"ABŞ əməliyyatları İran cəmiyyətinə azadlıq gətirməyəcək"

ABŞ İrana qarşı havadan hərbi əməliyyatları rejimin dəyişməsinə gətirib çıxarmayacaq.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirəcək. Təbii ki, diplomatik danışıqlar yolu ilə problem həll oluna bilər. Amma, İranın Ali dini rəhbəri Ə. Xamenei heç bir danışığa getmir. ABŞ prezidenti D. Trampın şərtləri bir növ İranı təslim olmasıdır:

"Müharibə başlayarsa, bundan daha çox zərər görən İsrail olacaq. İran əlində olan raketlərin 80 faizin İsrailə atacaq. Bu da İsrail də ciddi dağıntılara səbəb olacaq. ABŞ havadan İranı vurması rejimin devrilməsinə gətirib çıxarmayacaq. Quru əməliyyatı isə, ABŞ bəri başdan məğlub olması deməkdir. Çünki onminlərlə dini fanatik ABŞ əsgərlərini İranın qumlu çöllərində qarşılamağa hazır olacaq. ABŞ hesab edir ki, İraq ordusu ABŞ ordusuna müqavimət göstərmədi. Amma, İranda bu belə deyil. Birincisi, İraq süni yaradılmış dövlətdir. Əhali məzhəblərə bölünərək bir-birine qarşı düşməndi. S. Hüseyn İraq cəmiyyətini parçalayıb idarə edirdi. Amma, İranda rejim kifayət qədər güclü ideoloji xətt formalaşdırıb. Həmçinin İraqda olduğu kimi İranda daxili məzhəb və dini parçalanma yoxdur.

ABŞ müharibəyə başlayarsa, nəticəsi sual doğurur. İran xalqı pəhləviləri qəbul etməyəcək. Amma, sistemin içindən yeni rəhbəri qəbul edə bilər.
Təbii ki, ABŞ İrana qarşı hava əməliyyatları İran cəmiyyətinə demokratiya və azadlıq gətirməyəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər