Qərb Ukraynanı militarizmləşdirmə yoluna çəkib
Elşən Manafov: “Gerçəkdən müharibə aparılsaydı Ukrayna darmadağın olmuşdu”
Artıq 4 aya yaxındır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Qərbin Ukraynanı silahlandırmasına baxmayaraq, Kiyev hələ də Rusiya üzərində üstünlüyə malik deyil. Heç Kreml də bu 4 ayda istəyinə nail ola bilməyib, amma tərəflərin itkiləri gündən-günə artır. Ukrayna işğal edilən bəzi yaşayış məntəqələrini azad etsə də, Rusiyanın müqvimətini qıra bilmir.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Elşən Manafov bildirib ki, Rusiya və Ukrayna arasında müharibə uzandıqca Qərb siyasi istibleşmintində sonda bu müharibənin Ukraynanın qələbəsi ilə bitməyəcəyi ilə bağlı bədgümanlıq artır, halbuki Qərb məhz Rusiyanı uzunmüddətli müharibəyə cəlb edərək bir sira amillərə görə Rusiyanın məğlub olacağını və sonda çökəcəyini düşünürdü: “Rusiyaya qarşı sanksiyaların altıncı paketinin qəbul olunmasına baxmayaraq, Qərbin Rusiya iqtisadiyyatının, onun maliyyə sisteminin çökəcəyi ilə bağlı proqnozlar özünü dogrultmayıb. Sanksiyalar ilk növbədə Rusiyanın neft, qaz sisteminə, habelə Rusiya banklarını Ümumdünya maliyyə şəbəkəsindən təcrid edilməsi məqsədi ilə tətbiq edilmişdi. Lakin bu sanksiyaların əks effekt verəcəyini Qərbdə daha praqmatik baxışlara malik olanlar əvvəlcədən bilirdilər. Belə ki, sanksiyaların Qərbin gözləntilərini dogrultması üçün AB-nin Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq və ya onu minimuma endirmək lazım idi. Qısa zaman kəsiyində bunu etmək mümkün deyildi, artıq müharibə başlandıqdan sonra Qərbin tezliklə özünün Venesuela və İranla münasibətlərə yenidən baxacağı ilə verdiyi şirin vədlərə bu ölkələrin siyasi dairələrində etimad əlbəttə yox idi, buna görə də nə İran, nə Venesuela, nə Küveyti Avropa enerji bazarlarına çıxartmaq mümkün oldu. Maraqlı olan odur ki, bu ölkələri beynəlxalq terrorizmə, antisemitizmə dəstək verməkdə ittiham edib, onlara qarşi sanksiyalar tətbiq edib, onları Avropa enerji bazarlarından sıxışdırıb çıxaran məhz ABŞ olmuşdur”.
Politoloq qeyd edib ki, sanksiyaların Rusiyaya qarşı mübarizədə kömək olmayacağı həm də o anlamda diqqəti cəlb edir ki, müharibə başlanandan Qərbin Ukraynaya maliyyə yardımı 2 milyard dolları keçmişdir, buraya hərbi yardimın həcmi daxil deyil, ancaq ABŞ Konqresi prezident Baydenin çağırışı ilə Ukraynaya 800 milyon dollardan ibarət maliyyə paketinin ayrılmasi barədə qərar qəbul etmişdir. Halbuki müharibə başlanandan Rusiyanın Qərbə nəql etdiyi qazın müqabilində gəlirləri 35 milyard olmuşdur: “Rusiya banklarını Ümumdünya maliyyə şəbəkəsindən təcrid etməklə bağlı Qərbin hədə qorxusu işləmədi. Dunyanin 2-ci iqtisadi gücü olan Çin, nəhəng Hindistan, Türkiyə , İran, bütün islam dövlətləri, antiamerikanizm mövqelərində duran Latin Amerikası dövlətləri, Afrika, xüsusilə CAR Rusiyaya qarşı sanksiyalara qoşulmadılar, nəticə etibari ilə rus rublunun məzənnəsinin aşağı duşməsinin qarşısı alındı, o qısa zamanda möhkəmləndi, Rusiya hökumətinin və Mərkəzi Bankının bununla əlaqədar gördüyü tədbirlər də az rol oynamadı. Müharibə nəticəsində Rusiyada Qərb şirkətləri ilə bağlı bir sıra nəhəng konsernlər işlərini dayandırsalar da, Rusiya bazarını itirə biləcəkləri ilə bağlı qorxu onları bir müddət sonra düşünməyə məcbur etdi, zira biznesin öz maraqları var”.
E.Manafovun fikrincə, müharibə nəticəsində Ukraynanın iqtisadiyyatına artıq 600 milyard dollardan yuxarı ziyan dəyib, düzdür, Rusiya da müharibənin hər günü yarım milyard itirir, lakin iqtisadiyyat və infrastrukturu darmadağın olmuş Ukraynadan fərqli olaraq Rusiya iqtisadi baxımdan rentabellidir və əgər Rusiya məğlub olmayacaqsa Qərbdə ağıllı başlar anlamağa başlayiblar ki, aldığı kreditləri hətta uzun müddətə qaytara bilməyəcək Ukraynaya bu qədər pul ayırmağa dəyməzdi: “Ukraynanı militarizmləşdirmə yoluna çəkən Qərbin hərbi sənaye komplekslərinin, hərbi elitaların, xüsusilə Pentaqonun konyunktur maraqları da var əlbəttə, daha çox pul qazanmaq, istisna deyil ki, bir muddət sonra dünya yeni İran qeytslərin şahidi olacaq. Müharibə nəticəsində Ukraynanı tərk edən əhalinin sayi 13 milyona çatir, bu əhalinin 3/1 deməkdir, bunların isə təxminən 6 milyonu qaçqınları , Rusiyada isə ən yaxşı halda bu ölkənin miqrantlar bazarını təsir edib, xüsusən əmək bazarındakı məlum məhdudiyyətlərlə bağlı Orta Asiyadan gələnlərin bir hissəsi geri qayıdıb. 2014-cü ildə Donetsklə bağlı Rusiyaya qarşı aparilan hərbi əməliyyatlarda Ukrayna ordusu məğlub təsir bağışlamışdı , lakin bu ordunun yenidən təşkili və gücləndirilməsi ilə bağlı Ukraynaya edilən və həcmi təxminən 7 milyardlıq həddə çatan dəstəyin müqabilində (buraya yuzlərlə tanklar, helikopterlər, uzaq vuran toplar, HHM vasitələri, avtomobillər və s) bu ordu olsa, olsa bliç kriqin, yəni rusların ildirim surətli müharibə planın qarşısını ala bilib.
Bu gün ruslar Donetsk və Luqanskın 60 % nə nəzarət edirlər və bunu Zelinski özu etiraf edir. Digər tərəfdən Rusiya xüsusi təyinatlı əməliyyat keçirir, gerçəkdən müharibə aparılsaydı Ukrayna darmadağın olmuşdu, Ukrayna Silahli Quvvələri isə əhalidən canlı sədd kimi istifadə edərək partizan müharibəsi aparır. Müharibə nəticəsində Putinin ətrafinda siyasi istibleşmintində parçalanmanın başlanacagi ilə bagli umidlər də özunu dogrultması, Putini Stalinlə müqayisə etmək müəyyən mənada düzgün olmasa da hələlik onun komandasında çat baş verməyib, nəhayət Qərbdəki analitik institutlar Rusiyaya qarşı aparılan müharibələrdə adətən təcavüzkarın məğlubiyyətinə gətirib çixaran daha bir vacib amili - rus xalqının mübariz ruhunu, onun dövlətçiliyin sınaq qarşısında olduğu dövrlərdə rəhbər və pravoslavizmin ideya prinsipləri ətrafında birləşmək bacarığını nəzərə almalıydılar”.