Ədalətli mövqe
Dövlət başçısı İlham Əliyevin çıxışlarında, yerli və xarici televiziyalara müsahibələrində diqqət çəkən əsas məqamlardan biri dünyada baş verən hər bir məsələ ilə bağlı ölkəmizin mövqeyini əsaslı şəkildə, ədalətə və beynəlxalq hüquqa söykənərək bildirməsidir. Cari ilin iyul ayının 22-də Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərində “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibənin gedişində müxbirin səsləndirdiyi suallarda da bu məqam açıq-aşkar öz təsdiqini tapır. Belə ki, “Euronews”un müxbiri Qarabağın Cənubi Qafqazın yeni tarixində ən zorakı epizodların cərəyan etdiyi səhnə olduğunu deməklə erməni işğalçılarının ölkəmizə və xalqımıza qarşı törətdikləri ağır cinayətlərin dağıdıcı mahiyyətini bir daha qeyd etmiş oldu. Əlbəttə, azad edilmiş ərazilərə çoxsaylı səfərlər edən beynəxalq təşkilatların nümayəndələri də, dünyanın aparıcı media qurumlarının təmsilçiləri də erməni faşizminin törətdikləri dağıntıları öz gözləri ilə gördükdən sonra bu dəhşətli həqiqətlər danılmazdır. Bununla belə, möhtərəm Dövlət başçımızın dediyi kimi, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olmasına rəğmən, yenə də sülh prosesinin əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir.
Dövlətimizin başçısı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat sülh razılaşması deyil, əslində, Ermənistanın kapitulyasiya aktıdır. Bununla belə, düşünürəm ki, üçtərəfli Moskva Bəyannaməsini aralıq sənədi kimi sülhə doğru ilk ciddi addım hesab etmək olar. Çünki məhz bundan sonra Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə yol açılmış oldu. Prezident İlham Əliyev sülhyaratma prosesində vasitəçilik missiyasına qoşulan bütün platformaları məqbul hesab etdiyini bildirmişdir: Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik.
Cənab Prezident xarici siyasətimizin əsas prinsiplərinin dəyişməzliyini söylədiyi fikirləri ilə bir daha təsdiqlədi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın regionda, həmçinin dünya siyasətində rolunu açıqlayaraq, hazırkı dövrün əsas çağırışlarının nədən ibarət olduğunu bir daha diqqətə çatdırdı. Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətimizin uğurları biri-birini əvəzləməkdədir.
Müsahibədə Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış ajiotaja da aydınlıq gətirilmişdir. Ermənistanla olan sərhəddə sərbəst hərəkət üçün normal şəraitin yaradıldığını, lakin buna baxmayaraq hətta qaçaqmalçılıqla müşaiyət olunan Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin aşkar olunduğunu qeyd edən Prezident İlham Əliyev sərhəd-keçid məntəqəsinin qurulmasını Azərbaycanın legitim hüququ olduğunu diqqətə çatdırmışdır: Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib”.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir. Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik. Bununla da dövlətimizin başçısı dinc yolla sülhə nail olmaq üçün imkanların tükənmədiyinə ümidini ifadə etmişdir.
Preziden İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərə xitabən onların da digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim hüququnq malik olduqlarını xatırlatmışdır. “Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.
İzzət Rüstəmov
Xətai rayon, Ağsaqqallar Şurasının sədri