlük qazanıb. Zərurət yaranacağı, Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə isə təcavüzkarı hər an acı məğlubiyyətə dücar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşıb. Düşmən belə ordumuz qarşısında cılız olduğunu dərk edir. Reallıq da göstərir ki, Azərbaycan Ermənistan qarşısında hərbi üstünlüyə malikdir.
Ordu yaratmaq, qurmaq asan şey deyil. Ordunun qurulmasına dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Hərbi vətənpərvərlik ruhu hər bir insanın qəlbində olmalıdır. Əgər vətənpərvərlik hissiyatı olmasa, o, ölkəsinin vətəndaşı ola bilməz.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin regionda və Cənubi Qafqazda ən qüdrətli güc strukturuna çevrilməsi də məhz umummilli liderimizin gərgin siyasi fəaliyyətinin nəticəsidir. 1993-cü il Ulu Öndərin hakimiyyətə gəlişi ilə ordu quruculuğu sahəsində aparılan işlər bu günki uğurların nəticəsidir deməyə əsas verir. İndi Azərbaycan Silahları Qüvvələrində baş verən keyfiyyət dəyişmələri xarici hərbi ekspertlərin, hərb yönümlü nüfuzlu qurumların, araşdırma mərkəzlərinin diqqətini cəlb edir, qazanılan uğurlar müxtəlif aspektlərdən təhlil predmetinə çevrilir və ordumuzun gələcəyi barədə nikbin proqnozların səsləndirilməsinə rəvac verir.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələri bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam edir, ölkənin müdafiə qabiliyyəti, qüdrəti hər gün daha da güclənir. O ordu yenilməz və güclüdür ki, əsgəri vətənpərvərdir, yüksək hazırlıqlıdır, ölümdən qorxmur. Zaman bu deyilənlərin nə qədər həqiqət olduğunu tarixdə dəfələrlə sınaqdan çıxarıb. Biz fəxrlə deyə bilərik ki, müasir Azərbaycan Ordusu məhz belə əsgər və zabitlərdən ibarətdir!

1991-1992-ci illərdə hakimiyyətə gələn qüvvələrin yol verdiyi səhvlər üzündən ordu quruculuğunda bu işi bacara bilməmişdilər. Ona görə xalqımız özünün böyük oğlu Heydər Əliyevə daim minnətdar olacaqdır ki, əsl ordunu yaratdı. Bu gün möhtərəm prezidentimiz İlham Əliyev ordu quruculuğunu böyük uzaqgörənliklə davam etdirir. Bu uzaqgörənliyin nəticəsidir ki, biz yalnız xaricdən silah almırıq. Artıq Azərbaycan həm də hərbi sənayesi olan dövlətdir. Ən böyük vəzifələrimizdən biri Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısına qoyduğu bu vəzifələrin, uğurların reallaşmasına əməli işimizlə töhfə verməkdir.

YAP iqtidara gəldiyi gündən bütün sahələrdə, ordu quruculuğunda əldə edilən uğurlar təsadüfi deyil. Bu gün onun slralarında vətənpərvər insanlar durmadan ölkəmizin rifahı üçün çalışır, əlindən gələni əsirgəmir. YAP əsl vətənpərvər gənclər yetişdirir, çünki ən ümdə məsələrdən biri vətənpərvərlik ruhunu yüksəltməkdir. Bütün bunların nəticəmizdə bizim ordumuz güclənəcək, müstəqil dövlətimiz daha da yüksəklərə qalxacaq, Azərbaycan müstəqil dövlət kimi daim yaşayacaqdır.

Bu gün hər bir Azərbaycan əsgər və zabiti, hər bir gənc, hər bir vətəndaş Ali Baş Komandanın əmrinə müntəzirdir!

Hər zaman əmrinə hazırıq, Ali Baş Komandan!!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər