"Son illər dövlət başçıları arasında xarici siyasətdə bu qədər məhsuldar işləyən ikinci lider tanımıram"
Vasif Əfəndi
Politoloq
Prezident ADA-da çıxışı ilk növbədə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə son iki ildə dünyada gedən proseslərə qiymət verməklə gələcək planlarımızın bəyan edilməsinə hesablanmışdı. Dövlət başçısı saatlarla davam edən çıxışında dünyada gedən prosesləri dərindən bilməsi ilə yanaşı Qarabağla bağlı danışıqlarında hər detalı dərin təhlil etdiyinin şahidi olduq. Bu çıxış sözün əsl mənasında yetkin bir siyasətçinin performansı idi.
Son illər dövlət başçıları arasında xarici siyasətdə bu qədər məhsuldar işləyən ikinci lider tanımıram. İlham Əlıiyev jurnalistlərin suallarına cavablandırarkən mövzunun istiqamətini məharətlə Azərbaycanı narahat edən detalların üzərinə gətirməklə xüsusi ilə diqqəti cəlb edirdi. Prezident İlham Əliyev inamla regionun lider dövlət olduğu və nəinki Cənubi Qafqazda, həm də Xəzəryanı ölkələrlə ciddi əməkdaşlıq formalarını təklif etdi. O həm də Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində davam edən nəqliyyat bağının inşasının sürətləndirilməsindən danışaraq eyni zamanda bu imkanlarla cənub –şərq və cənub –qərb istiqamətinə yüklərin daşınmasının mümkünlüyünü qeyd etdi. Bununla da prezident regionda bütün istiqamətlərdə üstünlüyün bizdə olduğunu forum iştirakçıları vasitəsilə bütün dünyaya duyurdu.
Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı dediklərindən belə anlaşıldı ki, faktiki olaraq özünü buraxmış bir təşkilatdır. Lakin bitmiş münaqişədə ortaya qoya biləcəkləri yeni təklifin mümkünsüzlüyünü də ironik şəkildə qeyd etdi. Bundan sonra Avropa İttifaqını ikili standartlardan imtina etməyi tövsiyə edərək son zamanlar bu istiqamətdə buzların əridiyini qeyd etdi. Ermənistanla sülh müqaviləsinə tam hazır olduğumuzu bildirərək tezliklə prosesə başlamağı tövsiyə etdi. O Ermənistandakı revanşist qüvvələrə də sərt xəbərdarlığını edərək bildirdi ki, növbəti həmləmiz daha sərt ola və Ermənistan dövlətçiliyi üçün faciəli bitə bilər.
Mətubatda daha çox təhlil edilən Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və qələbə əzmi göstərmək təklif etməsi Prezident İlham Əliyevin hansı səviyyədə müstəqil siyasətçi olmasının göstəricisidir. Bəzi ekspertlərin Qarabağ savaşı zamanı guya İlham Əliyevin Putinlə razılaşaraq müahribəyə başlamasını Rusiyanın və Xəzəryanı dövlətlərin Ermənistana dəstək verməsi bəyanatı ilə konkret olaraq bu iddiaların altından qırmızı xətt çəkmklə təkzib etdi.
Daha bir maraqlı məqam isə idarəetmə sistemində dəyişikliklərin anaonsunu verməsi oldu. Bu məsələ əslində ictimaiyyətin çoxdan gözlədiyi dəyişilik olacaq. Vəhdət partiyası olaraq biz neçə ildir bu sahədə reformanın aparılması üçün çıxışlar edirik. Mütləq mənada referenduma gedilərək dövlər idarəetmə sistemində dəyişilklilərə yaşıl işıq yandırılmalıdır. Hesab edirəm ki, artıq parlamentli respublika sisteminə keçidin tam zamanıdır. İndiki vəziyyətdə parlamenti buraxmadan əlavə 150 deputat yeri təsis etməklə proporsional seçkilər keçirilməlidir.