Sizin Reklam Burada

ABŞ Ukraynanı Rusiyaya güzəştə gedib – Millət vəkili

ABŞ Ukraynanı Rusiyaya güzəştə gedib – Millət vəkiliGörünən odur ki, ABŞ və Böyük Britaniya ya qorxudan, ya da nələrinsə qarşılığında, ola bilsin hər ikisinə görə Ukraynanı Rusiyaya güzəştə gediblər. Onlar Ukraynaya özünümüdafiə üçün hava hücumundan müdafiə sistemləri, müasir silahlar verməməklə ümid edirdilər ki, ruslar 2014-cü ildə olduğu kimi işi tez bitirəcək, onlar da Rusiyaya sanksiyalar tətbiq etməklə sifətlərini qismən də olsa qoruyub saxlaya biləcəklər, amma Zelenskinin və Ukrayna xalqının müqaviməti onların ümidlərini puç edib.

Avrasiya.net xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində səsləndirib.

O deyib ki, ABŞ və Böyük Britaniyanın Zelenskiyə qaçmaq təklifləri müharibənin nəticəsinin bəlli olduğunu açıqlamaq, Ukrayna xalqında və ordusunda ruh düşkünlüyü yaratmağa hesablanıb:

“Budapeşt memorandumuna görə, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə cavabdeh olan bu ölkələr dövlət ləyaqətlərini qoruyub saxlaya bilmədi. İndi qeyri-bərabər döyüşdə Ukrayna xalqı və dövləti məhv olur. Rusiya nümayəndə heyəti isə ABŞ-a yəqin ki, növbəti addımlarını müzakirə etmək və razılaşdırmaq üçün gediblər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər