Sizin Reklam Burada

İran Urmuda etnik yapını dəyişir: ““Dindar rejim” Allahın yaratdığı varlıqlara da rəhm etmir”- Baş redaktor

İran Urmuda etnik yapını dəyişir: ““Dindar rejim” Allahın yaratdığı varlıqlara da rəhm etmir”- Baş redaktorUrmiya bölgəsində ekoloji fəlakət getdikcə kəskinləşir. İran hakimiyyəti gölün canlandırılması ilə bağlı lazımi addımları atmır. Molla rejiminin laqeydliyi istər Güneydə, istər Quzeydə və dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımızı dərindən hiddətləndirib.

Azərbaycan mediası da hər zaman Güney Azərbaycanın ağrılı problemi olan Urmiya gölü fəlakətinə laqeyd qalmayıb.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirir ki, Urmiya faciəsi artıq güneyli, quzeyli azərbaycanlıları birləşdirən dəyərə çevrilib.

“Son 30 ildə elə hadisələr baş verib ki, fenomenal səviyyədə yüksəlib, Güney Azərbaycan Milli Hərəkatının istiqamətlənməsində böyük rol oynayıb. Bunlardan biri də son 15 ildə aktual olan Urmiya gölünün quruması problemidir. Bu problem ilk baxışda ekoloji problem kimi nəzərdən keçirilə bilər. Təkcə İran adlanan dövlətin, orada yaşayanların problemi deyil, qlobal bir problemdir. Çünki onun yan təsirləri təkcə bir ölkənin sərhədləri ilə məhdudlaşmır, qonşu ölkələri də etkiləyir. Ancaq görünən odur ki, son 15 ildə İranın qanunverici orqanında, ayrı-ayrı dövlət qurumlarında gölün canlandırılması ilə bağlı vədlər verilsə də, hətta büdcədən ayırmalar olsa da, əməli olaraq heç bir addım atılmayıb. Bu addımın atılmaması onu göstərir ki, burada məqsədli və məkrli şəkildə iş aparılır. Bu sistemli işin aparılmasında məqsəd həmin bölgədə etnik yapını dəyişdirmək, əhalinin həmin bölgəni tərk etməsinə səbəb olmaq, bununla da hansısa “uzaqgörən” siyasi nəticələrə nail olmaqdır. Rejimin müdafiəçiləri bəzən bunu siyasi məqsədlər üçün istifadə olunan mövzu kimi təqdim etməyə çalışırlar. Sanki Güney Azərbaycan Milli Hərəkatı Urmu gölündən, bu ekoloji problemdən bir alət olaraq istifadə edir. Amma görünən odur ki, görülməyən tədbirlər onu göstərir ki, əslində siyasi istfadənin müəllifi rejimin özüdür. Əgər burada bir problem varsa da, bu, bütün dünyanın gözü qarşısındadırsa, bununla bağlı hökumət, dövlət heç bir addım atmırsa, günahkar rejimin özüdür. Yoxsa öz ərazisinə qarşı amansız davranmaq, öz vətəndaşı olan milyonlarla insana qarşı amansız davranışı əsaslandırmaq mümkün deyil”.
Baş redaktor deyib ki, rejim istəsəydi gölün canlandırılmasına nail ola bilərdi:

“Urmiya gölü ilə bağlı illərdir Güney Azərbaycanda, İranın müxtəlif şəhərlərində, o cümlədən İrandan kənarda, Avropa və Amerikada sistemli olaraq aksiyalar keçirilir. Urmiya gölünün bərpası tələb edilir. Əslinə qalsa Urmiya gölünün bərpası ilə bağlı hansısa tədbirlər görmək olardı. Son bir neçə ay içərisində havaların yağmurlu keçməsi ilə bağlı Güneydə nə qədər sel və daşqınlar olub. Hətta quzeyə istiqamətinə sel gəlib. Bunu ağıllı idarəetməklə, yönləndirilməklə, o infrastrukturu qurmaqla Urmiya gölünə su axını baş verə bilərdi. Burada məqsəd həmin bölgədə yaşayan insanların maraqlarını nəzərə almaq deyil, təbiətə rəhm etməkdir. Orada təkcə insanlar yaşamır. Gölün özündə, ətrafda böyük bir flora və fauna var. Zaman-zaman göldən çəkilən şəkillərdə orada məhv olan bitki aləminin, heyvanat aləmini görürük. Hər şeyi ilahi dəyərlərlə bağlayan, özünü dindar adlandıran bir rejim heç olmasa Allahın yaratdığı bu varlıqlara rəhm edərək gölün canlandırılması üçün addımlar atmalı idi. Amma görünən odur ki, rejim bütövlükdə bölgədə yaşayan Azərbaycan türklərinin deyil, Allahın yaratdığı bütün varlığın qəsdinə durub və təəssüf ki, bur proses davam etməkdədir”.

Bəs qonşu dövlətlər İranı Urmiya gölünün bərpası layihəsini sürətləndirməyə vadar edə bilərmi?
Aqil Camal deyir ki, Ermənistanın dağ-mədən sənayesi bölgənin ekosisteminə ciddi təhlükə yaradır.
“Ermənistanın bəzi dağ-mədən sənayesi müəssisələri İranla sərhəddədir. Ancaq qəribədir ki, İran tərəfindən Ermənistanın bu cəhdinə etirazlar yoxdur. Baxmayaraq ki, Arazdəyəndə metallurgiya zavodunun Amerika şirkəti tikir. Orada artıq amerikalı mütəxəsisslər çalışır, ərazidə ABŞ bayrağı qaldırılıb. İran buna qarşı heç bir reaksiyası yoxdur. Ancaq Azərbaycanın işğaldan azad olunmuş bölgələrində hansısa “İsrail ferması” axtarır. Hesab edirəm ki, Urmiya gölünün qurumasının mənfi təsirlərinə məruz qalan ölkələr birlikdə ekspertlər qrupu yarada, beynəlxalq təşkilatların diqqətini cəlb edə bilərlər. Azərbaycan bu məsələdə birlikdə hərəkət etməlidir. Bu, Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdırmaqda mühüm rol oynaya bilər”.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı isə bildirib ki, Urmiya gölünün qurudulması təkcə Milli Hərəkatın deyil, 35 milyonluq Azərbaycan xalqının sorunudur: “Hətta Güney Azərbaycanla qonşu dövlətlərin:Türkiyə və Azərbaycan Respublikasının problemidir. Güney Azərbaycan xalqı meydana çıxıb bununla bağlı öz etirazlarını bildirməzsə Urmiya gölü quruyacaqsa, böyük bir faciə orataya çıxacaq. Bu faciə orada insanların yaşayışını məhv edəcək. Ona görə də Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq 11 il öncə İstanbulda bir konfrans keçirdik və bu məsələni gündəliyə gətirdik. 2014-cü ildə üzərində Urmu gölü faciəsini əks etdirən yazılar olan koftalar hazırladıq. 20 nəfər yaxın milli fəal o koftaları geyərək İstanbulun İstiqlal prospektində yürüş keçirdik. Yürüşdə ingilis dilində hazırlanmış plakatlar qaldırdıq. Çalışdıq ki, çevrə fəallarının diqqətini bu məsələyə çəkək. Urmu gölü bu gün də gündəm olan məsələdir. Son bir ay ərzində Urmu gölü ilə bağlı Təbrizdə, Urmiyada, Ərdəbildə, Zəncanda və bir çox başqa şəhərlərimizdə Güney Azərbaycan Milli Hərəkatı olaraq bildirişləri yaydıq. Posterlər, bröşürlər çap edib yaydıq”.
GAMOH yetkilisi deyir ki, təmsil etdiyi təşkilat illərdir Güney Azərbaycanda Urmiya gölü ilə bağlı maarifləndirmə tədbirləri keçirir:

“İllərdir ki, biz bu bilgiləndirmə işlərini aparırıq. GAMOH başqanı doktor Mahmudəli Çöhrəqanlı illərdir Urmu gölünün qurudulması ilə bağlı açıqlamalar verib. Urmu gölünün Güney Azərbaycan üçün necə əhəmiyyətli olduğunu vurğulayıb. O, dəfələrlə Milli Hərəkata səslənib ki, Urmu gölü sadəcə bizim deyil, xalqımızındır. Burada heç kim şəxsi və ya təşkilat maraqlarnı güdmür. Urmu gölü ilə bağlı ortaq məxrəcə gəlib öz fikirlərimizi və etirazlarımız bildirməliyik. Urmu gölü Güney Azərbaycanın göz bəbəyidir. Güneyin cənnət guşələrindən biridir. Nəyin bahasına olur olsun Urmu gölü xilas edilməlidir”.

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər