Niyə Rusiya-Ukrayna danışıqları nəticəsiz qalır?
Azərbaycanın Ukrayna - Rusiyaya danışıqlarına təsiri nədir?
Ukraynanın Rusiya təcavüzünə qarşı keçirdiyi son "Hörümçək toru", ardınca da strateji obyektlərinə, aerodrom və hərbi zavodlarına uğurlu əməliyyatlarından sonra, Rusiyanın Ukraynada geniş hücum əməliyyatları, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedevin "qisas qaçılmazdır" dediyi kimi, qisas əməliyatıdır. Əlbəttə ki, Rusiyanın geniş miqyaslı hücumlarının həm də siyasi-diplomatik (danışıqlar prosesində əlini daha da gücləndirmək, sülh müqaviləsinə məcbur etmək) və hərbi məqsədləri (bufer zona yaratmaq) də var.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" ilə yanaşı, "Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu həm də bufer zonasının yaradılması istiqamətində işdir." - deyə belə bir açıqlaması mahiyyətcə bir-birinə zidd mövqedəndir. Bir neçə həftə əvvəl isə prezident Putin "Rusiya-Ukrayna sərhədi boyu bufer zona yaradılacaq" - deyə bildirmişdi.
Dmitri Peskovun açıqlaması özlüyündə Rusiyanın da vəziyyətidən çıxışının mürəkkəbliyini, qeyri-müəyyənliyini, ehtiyat etdiyini göstərir.
Rusiya və Ukrayna arasında əhəmiyyətli danışıqların mümkünsüzlüyü təbii ki, dondurulmuş müharibənin bir müddətdən sonra indiki nəticələrinin dəyişmə ehtimalının yüksək olmasldır. Həm Ukrayna və həm də Rusiya atəşkəs istəyir, Ukrayna qeyri-şərtsiz atəşkəs və danışıqlar, Rusiya isə paralel atəşkəs və sülh müqaviləsini imzalamaq niyyətindədir.
Atəşkəs məsələsinə həm Ukraynanın və həm də Rusiyanın ehtiyatla yanaşması əlbəttəki Qarabağ nümunəsidir. Ükrayna atəşkəsə ümud edir ki, danışıqlar prosesində öz hərbi imkanlarını genişləndirəcək, güclənib torpaqlarını Azərbaycan kimi, işğaldan azad edəcək. Rusiya isə ehtiyat edir ki, sülh müqaviləsi imzalanmasa Ukrayna müharibəyə hazırlaşıb bir müddətdən sonra torpaqlarını azad edə bilər. Hər iki halda Azərbaycan - Qarabağ nümunəsi hər iki tərəfin bir-birinə olduqca ehtiyatlı davranmasını şərtləndirir. Ukrayna sülh müqaviləsi imzalaya bilməz ki, Rusiya Ukraynadan işğal etdiyi torpaqlar üzərində suverenlik qazansın. Rusiya Ukrayna ilə qeyri-şərtsiz atəşkəsə, danışıqlara gedə bilmir ki, işğal etdiyi torpaqlar üzərində legitimliyi yoxdur və hər zaman Ukrayna torpaqlarını azad edə bilər.
Ukrayna xalqının şəxsi fədakarlığı və Ukraynanın güclənməsi prosesi, Avropanın aparıcı NATO ölkələrinin Ukraynaya bir mənalı dəstəyi, ABŞ prezidenti Donald Trampın Rusiya qarşı münasibətinin dəyişməsi, Rusiyanın daxildən ciddi vurulması Putin hakimiyyətini Ukrayna ilə danışıqlara məcbur edib. Vəziyyət həm də Rusiya daxilində Vladimir Putin hakimiyyətinə təhlükələr yaradıb. Ancaq, bəllidir ki və Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi:
“İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”.
Vüqar Dadaşov