Sizin Reklam Burada

Azərbaycanda referendum keçirilə bilər

Azərbaycanda referendum keçirilə bilər2020-ci ilin 9 fevralında Azərbaycanda növbədənkənar parlament seçkisinin keçirilməsi o deməkdir ki, 2025-ci ilin fevralında və aprelində ard-arda seçkilər olacaq. Parlament və prezident seçkiləri. Bəs bu iki mühüm seçkinin demək olar ki, üst-üstə düşməsindən çıxış yolu necə tapıla bilər? Yoxsa hər iki seçkini də ard-arda keçirmək mümkündür?

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Parlamentin 5 il müddətinə seçildiyini nəzərə alsaq, 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərin nəticəsi olaraq formalaşacaq parlamentin səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatacaq. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsində isə birmənalı olaraq göstərilib ki, Milli Məclisin hər çağırışının seçkiləri 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu isə o deməkdir ki, 2025-ci ildə parlamentin səlahiyyətləri fevral ayında bitir, növbəti parlament seçkiləri isə konstitusiyaya müvafiq olaraq təxminən 9 ay sonra, noyabr ayında keçirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, qanunvericilikdə heç bir orqanın parlamentin səlahiyyət müddətini artırmaq hüququ yoxdur. Belə olan halda konstitusion müddəa olduğu səbəbindən parlament seçkilərinin konstitusiyada müəyyən edilmiş konkret gündən fərqli vaxtda keçirilməsi üçün konstitusiya düzəlişlərini özündə ehtiva edən ümumxalq səsverməsi-referendum keçirilməsi zərurəti yaranır. Deməli, 2025-ci ildə keçiriləcək parlament seçkilərinə qədər Milli Məclisə seçkilərin gününü təyin etmək məqsədilə referendum keçirilməlidir.

Prezident seçkilərinə gəldikdə isə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü prezident seçkiləri keçirilir.

Göründüyü kimi, bu məsələdə də qanunvericilikdə müvafiq dəyişiklik edilməsi zərurəti yaranır. Çünki Azərbaycanda sonuncu prezident seçkiləri də vaxtından əvvəl-2018-ci il aprelin 11-də keçirilib. Lakin prezident seçkilərinin keçirilməsi günü ilə bağlı müddəa yalnız Seçki Məcəlləsi ilə təsbit edildiyindən bu dəyişikliyin edilməsi proseduru daha asandır, yəni bu məqsədlə referendum keçirilməsinə ehtiyac yoxdur.

Beləliklə, görünən odur ki, həm konstitusiya dəyişikliklərini nəzərdə tutan ümumxalq səsverməsinin-referendumun keçirilməsinə, həm də Seçki Məcəlləsində müvafiq dəyişikliklərə şahidlik etməli olacağıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər