"ABŞ-ın niyyəti yaxşı deyil, İran danışıqlara hazırdır"

İran danışıqlara hazırdır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İstanbulda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran nüvə müzakirələrinə qayıtmağa hazırdır: “Keçmiş təcrübə ABŞ-ın dialoqda xoş niyyətinin və dürüstlüyünün olmadığını göstərsə də, İran hələ də nüvə danışıqlarına davam etməyə hazırdır”.

Əraqçi bir daha vurğulayıb ki, nüvə silahı İranın hərbi doktrinasına və təhlükəsizlik hesablamalarında heç bir yerə malik deyil və Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlər üçündür: “Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq”.

İranlı nazir əlavə edib ki, danışıqlar məsələsi ilə bağlı Amerika hökuməti müxtəlif vasitəçilər vasitəsilə dəfələrlə Tehrana müraciət edib və bu tələblər davamlı şəkildə yenilənir: “İran İslam Respublikasının isə danışıqlar aparmaqla bağlı heç bir problemi yoxdur. İran danışıqlar aparmaq niyyətindədir, ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər