Sizin Reklam Burada

“Kreml başı qarışdığı bir zamanda Cənubi Qafqazda da işlərin dolaşmasını istəmir”

“Kreml başı qarışdığı bir zamanda Cənubi Qafqazda da işlərin dolaşmasını istəmir”Ermənistanda rəhbərə qarşı xalq etiraz aksiyası keçirirsə, bunun 2 əsas səbəbi var: “Ölkədə sosial vəziyyət çox acınacaqlıdır, qiymətlərdə artım hədsizdirsə, xalq ayaqlanaraq tələblər irəli sürəcək. İkincisi, ölkənin rəhbəri xarici qüvvələrin leyhinə qərar qəbul edərsə, xalq hakimiyyətdəkinin istefasın tələb edəcək. Birinci səbəblə müqayisədə ikincidə istefa tələbələri daha çox biruzə verir. Bu gün İrəvanda etiraz aksiyaları keçirilirsə, bu ikinci səbəblə əlaqəlidir.

Bunu politoloq Elman Vəliyev bildirib.

Politoloq deyib ki, düzdür, Ermənistanda sosial çətinliklər mövcuddur, amma bunu etiraz dalğası olacaq həddə çağırmağa imkan vermirlər. Xalq Paşinyanın istefasın tələb edir. Paşinyan Azərbaycanla sülh bağlamağı ən alternativ variant olduğunu "şüursuz küləyə" başa salmağa çalışır. Amma kütlə hay-küyə tez gedən təbəqə olduğundan müxalifətin təhriklərinə tez uyur. Amma anlamırlar ki, Ermənistanın Cənubi Qafqazda az da olsa, önəmli bir fiqur etmək üçün bu kompromis vacibdir. Bir şeyi tam dərk etməliyik ki, Ermənistanla sülh müqaviləsi bağlansa da, onların "revanş ideologiyası" bitməyəcək. Etiraz aksiyaları davam edəcək. Bunu nəzərə alanlar, mütləq ki, onlara da nəsə verməlidirlər!

Sülh müqaviləsi, mütləq ki, bağlanacaq. Bu müqavilə Azərbaycanın istədiyi kimi ola bilər. Avropa İttifaqı bu missiyanı öz üzərinə götürmək istəyirsə də, Kremlin dominantlığı buna imkan vermir, verməsi də çətindir. Kreml başı qarışdığı bir zamanda Cənubi Qafqazda da işlərin dolaşmasını istəmir. Kreml rıçaklarındakılarla ehtiyatlı davranmaq məcburiyyətindədir. NATO artıq Rusiyanın "gölünə öz qarmaqlarını" atıb. Avropaya meyli olanları öz orbitinə çəkəcək! Paşinyanın, sözsüz, əvvəl-axır qələmi qırılacaq. O qələm də maraqları tam ödədikdən sonra qırılacaq. Haçan baxsanız ki, Paşinyanı yuxarı güclər artıq saymır o zaman bilin ki, vədəsi dolubdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər