Ər arvadını vəhşicəsinə qətlə yetirdi: yanmış meyiti tapıldı

Ər arvadını vəhşicəsinə qətlə yetirdi: yanmış meyiti tapıldıDağıstanda yaşayan azərbaycanlıların ailəsində dəhşətli faciə yaşanıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dərbənd şəhərində yaşayan Racəddin Məhəmmədov dini kəbin kəsdirdiyi 36 yaşlı həyat yoldaşı Malvina Məhəmmədovanı qətlə yetirib. Bundan sonra o, həyat yoldaşının meyidini hissələrə bölərək Calqan kəndinə yaxın dağlıq ərazidə yandıraraq gizlədib.

Polis tərəfindən saxlanılan Racəddin qətlin motivi olaraq həyat yoldaşına cehiz kimi verilən "Lada Priora" makralı avtomobili əsas gətirib. Belə ki, toy hədiyyəsi olaraq Malvina Məhəmmədovaya verilən avtomobili Racəddin onun razılığı olmadan satıb.

Qadın avtomobilin oğurlanması ilə bağlı polisə ərizə verib və qısa müddət sonra yoxa çıxıb.

Altı günlük axtarışdan sonra qadının yanmış cəsədi Dərbənd yaxınlığındakı bir kənddə tapılıb.

Xatırladaq ki, saxlanılan Racəddin Məhəmmədov dəfələrlə qanunsuz narkotik ticarəti və avtomobil oğurluğu ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər