Sizin Reklam Burada

Təəccüb və təəssüf doğuran fakt

Təəccüb və təəssüf doğuran fakt Cənubi Qafqazın aparıcı qüvvəsi olan Azərbaycan tarix boyu hər zaman sülhün, humanizmin dəstəkçisi kimi tanınıb. Xarici siyasətinin əsas prioriteti qonşu dövlətlərlə dost münasibətləri qurmağ olan ölkəmiz, təəssüf ki, zaman-zaman bunun əksi ilə qarşılaşıb. Mənfur qonşumuz Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq və düşmənçilik siyasəti nəticəsində vətəndaşlarımız uzun illər əziyyət çəkmişdir. Birinci Qarabağ müharibəsi zamanı əzəli torpaqlarımız düşmən tərəfindən işğala məruz qalmış, insanlarımız öz doğma yurdlarından qovularaq məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu dövrdə beynəlxalq dəstəkdən məhrum olan dövlətimiz bununla yanaşı din qardaşlarımız olan qonşu İranın da dəstəyindən məhrum qaldı. İslam Respublikası olan İran öz din qardaşlarına kömək etməməklə yanaşı bu illər ərzində işğalçı dövlətin yanında olmuş, onunla əlaqələrini hərtərəfli inkişaf etdirmişdir.

“İran və Ermənistan eyni mədəniyyətdən gəlir. İki xalq hər zaman dostluq və qardaşlıq içində yaşayıb. Biz Ermənistanı hər zaman dost ölkə kimi görmüşük.” – bu sözləri hələ 2016-cı ildə Ermənistana rəsmi səfərə gedən İran İslam Respublikasının keçmiş Prezidenti Həsən Ruhani söyləmişdi. Hər iki dövlətdə sonrakı dövrlərdə siyasi hakimiyyətlər dəyişsə də iki ölkə arasında mövcud münasibətlər daha da inkişaf etdirildi. Xocalıda və digər işğal olunmuş ərazilərimizdə mənfur düşmən tərəfindən törədilmiş soyqırımlara, həmçinin bu ərazilərimizdə məscidlərimizin dağıdılmasına və təhqir olunmasına biganə münasibət göstərən İran dövlətinin bu siyasəti uzun illər davam etmişdir. Xüsusilə də Vətən müharibəsindən sonra İranın Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe təəssüf doğurur. Savaşdan sonra tez-tez Ermənistanla sərhədə görə əl-ayağa düşən cənub qonşumuzun rəhbərliyi bu məsələ ilə bağlı “narahatlıqlarını” dilə gətirmişdir. Onlar ermənilərlə sərhədin “minillik” tarixindən danışaraq, əslində, tarixi həqiqətləri kobud şəkildə pozurlar. Bununla kifayətlənməyərək hətta zaman-zaman Azərbaycana dil uzadaraq ölkəmizi sionizmi dəstəkləməkdə və əməkdaşlıqda ittiham edən İran, görəsən, niyə 30 illik işğal dövründə dindaşlarının, eyni tarixi bölüşdüyü qonşusunun yanında yer almayıb?

Sərhədlərin toxunulmazlığından dəm vuran İran rəhbərliyi İranın Azərbaycanla 130 kilometrlik sərhədi 30 ilə yaxın Ermənistan tərəfindən işğalda olanda niyə səsini çıxarmayıb? Ermənistanın Azərbaycana hərbi təcavüzünün başladığı ilk gündən rəsmi Tehran təcavüzkarın yanında yer almaqla öz mövqeyini ortaya qoymuş oldu. Rəsmi İrəvana yanındayam deyən İran dövləti həm də ermənilərə mənəvi – siyasi dəstək verir. Onları azərbaycanlılara qarşı daha da aqresivləşdirir. Təkrar-təkrar Ermənistanla yaşanacaq hər hansısa bir sərhəd dəyişikliyindən narahatlıqlarını dilə gətirən qonşumuz, bu gün niyə belə bir fikri səsləndirməyi vacib hesab edib? Yoxsa Zəngəzur dəhlizinin bölgəyə qazandıracağı dividentlər gözünü qorxudur? Məhz qonşu İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçməsi də ölkəmizə qarşı təhdid və təzyiq siyasətinə xidmət edir. Həmçinin cənub qonşumuzun tələsik Qafanda öz konsulluğunu açması, eyni zamanda dövlətçiliyimizin və mədəniyyətimizin beşiyi olan qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistan konsulluğunun açılması barədə razılığa gəlinməsi də məhz bunun bariz nümunəsidir.

Son günlər Azərbaycana qarşı yürüdülən düşmənçilik siyasətində İranın baş rolda olması və bu istiqamətdə mövqeyini açıq nümayiş etdirməsi ciddi narahatlıq doğurur. İran hökuməti daxildə meydana gələn narazılığı aradan qaldırmaq üçün Türk düşmənçiliyi, orada yaşayan 40 milyondan artıq soydaşımıza qarşı aqressiya nümayiş etdirir. Bütün baş verən proseslərin fonunda deyə bilərik ki, tarixi, dini və mədəni cəhətdən ortaq dəyərlərə sahib olduğumuz İranın işğalçı Ermənistanla əməkdaşlığı və hərətərəfli dəstəyi bizdə təəccüb və təəssüf doğurur.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər