Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı
Dərc olunub:
28-01-2020, 16:18
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib.
Avrasiya.net “Report”a istinadən xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.
Yeni direktor bundan əvvəl Nazirliyin tabeliyindəki “Avia-Aqreqat Zavodu” MMC-nin direktor müavini olub.