Sizin Reklam Burada

Azərbaycanın yaratdığı reallıq şüurlara da hakim kəsilməkdədir ŞƏRH

Azərbaycanın yaratdığı reallıq şüurlara da hakim kəsilməkdədir ŞƏRHErmənistanın “Lragir” nəşri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərini olduğu kimi təkrarladığını yazır.

Nəşrin iddia edir ki, Ermənistan “qırmızı xətt”dən əl çəkib və Bakı üçün yeni təklifləri var.

Qəzetin yazdığına görə, hakim “Vətəndaş müqaviləsi” partiyası müxalif “Ermənistan” fraksiyasının parlamentin müzakirəsinə təqdim etdiyi “Delimitasiya və demarkasiya problemləri” haqqında qanun layihəsinin əleyhinə səs verib. Sitat: “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisi, deputat Ripsime Qriqoryan qeyd edib ki, delimitasiya Ermənistanla Azərbaycan arasındakı sərhədə aiddir, “Qarabağ məsələsi” isə ərazi bütövlüyü problemi deyil, xalqların öz müqəddəratını təyinetmə problemidir. Bu baxımdan, layihə müəlliflərinin bu iki məsələni bir-biri ilə əlaqələndirməsi Ermənistanın maraqlarına xidmət etmir və bu səbəbdən də qəbuledilməzdir”.

Qeyd edim ki, Nikol Paşinyanın fikirləri Ripsime Qriqoryanın mülahizələri ilə eyni olduğu üçün, təkrarlamağa ehtiyac duymuram. Və qənaətimə görə, hakim partiyanın nümayəndələrinin fikirlərindəki daxili auditoriyaya ünvanlanmış mülahizələri bir kənara qoyub, mahiyyətə diqqət yetirmək daha doğru olar. Beləliklə, Ermənistanın siyasi hakimiyyətinin təmsilçiləri, açıq şəkildə bəyan edirlər ki, “Qarabağ məsələsi” ərazi problemi deyil. Yəni bu o deməkdir ki, Ermənistan ərazi iddialarından faktiki olaraq əl çəkmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətindədir. Digər tərəfdən, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan bir ovuc erməninin, faktiki olaraq “öz müqəddəratını” təyin etməsi üçün heç bir əsas və şərait yoxdur. Azərbaycan bununla bağlı vazkeçilməz mövqeyini ifadə edib, həmçinin “Dağlıq Qarabağ” və “münaqişə” terminlərinin beynəlxalq siyasi leksikondan çıxarılmasına nail olub. Nikol Paşinyan və onun partiyasını təmsil edən deputatlar da, indi “Qarabağ bölgəsi”ndən danışırlar.

“Lragir” Ermənistanın “yeni təklifləri”nin əsasında da, məhz bu yanaşmanın yer aldığını bildirir. Məqalə müəlliflərinin qənaətinə görə, Ermənistan “Minsk qrupu formatından kənarda bütün danışıqlardan imtina etmək əvəzinə, Moskva və Bakıya ATƏT-in işini və “status”un müzakirəsini darmadağın etməyə imkan yaradır.

Xatırladım ki, “Lragir”də yayımlanan məqalədə yer alan mövqe, əsasən Ermənistanın revanşçı dairələrinin baxış bucağını əks etdirir. Qənaətimə görə, Ermənistan müxalifətinin parlamentin müzakirəsinə çıxardığı qanun layihəsinin qəbul edilməməsi, həmçinin ictimai rəydə hər hansı bir rezonansa səbəb olmaması, bu ölkədəki ictimai rəyin dəyərləndirilməsi baxımından da diqqətə alına bilər. Bir müddət öncə, sərhədlərin delimitasiyası ilə bağlı ən adi yanaşmaları belə aqressiya ilə qarşılayan revanşçılar getdikcə azsaylı dəstəklərindən də məhrum olurlar. Görümdüyü kimi, Azərbaycanın regionda yaratdığı reallıq təkcə sərhədlərə deyil, şüurlara da hakim kəsilməkdədir.

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər