Sizin Reklam Burada

Mötəbər beynəlxalq qurumlar və dövlətlər bizimlə hesablaşır - Məzahir Əfəndiyev

Mötəbər beynəlxalq qurumlar və dövlətlər bizimlə hesablaşır - Məzahir Əfəndiyev Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı

Keçdiyimiz gün dünyamız tarixi bir həmrəylik təşəbbüsünə şahidlik etdi. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradıldı və onun videokonfrans formatında Zirvə görüşü keçirildi.

Mükəmməl səviyyədə təşkil edilmiş görüşdə cənab Prezident İlham Əliyev bir daha bütün beynəlxalq ictimaiyyətə Azərbaycanın sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə nə qədər məsuliyyətlə yanaşdığını və Hərəkata üzv ölkələrin həmrəyliyinin gücləndirilməsi və maraqlarının müdafiə edilməsi üçün praktiki addımlar atdığını nümayiş etdirdi.

Hər bir münasib imkandan olduğu kimi, bu mötəbər arenadan da cənab Prezident koronavirusa qarşı mübarizədə dövlətimizin operativ və adekvat tədbirlərdən ibarət nümunəvi reaksiyasını izah etdi və istənilən dövlət ilə öz uğurlu təcrübəsini bölüşməyə və bu sahədə əməkdaşlıq etməyə hazırlığını bildirdi.

Ümumiyyətlə, yuxarıda qeyd etdiyim Təmas Qrupunun yaradılması üzrə ölkəmizin təşəbbüsünün yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin cənab Prezidentə və onun simasında dövlətimizə olan güvənini səciyyələndirir. Bu görüşə onlarla dövlət və hökümət başçılarının, BMT Baş Assambleyasının sədrinin və digər beynəlxalq təşkilatların rəhbərlərinin qoşulması, BMT Baş Katibinin və Avropa İttifaqının ali nümayəndəsinin videomüraciətlər göndərməsi cənab Prezidentin qətiyyətinə və iradəsinə, habelə humanistliyinə olan etimadın bariz nümunələridir. Məhz bu ali liderlik keyfiyyətləri sayəsində adını çəkdiyim mötəbər beynəlxalq qurumlar və dövlətlər bizimlə hesablaşır.

Onlayn Zirvə görüşünün yekununda Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilən Bəyannamə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Qoşulmama Hərəkatının təsis sənədlərinin məqsədlərindən, prinsiplərindən və müddəalarından əlavə, günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verir. Bu Bəyannamə ilə dövlətimiz koronavirus bəlası qarşısında aciz qalmış dövlətlərə dəstəyini göstərməyə iradəsini və hazırlığını bir daha bildirdi və digər dövlətləridə bu məqsədlə bütün resurslarını səfərbər etməyə çağırdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər