Sizin Reklam Burada

İşlək dialoq

İşlək dialoq 31 oktyabr 2022-ci ildə bütün gözlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən növbəti görüşdə idi. Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində bu görüş xüsusi əhəmiyyət kəsb edirdi. Paşinyan başda olmaqla Ermənistan tərəfi görüşə hazırlıqlı gələrək sözügedən görüşdən konkret nəticələrlə geri dönəcəklərini düşünürdülər. Lakin cənab Prezident İlham Əliyev iradəsini və mövqeyini ortaya qoymaqla növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi. Görüşün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatdan da açıq görünür ki, bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsidir.

Soçi görüşündə imzalanan növbəti üçtərəfli bəyanata diqqət yetirsək görərik ki, bu bəyanat bundan öncə Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərə istinad olunub. Bəyanatın mühüm məqamlarından biri isə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin tanınmasıdır. Soçi görüşündə həmçinin Azərbaycan ərazisi olan Qarabağda yerləşən Rusiya sülhməramlılarının iki illik fəaliyyətinə qiymət verilmiş və ümumilikdə tərəflər sülhməramlıların fəaliyyətini qənaətbəxş hesab etmişlər. Görüşdə Azərbaycan diplomatiyasının digər uğurlarından biri də məhz Rusiya sülhməramlıların fəaliyyət müddətləri ilə bağlı Ermənistan tərəfinin təklifinin rədd edilməsi oldu. Belə ki, Ermənistanın Baş nazirinin Qarabağda yerləşən sülhməramlıların mandatının uzadılması ilə bağlı təklifi qəbul edilməmiş oldu.

Bundan əlavə Ermənistan tərəfinin danışıqlarda Qarabağın statusu ilə bağlı məsələlərin gündəliyə gətirilməsi cəhdlərinin qarşısı da alınmış oldu. Cənab Prezident bu məsələyə toxunaraq bir daha qeyd etmişdir ki, Qarabağ münaqişəsi bizim üçün iki ilə yaxındır ki, bitib. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfi istəsə də sənəddə Qarabağın statusu barədə məsələ ümumiyyətlə öz əksini tapmayıb. Yekun sənədə əsasən, tərəflər arasındakı münasibətlərin normallaşdırılmasından söhbət gedir, sülhün əldə olunmasının vacibliyi vurğulanır. Bəyanatda yenilik olaraq xalq diplomatiyasına üstünlük verilməsi öz əksini tapıb və ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, həmçinin parlamentlərarası əlaqələrin, dialoqun vacibliyi, kommunikasiyaların açılması xüsusi qeyd edilib".

Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Həmçinin Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu isə öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yürütdüyü diplomatiyanın gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər