Sizin Reklam Burada

"Bütün proseslərin eyni ssenari üzrə başlaması Rusiyanın təbliğat maşının məhsuludur”

"Bütün proseslərin eyni ssenari üzrə başlaması Rusiyanın təbliğat maşının məhsuludur”Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin Brüssel görüşündən sonra iki ölkə arasında münasibətlərin yoluna qoyulması üçün nikbin əhval-ruhiyyənin yaranması ilə yanaşı əlaqələrin bərpası və dayanıqlı sülhün təmin olunmasına əngəl törədən qüvvələri də aktivləşdirdi.

Bunu politoloq Vasif Əfəndi bildirib.

O, qeyd edib ki, aprel ayının 21-dən etibarən Ermənistanda lokal xarakterli və kütləvi omayan mitinqlər davamlı olaraq təşkil edilir. Mitinqlərin əsas hədəfi Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır. Bu siyasi qüvvələr və təşkilatçılar əsasən mitinq təşkilatçılarını “aktivistlər” kimi qələmə verərək özləri bir qədər ikinci planda dayanmağa üstünlük verirlər: “Həmin “aktivistlər” Paşinyanı Qarabağı satmaqda ittiham edərək Xankəndiyə Laçından yan keçməklə yeni yolun inşasına etiraz edirlər. Həmçinin Paşinyanın Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsipi qəbul etməsini xəyanət adlandırırlar. Əslində isə bu addımlar Ermənistanın Qafqazda qalıb yaşaması üçün tarixi şansdır. Eyni zamanda mitinqçilər Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinə dəstək şüarları da səsləndirirlər. Heç də təsadüfü deyil ki, bu günlərdə Rusiya informasiya agentlikləri guya Moldovanın işğal altında olan Tiraspol şəhərinə raket zərbələri endirildiyi iddialarla məlumat yaydılar. Belə dezinformasiyalarla gələcəkdə Odessa istiqamətindən Moldovaya soxulmaq cəhdləri üçün münbit şərait yaradılmağa çalışılır.

Bununla da döyüş sahəsində kələfin ucunu itirmiş Rusiya qoşunları ətrafa daha çox zərər vurmaqla müharibədəki taktiki - siyasi uğursuzluğunu və canlıq qüvvə sarıdan böyük itkilərini saxta “qələbə” adında təqdim etməyə çalışır. Bütün proseslərin eyni ssenari üzrə məkan və zamanda başlaması Rusiyanın təbliğat maşının məhsuludur. İki aydan qatrıq müddətdir ki, Putin bütün dünyanı gərginlikdə saxlayır. Tez-tez nüvə siahını işlədəcəyi barədə informasiyalar yayır. Lakin bütün pisliklərin bir sonu olur. Rusiya tarixin ona verdiyi super güclü dövlət olmaq şansını bada verdi. Ona görə ki, Putinin super dövlət anlayışı iqtisadi yüksəliş, qonşularla mühriban münasibət, ədalətli cəmiyyət qurmaq anlayışından çox uzaqdır. Belə düşüncəli liderlərin super güc anlayışı, qorxu yaratmaq, ətrafdakı dövlətləri əsatərdə saxlamaq və insanlarını zombiyə çevirməkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər