Sizin Reklam Burada

Demokratiya Azərbaycanın strateji kursunun əsasıdır

Demokratiya Azərbaycanın strateji kursunun əsasıdır
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri


Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana idarəçilikdən xəbərsiz, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi ölkəni böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Lideri- Heydər Əliyevi dəvət etdi. Onu da qeyd edək ki, Azərbaycanın o illərdə yaşadıqları xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə tarixi müraciətində də öz əksini tapmışdır. Bu müraciət Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Belə ki, dahi şəxsiyyətin müraciətə müsbət cavabı, həmişə olduğu kimi xalqının yanıında olaraq belə bir partiyanın yaradılmasına razılığı sonrakı proseslərin müsbət istiqamətdə inkişafında stimulverici amil oldu. 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu.

Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Azərbaycana hansı sahədən baxsaq bütün uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı. Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmininə nail oldu. Dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq. Dövlət qanuna söykənməlidir. Qanunçuluq prinsipi bir tərəfdən qanunun aliliyidir, digər tərəfdən isə zamanın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsidir. Ümummilli Lider Heydər Əliyev dəfələrlə bildirmişdir ki, dövlət xalqa xidmət etməlidir, dövlətin xalqa xidmət etməsi üçün dövlət məmurları, dövləti idarə edən şəxslər daim xalqla təmasda olmalıdır. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Ulu Öndər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir.

“Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanun çərçivəsində görməkdir” söyləyən Ulu Öndər Heydər Əliyev bunu da qeyd etmişdir ki, demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir. Bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur. Ümummilli Liderin siyasi kursunu 20 ilə yaxın dövrdə uğurla davam etdirən Prezident İlham Əliyev həmin fikirlərin davamı olaraq bu gün böyük inamla bildirir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır.

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlarımızı şərtləndirir. Azərbaycan ən islahatçı ölkə kimi beynəlxalq qurumların hesabatlarında liderliyini qoruyur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər