Fəzail Ağamalının oğlu Ədliyyə Nazirliyinə müraciət etdi

Fəzail Ağamalının oğlu Ədliyyə Nazirliyinə müraciət etdiAna Vətən Partiyasının sədr müavini Elçin Ağamalı oktyabrın 25-də keçirilmiş qalmaqallı qurultayın nəticələri ilə bağlı noyabrın 3-də Ədliyyə Nazirliyinə müraciət edib.

Elçin Ağamalı Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O, qeyd edib ki, şikayətlərə fərdi qaydada baxılmadığından sənədləri şikayətlər qutusuna daxil edib:

“İndi onlardan cavab gözləyirik. Məsələ bir az xüsusi olduğu üçün, yəqin ki, diqqətlə yanaşacaqlar. Bizim müraciətimizə müsbət cavab veriləcəyinə böyük ümid edirəm. Görüntüləri də, protokolu da təqdim etmişik. Videogürüntülər protokolu tamamlayır. Azərbaycan ədliyyəsinin ədalətinə inanırıq. Müsbət qərar çıxacağına ümid edirik”.

Qeyd edək ki, oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.

Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və özünün sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər