Sizin Reklam Burada

"İran Azərbaycandan üzr istəməlidir!"

"İran Azərbaycandan üzr istəməlidir!"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsi və Xankəndidəki erməni separatçılarına dəstək məqsədli yüklərin daşınması ilə bağlı yeni faktların aşkarlanması bir daha onu göstərir ki, əslində bu ölkənin bizimlə əsla səmimi dostluq etmək, mehriban qonşuluq siyasəti yürütmək niyyəti, istəyi yoxdur. Bizim bütün ciddi-cəhdlərimizə baxmayaraq İran bizə qarşı “ikili standartlar” siyasətindən çıxış etməyinə davam edir, üzdə Azərbaycana “dost” mövqeyi nümayiş etdirsə də, ancaq altdan-altdan isə quldur və terrorçu, təcavüzkar Ermənistanı bəsləməyə üstünlük verir.

Təəssüf ki, İranın gerçək üzü üzsüzlükdən, riyakarlıqdan ibarətdir. Cənub qonşumuz Azərbaycan Respublikasının bütün səmimi niyyətlərinə və əsl qonşuluq davranışlarına baxmayaraq daim ölkəmizin varlığından xoflanır. Mollalar Azərbaycan Respublikasının varlığına güney azərbaycanlıların milli oyanışı üçün təkan rolunu oynaya biləcək əsas faktor kimi baxdıqları üçün daim narahatlıq hissi yaşayırlar. Onların Azərbaycan Respublikasına və İranda yaşayan 40 milyona yaxın Azərbaycan türkünə soyuq münasibətlərinin heç vaxt dəyişməməsi də məhz bu amildən irəli gəlir. Necə deyərlər, “xain həmişə xoflu olar”.

Ancaq İranın bu xofu ilk növbədə bu ölkənin özünə zərər verir və eyni zamanda Azərbaycan-İran münasibətlərinin daha sağlam müstəviyə keçməsinə bir qayda olaraq mane olur. Odur ki, rəsmi Tehran Azərbaycana münasibətdə bu ənənəvi stereotiplərindən əl çəkməli, yeni qonşuluq fəlsəfəsindən çıxış etməlidir. Yeni qonşuluğun ilk və əsas prinsiplərindən biri isə bu ölkənin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması olmalıdır. İran Qubadlıdan öz yük maşınlarının Ermənistana keçidinə və eləcə də Xankəndinə qeyri-qanuni yüklərin daşınmasına son qoymalıdır. İran bu hərəkətlərinə görə Azərbaycandan üzr istəməlidir!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər