“3+3” formulu bu çağırışa cavabdır - Səadət Yusifova
“Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır”.
Avrasiya.net xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova zefer.az saytının təqdimat mərasimində deyib.
“Qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtilərini artıq görünür. Azərbaycan Respublikası Prezidentinin son müsahibəsində qeyd etdiyi kimi, “beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq”. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq”, - şöbə müdirinin müavini əlavə edib.