Sizin Reklam Burada

Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADI

Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADIAzərbaycanın Goranboy rayonu istiqamətində diversiyaya cəhd edən zaman əsir düşən erməni zabitlə bağlı danışıqlar başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qırmız Xaç Komitəsi Qurgen Alaverdyanla bağlı Bakı və Yerevan arasında vasitəçilik edir.

Məlumatı təşkilatın Yerevan ofisinin rəhbəri Zara Amatuni də təsdiqləyib.

“Qarşıdakı addımlar danışıqların nə dərəcədə uğurlu olmasından və onu ziyarət edə bilmək imkanımızdan asılı olacaq. Dialoqda əsas məqsəd hərbçinin sağlıq durumun müəyyən etmək və ailəsi ilə əlaqə yaratmaqdır”- deyə o deyib.

Xatlırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər