star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Cənubi Qafqazda əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri


Aprelin 9-da ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirildi. Beynəlxalq konfransa rekord sayda - 80 əcnəbi iştirakçı qatıldı. İştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfə iştirak edirdi. Forumun mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğun idi. Qeyd olundu ki, dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir? və sair kimi suallar ətrafında geniş fikir mübadiləsi aparıldı, Azərbaycanın yeni dünya nizamının formalaşdırılmasına töhfələri təqdir edildi.

Forumda regional və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlardan, gələcəkdə görüləcək işlərdən, yeni hədəflərdən və çağırışlardan bəhs olundu. Dövlət başçısı İlham Əliyev çıxışında bir daha diqqəti 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına yönəltdi. Cənab İlham Əliyev, həmçinin onu da qeyd etdi ki, hər bir ölkədəki vəziyyətə gəldikdə, onlar üçün nəyin prioritet olduğuna ölkələrin özləri qərar verməlidirlər. Ona görə də heç bir ölkədə, hətta işğal dövründə Ermənistanda belə daxili vəziyyəti şərh etmirdik. Biz heç vaxt daxili gündəmə münasibət bildirməmişik.

İslam dünyasındakı rolumuza gəldikdə isə cənab İlham Əliyev bildirdi ki, bu, müsəlman icmaları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə seçilib və İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək. İslam Dünyasının Mədəniyyət, Təhsil və Elm Təşkilatı Şuşanı İslam mədəniyyətinin paytaxtı seçib. Müsəlman xalqları arasında həmrəylik baxımından Azərbaycanın rolu yüksək qiymətləndirilir. İstər müsəlman dünyasının dini liderləri, siyasi liderlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası qardaşlarımıza göstərdiyimiz dəstəyi yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev regionda mövcud vəziyyətdən danışaraq tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın Ermənistana sülh təklifini bir daha diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı.

Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.

Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır: “Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir”.

Sülhün, əməkdaşlığın tərəfdarı olan Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu hər zaman qarşı tərəfdən də tələb edir. Ermənistanın yeni dayı axtarışları, daim himayədarları tərəfindən silahlandırılması sülh müqaviləsinin imszalanması prosesinin uzanmasına səbəb olur.

O da qeyd edildi ki, Cənubi Qafqazda əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq: “Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil.

Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər